"İspaniya, Şotlandiya, İtaliya kimi ölkələr bizim modellə maraqlanırlar"
2025-ci ilə qədər 17 regional “DOST” mərkəzinin, 55 regional “DOST” filialının yaradılması planlaşdırılır.
Marja xəbər verir ki, bunu DOST” Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov bildirib.
Onun sözlərinə görə, bu müddət ərzində Bərdə, Quba, Sumqayıt, Gəncə, Sabirabad, Masallı şəhərlərində “DOST” mərkəzlərinin açılışını planlaşdırılır:
"Eyni zamanda, Naxçıvan şəhərində “DOST” mərkəzinin yaradılması ilə bağlı işlər aparılır. Bu ilin sonuna qədər isə Şuşa şəhərində Qarabağ regionunda ilk “DOST” mərkəzinin açılışı olacaq və hazırda layihə işləri gedir. Şərqi Zəngəzur iqtisadi bölgəsində həm regional “DOST” mərkəzinin açılışını (Cəbrayılda), həm də Zəngilanda “Ağıllı kənd” prinsipi ilə qurulmuş Ağalı kəndində Azərbaycanda ilk olaraq “Ağıllı DOST”, “SMART DOST” prinsipi ilə bir layihə həyata keçirəcəyik. Kəlbəcərdə, Laçında, Ağdamda, Hadrutda, Zəngilanda, Füzulidə, Qubadlıda da “DOST” filiallarının yaradılmasını, eyni zamanda ağıllı kəndlərimizdə “SMART DOST” məntəqələrinin quraşdırılmasını planlaşdırırıq".
Sədr qeyd edilib ki, “DOST” modelinin unikallığı budur ki, həm sosial təminat, həm də məşğulluq və əmək münasibətləri istiqamətində bir məkanda vətəndaşlara xidmət göstərir: "“DOST” dünyada unikal modeldir. Müxtəlif ölkələrdə mövcud olan bu cür modellər iki yerə bölünür, ya sosial, ya da ki, məşğulluq sahəsində “bir pəncərə” prinsipi ilə xidmətlər göstərilir. Yəni bu ikisinin qarışıq, hibrid modeli dünyada olmayıb. Biz “DOST” modelini bu istiqamətdə işlədik və onun unikallığı budur ki, həm sosial təminat, həm də məşğulluq və əmək münasibətləri istiqamətində bir məkanda vətəndaşlara xidmət göstərir. Hətta bu modelin unikallığını nəzərə alaraq digər ölkələrdə təqdimatlar da keçirmişik. Artıq Macarıstan, Bolqarıstan kimi ölkələr modelimizə maraq göstərir. Hazırda Avropa Sosial Şəbəkəsi vasitəsilə bizim modellə İspaniya, Şotlandiya, İtaliya kimi ölkələr də maraqlanırlar. Bu isə o deməkdir ki, Azərbaycan sosial sahədə xidmətlərin göstərilməsi istiqamətində artıq qabaqcıl ölkələrlə eyni sıradadır və onlara öz təcrübəsini göstərir".
Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin ilk mərkəzinin açılışı 9 may 2019-cu ildə baş tutub. Hazırda Bakıda və Abşeron rayonunda 5 “DOST” mərkəzi fəaliyyət göstərir. Bu günə qədər “DOST” mərkəzlərinə 820 minə qədər vətəndaş müraciəti qeydə alınıb. Bu mərkəzlərdə vətəndaşların xidmətlərdən məmnunluq səviyyəsi isə 98 faizdir.
Hazırda “DOST” mərkəzlərində 154 növ xidmət göstərilir. Bu xidmətlər həm sosial müdafiə və təminat sahəsində (pensiya, müavinətlər, təqaüd, əlilliklə bağlı), həm də məşğulluqla bağlı olan (işsiz və iş axtaran şəxslərə, həmçinin özünüməşğulluqla bağlı) xidmətlərdir. Eyni zamanda burada əmək münasibətləri ilə bağlı işəgötürənlər və işçilər arasında olan münasibətlərin qurulması istiqamətində fəaliyyət göstərilir. Hər bir mərkəzdə Tibbi-Sosial Ekspert Komissiyaları əlilliyin müəyyən edilməsi və təyin edilməsi istiqamətində vətəndaşlara xidmətlər göstərir. Mərkəzlərdə təkcə funksional yox, yardımçı xidmətlər də var. Belə ki, bu ünvanlarda bank, notarius xidmətləri təşkil olunub, eləcə də psixoloq, surdo-tərcüməçilik istiqamətində xidmətlər mövcuddur.
Müştərilərin xəbərləri
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
5 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
1 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
-
33 d. əvvəl
“Biz elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!”
- 21 saat əvvəl
- 22 saat əvvəl
-
22 saat əvvəl
Ağdamda nəhəng zeytun təsərrüfatı yaradılıb – 10 min ton məhsul hədəflənir
-
23 saat əvvəl
CineMastercard-ın şəhid əməkdaşı Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb
-
23 saat əvvəl
Ağdamda 24,9 milyon manatlıq yeni zavod – 100 nəfər işlə təmin olunacaq
-
1 gün əvvəl
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
-
1 gün əvvəl
Dünyanın ən böyük media sövdələşmələrindən biri tamamlandı – 22 milyard dollar
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
Ən çox oxunanlar
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
Noyabrın 8-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib
Xankəndidə 1100 tələbənin eyni vaxtda istifadə edə biləcəyi nəhəng kitabxana tikilir - təməli qoyuldu
























