"Samsung Electronics" sizi "Bespoke Home 2022" tədbirinə yaşam imkanlarınızı genişdirməyə dəvət edir
Bespoke Home-in təqdim etdiyi yeniliklər haqqında daha çox öyrənmək üçün 7 İyun Bakı vaxtı ilə 18:00-da təyin edilmiş Bespoke Home Media Day tədbirinə qoşulun.(®) Samsung Bespoke məişət texnikasının köməyi ilə mümkün olanların sərhədlərini genişləndirməyi hədəfləyir.
Samsung Electronics innovativ məişət cihazlarının ən son məhsullarını vurğulayan ikinci qlobal Bespoke Home 2022 sərgisini açıq elan edib. Bu ilki tədbir mövcud sərhədlərin genişləndirilməsi ilə bağlı üç əsas mövzuya toxunmuşdur - istifadə sahəsi, təcrübəsi və müddəti. Burada Samsung, Bespoke-un qlobal əhatə dairəsinin necə genişləndirildiyinin və “mətbəx” anlamının sərhədlərinin necə aşıldığı barədə geniş məlumat vermişdir. Həmçinin, dünya şöhrətli brend Bespoke-un müştərilərə məhsullarından daha uzun müddət istifadə etməyə imkan yaradan uzun ömürlülüyünün necə təmin edildiyini vurğulayaraq, həyat təcrübələrinin daha rahat və çevik olmasına aparan yolu izah etdi.
“Bespoke Home 2021-də biz müştərilərə fərdiləşdirmə, çevik funksionallıq və bir-biri ilə əlaqəli işləyən məişət texnikasını təqdim etdik” - deyə Samsung Electronics-in Rəqəmsal Məişət Texnikası Biznesinin Satış və Marketinq Qrupunun rəhbəri Kanghyup Lee bildirmişdir. "Bu il biz Bespoke-un istehlakçılara mətbəxdə və mətbəxdən kənarda yeni təcrübələr, rahatlıq və davamlılıq istiqamətində müvəfəqiyyətlərimizi nümayiş etdirməkdən məmnunuq."
İstifadə Sahəsinin Genişlənməsi
Bespoke, evinizin kəndarlarını dünyaya genişləndirərək, tezliklə 50-dən çox ölkədə təmsil olunacaqdır. Bundan əlavə, Samsung təkmilləşdirilmiş funksiyalar və yeni rəng seçimləri ilə təchiz olunmuş müxtəlif məhsul kateqoriyalı Bespoke məhsul xəttini bütün məişət texnikası çərçivəsində genişləndirəcəkdir.
Bespoke-un təkmilləşdirilmiş dizaynı istifadəçilərin evlərinin harada yerləşməsindən asılı olmayaraq, müxtəlif zövqləri və estetikanı həqiqətən əks etdirən, özlərinə və istəklərinə uyğun interyer yaratmağa ruhlandırmaq üçündür. Samsung bu mövqeyi istifadə sahəsinin genişləndirilməsini əsas tutaraq həyata keçirir
İstifadə Təcrübəsinin Təkmilləşdirilməsi
Bir-biri ilə əlaqəli işləyən məişət cihazlarının adi gündəlik həyatımızda fəaliyyətini adiləşdirmək üçün, Bespoke Yemək bişirmə, Enerji, Geyimə Qulluq, Heyvanlara Qulluq, Havaya Nəzarət və Evdə Qulluq kimi, altı ağıllı ev xidmətini təqdim edir. Həmçinin, Samsung, təkmilləşdirilmiş AI və yenilənmiş Family Hub xidməti ilə birlikdə istifadəçilərin həyatına avtomatlaşdırılmış rahatlıq gətirməyi vəd edir.
İstifadə Müdətinin Uzadılması
İstifadə sahəsini və təcrübəsini genişləndirməklə yanaşı, Samsung məhsulların dizaynından tutmuş utilizasiyasına qədər bütün həyat dövrü ərzində cihazlar üçün davamlı həllər yaradır.
Bespoke Home-in təqdim etdiyi yeniliklər haqqında daha çox öyrənmək üçün 7 İyun Bakı vaxtı ilə 18:00-da təyin edilmiş Bespoke Home Media Day tədbirinə qoşulun. Bespoke Home Media Day 2022 tədbiri Samsung-un rəsmi YouTube kanalında və Samsung.com-da yayımlanacaqdır.
Əlavə məlumat üçün Samsung.com-а müraciət edin.
Samsung Electronics Co., Ltd haqqında
Samsung dünyanı ruhlandırır və transformativ ideyalar və texnologiyalar ilə gələcəyi formalaşdırır. Şirkət televizorlar, smartfonlar, geyilə bilən cihazlar, planşetlər, rəqəmsal cihazlar, şəbəkə sistemləri və yaddaş, LSI sistemi, tökmə və LED həlləri ilə dünyasını yenidən kəşf edir. Ən son xəbərlər üçün Samsung.com-u ziyarət edin.
Müştərilərin xəbərləri
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
3 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
4 d. əvvəl
Türkiyədə 17 nəfərin öldüyü faciə – İlham Əliyev Ərdoğana məktub göndərdi
- 7 d. əvvəl
-
7 d. əvvəl
Tramp İranla müharibənin tezliklə başa çatacağını açıqladı – Neft qiymətləri düşüb
-
47 d. əvvəl
“Atəşgah Həyat”ın mənfəəti 55% artıb, sığorta ödənişləri 88 milyon manata yaxınlaşıb
-
48 d. əvvəl
SOCAR-ın Türkiyəyə investisiyaları STAR NEZ-dəki yeni layihədən sonra 20 milyard dollara çatacaq
- 1 saat əvvəl
-
1 saat əvvəl
İri şəbəkədən ardıcıl iki açılış – Maştağa və Xırdalanda yeni mağazalar
-
1 saat əvvəl
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
-
1 saat əvvəl
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
SOCAR-ın Türkiyəyə investisiyaları STAR NEZ-dəki yeni layihədən sonra 20 milyard dollara çatacaq
“Atəşgah Sığorta”nın yığımları 41% artıb, mənfəəti azalıb
Ən çox oxunanlar
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Çinin ticarət profisiti 1 trilyon dolları keçib – Yeni rekorda doğru
Azərbaycan neftinin son qiyməti
SOCAR Çinin neft-kimya nəhəngi ilə strateji əməkdaşlığa başlayır
Qiymətləndirmə sahəsində böyük dəyişikliklər hazırlanır – Elektron reyestr və yeni standartlar gündəmdədir - MÜSAHİBƏ
























