Niyə məhz “Mac”? – FOTO
“Apple MacBook Air M1”: güclu, yüngül, inqilabi.
2020-ci ildə “Apple” brendi kompüterləri ARM dünyasında ən məhsuldar prosessorlar platforması üzərində istehsal edilmiş öz çipləri ilə təchiz etməyə başladı. Jurnalistlər və texnoloji blogerlər M1 prosessoruna malik noutbukların “Intel” prosessorlu analoqları ilə müqayisədə daha sürətli və daha uzun müddət işlədiklərini, təzə platformada tətbiqlərin uyğunluğu ilə bağlı problemin, demək olar ki, olmadığını qeyd edirdilər.
“Apple” mühəndisləri “Intel” və AMD-nin analoji həllərinin çoxu ilə müqayisədə təkcə daha sürətli deyil, həm də xeyli az enerji sərf edən prosessor yaratmağa nail olublar. Yeni “MacBook Air” ultrabukunun x86 çipləri ilə təchiz edilmiş istənilən digər analoqlarından əsas üstünlüyü daha əvvəl olmayan avtonomluq göstəriciləri, səssiz işləmə və yüksək məhsuldarlıq səviyyəsidir.
İdeal ekran
“MacBook” displeyi hər zaman bazarda ən yaxşılardan biri hesab olunub və peşəkarlar tərəfindən fotoşəkillərin emalı üçün istifadə edilib. Bu dəfə də istisna deyil.
Model “Retina”-displey ilə təchiz edilib. Bu displeyin əsas xüsusiyyəti piksellərin son dərəcə yüksək sıxlığıdır. Sıxlıq o qədər yüksəkdir ki, piksellər adi göz üçün görünməzdir, bu isə görmə üzərində yükü azaldır, işdən və ya videoya baxdıqdan sonra göz yorğunluğunun yaranmasının qarşısını alır. “Retina” ekranı təsvirin son dərəcə yüksək genişlənməsini və dəqiqliyini təmin edir.
“True Tone” texnologiyası displeyin rəng temperaturunu (hərarətini) işıqlanmadan asılı olaraq tənzimləyərək, rənglərin təbii ötürülməsini təmin edir, həmçinin gözlərin üzərində yükü azaldır.

Artıq qutuda işə hazırdır
M1 çipi ilə təchiz edilmiş “MacBook Air” ultrabukunun köklənməsi cəmi bir neçə dəqiqə vaxt aparır. Bu cihazda quraşdırılmış ən yeni əməliyyat sisteminə gündəlik və biznes tapşırıqları həll etmək üçün xeyli sayda tətbiq daxildir. Hər yeni “Mac”la ofis proqramları paketi təqdim edilir. Bu proqramlar “MS Office” proqramlarını, foto, video və musiqi ilə iş üçün tətbiqləri əvəz edir.
Əgər “iPhone” ilə tanışsınızsa, “MacBook Air” ilə də tanışsınız
“Mac”da quraşdırılmış proqramların çoxu “iPhone” smartfonlarında da var. Bu isə o deməkdir ki, əgər siz artıq “iPhone” interfeysi və tətbiqlərin iş prinsipləri ilə tanışsınızsa, “macOS”a asanlıqla uyğunlaşacaqsınız. Əgər daha çox proqrama ehtiyac olarsa, onları “Mac App Store”dan və ya “Adobe”, yaxud “Microsoft” kimi proqram tərtibatçılarının rəsmi saytlarından yüklənə bilər.

“MicroSoft Office” ilə uyğunluq
Çox güman ki, “Word”, “PowerPoint” və “Excel” ilə işləməyə öyrəşmisiniz. Bu halda, siz onlardan M1 çipi ilə təchiz edilmiş “MacBook Air”də də istifadə etməkdə davam edə bilərsiniz. “Mac”da yaradılmış fayllar “Windows”a uyğundur. Populyar tətbiqlərin çoxu “MacBook” üçün əlçatandır.
Noutbuku televizora qoşmaq və informasiyanın fləş-kartdan köçürmək üçün xüsusi USB və ya HDMI ötürücüsü almaq olar. Şirkətin istehsal etdiyi adapteri və ya onun daha ucuz analoqlarını əldə etmək olar.
Bir toxunuşla blokdan açılır
Bütün “Mac” noutbukları barmaq izini şifrəyə çevirən “Touch ID” texnologiyası ilə təmin edilib. Bu texnologiya şəxsi informasiyanı qoruyur və yalnız icazəli istifadəçilərin ona çıxışına imkan verir. “MacBook Air” noutbukunu blokdan açmaq üçün barmağı vericinin (datçikin) üzərinə qoymaq kifayətdir. Eyni asanlıqla şifrə ilə qorunan sənədləri, qeydləri və sistem kökləmələrini açmaq mümkündür.
M1 çipli “MacBook Air” dövrümüzün ən təhlükəsiz kompüteridir.
“MacBook”un konstruktiv xüsusiyyətləri və əməliyyat sisteminin yaradılması zamanı məlumatların təhlükəsizliyinə çox vaxt və güc ayrılması səbəbindən “Mac OS” sistemi getdikcə daha qapalı və qorunmuş hala gəlir. Təhlükəsizlik baxımından “Apple Silicon” üzərində qurulmuş kompüter “Intel” əsaslı arxitekturanı xeyli üstələyir. “Mac OS”un güclü utilitiləri kompüteri birbaşa qutudan qoruyur. Tətbiqləri internetdən yükləyərkən sistem “XProtect” funksiyası vasitəsilə onların tanınmış zərərli tətbiqlər siyahısında olub-olmadığını yoxlayır. Bu proses istifadəçi üçün nəzərə çarpmadan fon rejimində həyata keçirilir, mexaniki işə salınma tələb etmir və kompüterin sürətli işləməsinə təsir etmir.
Enerji o qədər çoxdur ki, onu bitirmək üçün xeyli çalışmaq lazımdır.
“Apple” enerji tam olmadığı hallarda belə videoya baxarkən və brauzerdən istifadə edərkən fantastik vaxt keçirəcəyinizə zəmanət verir.
Ümumiyyətlə, M1 çipi ilə təchiz edilmiş “MacBook Air” ultrabuku aktiv iş rejimində orta hesabla, təqribən, 10 saat işləyir. Bu, səciyyəvi iş günündə - ekranın maksimum parlaqlığı, “Google Docs”da iş, “YouTube”da videolara baxış, videoların redaktə olunması, “Photoshop”da şəkillər üzərində əməliyyatların aparılması, qulaqcıqla musiqi dinlənməsi, messencerlər, poçt və brauzer vasitəsilə informasiya axtarışı şəraitində baş verir.
“Windows” uktrabuklarının çoxu bu iş rejimində yalnız 5-6 saat işləyə bilir.
M1 çipi ilə təchiz edilmiş “MacBook Air”in bu cür yüksək avtonomluğu sayəsində qida blokunu özünüzlə işə aparmaya da bilərsiniz.

Qiymət
Qiymət əvvəlki nəsillərlə müqayisədə dəyişməyib. 2500 AZN büdcəniz varsa, rəqib brendlər oxşar məhsuldarlığa, qabaritlərə və avtonomluğa malik heç bir məhsul təklif edə bilməz. M1 ilə işlədikdən sonra “Windows” əsaslı inteqrasiya olunmuş qrafikaya malik digər ultrabuklar keçmişin qalığı təəssüratı oyadırlar.
Əgər siz “MacBook Air” almaq istəyirdinizsə, indi bunun əsl vaxtıdır.
Aprelin 18-dən mayın 1-dək qiymət 240 AZN endirimdə olmaqla, 2249 AZN təşkil edir.
“Apple” brendinin rəsmi reseller mağazalarının saytlarına keçidləri sizin üçün bir yerdə topladıq. Bu mağazalardan məhsulları ən sərfəli qiymətlərlə əldə edə bilərsiniz:
Alma Store, Baku Electronics, Irshad, Kontakt Home, Myshops, Maxi az .
Müştərilərin xəbərləri
Ərəb şirkəti Qəbələdə premium yaşayış kompleksi tikir – Satışlar başlayıb, qiymətlər 130 min dollardan başlayır
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
2 gün sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
2 gün sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
1 saat əvvəl
Polşanın “Asseco” İT şirkəti Azərbaycanda filial açmağı nəzərdən keçirir
-
1 saat əvvəl
İndoneziya Azərbaycandan dəmir filizi almağı nəzərdən keçirir
-
3 saat əvvəl
Lizinq şirkətindən 1 milyon manatlıq səhm buraxılışı – yerləşdirmə tarixi açıqlandı
-
5 saat əvvəl
“Atəşgah” Sığorta Şirkətinin sədrinə İcbari Sığorta Bürosunda vəzifə verilib
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Carlsberg” Azərbaycanda istehsalı genişləndirməyə hazırlaşır
- 5 saat əvvəl
-
6 saat əvvəl
Holdinqlərdə transformasiya: "atalar və oğullar" dilemması necə həll edilə bilər?
-
6 saat əvvəl
Slovakiya şirkəti Azərbaycanda əczaçılıq məhsulları istehsal edəcək
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Lizinq şirkətindən 1 milyon manatlıq səhm buraxılışı – yerləşdirmə tarixi açıqlandı
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olub
“Carlsberg” Azərbaycanda istehsalı genişləndirməyə hazırlaşır
Ən çox oxunanlar
“KollektA”nın səhmlərinə 3 investor pul yatırdı
Slovakiya şirkəti Azərbaycanda əczaçılıq məhsulları istehsal edəcək
Türkiyə şirkəti Azərbaycanda baytarlıq vaksinləri istehsal edəcək
İsveçrə şirkəti Azərbaycanda böyük aqrar layihəyə başlayır – Ağstafada torpaqlar uzunmüddətli icarəyə verilir
Azərbaycan-Oman Birgə İnvestisiya Fondunun “AzərTürk Bank”dan əldə edəcəyi payın həcmi məlum olub























