Samsung Galaxy S22 Ultra - Galaxy S seriyasının ən universal və premium cihazı
(®) Bu yaxınlarda Samsung Electronics şirkəti Galaxy S22 Ultra smartfonunu təqdim etmişdir. Sözü gedən bu flaqman Galaxy S məhsul xəttinin ən yaxşı xüsusiyyətlərini özündə birləşdirir: təkmilləşdirilmiş kameralar, misilsiz ekran, güclü prosessor və S Pen stilusu ilə işləmə dəstəyi. Smartfonda diqqətinizi çəkən ilk məqam - onun ölçüsüdür. Burada mükəmməl balans təqdim edən Samsung, sizə məzmundan həzz almaq üçün kifayət qədər böyük və əlinizə rahat sığacaq qədər kiçik smartfon təqdim edir. Flaqmanın çəkisinin 228 qr, bizim öyrəşdiyimizdən bir qədər çox olmasına baxmayaraq, istifadə zamanı əlləriniz yorulmur. Smartfon təbiətdən ilhamlanmış dörd rəng variantında təqdim olunur: fantom qara, fantom ağ, yaşıl və tünd qırmızı.
Həmçinin cihaz IP68 standartlarına uyğun suyadavamlılıqla təchiz edilimişdir. Galaxy S22 Ultra-nın ön hissəsində axarı yan kənarlı, minimal çərçivə ilə haşiyəyə alınmış böyük 6,8” ekran yerləşdirilmişdir. Displey ətrafı nazik çərçivələr inanılmaz görüntü effekti yaradır, xüsusən bu, 120 Hz adaptiv tezliyə və 1750 nit yüksək parlaqlığa malik Dynamic AMOLED 2X ekrandırsa. Parlaqlıq həqiqətən inanılmazdır, bu səbəbdən də, smartfon, əlbəttə ki, Vision Booster-in köməyi ilə, ən günəşli gündə belə tam aydın görüntü təqdim edir. Qeyd edək ki, bütün korpus Gorilla Victus + şüşəsi ilə qorunaraq 1 mert hündürlükdən düşməyə davam gətirir və cızıqlara qarşı olduqca davamlıdır. Samsung, bu növ şüşənin ilk Galaxy S22 xəttində istifadə olunduğunu iddia edir.

Smartfonun korpusuna bir daha nəzər salaq. Bəhs etdiyimiz nazik çərçivə metaldandır və yanları yuvarlaq bir formaya malikdir, lakin bütün flaqmanın mat səthindən fərqli olaraq, sözü gedən bu haşiyə - parıltılıdır. Belə bir dizayn olduqca maraqlı görünür. Burada güc və səs düymələri öyrəşdiyimiz kimi korpusun sağ tərəfdədir. Korpusun üst hissində isə dəyişməz olaraq – antena və dinamik yerləşdirilib, lakin aşağı tərəfdə bütün vacib funksional elementlər təmsil olunub. Xarici dinamik, USB Type-C konnektoru, mikrofon, iki SİM kart üçün nəzərdə tutulmuş slot və S Pen stilusunun yuvası, bunlar hamısı smartfonun aşağı hissəsində yerləşir. S Pen-in xarici görünüşü nəzərə çarpacaq dərəcədə dəyişməmişdir: tək mexaniki düymə və adi qələmlə kağız üzərində yazma hissi yaradan yaylı ucluq. Lakin qələmin funksionallığı təkmilləşdirilmişdir, cavab müddəti 2,8 ms-ə qədər azaldılmış, trayektoriya proqnozlaşdırma alqoritmləri isə yenilənmidir. Sonuncu sayəsində əl ilə yazını indi daha yaxşı tanıyan S-Pen-in dəqiqliyi artmışdır.
Kameraların əsas bloku korpusun arxa hissəsinin üstündən təxminən bir millimetr yuxarı çıxan beş ayrı dəyirmi modul şəklində təqdim edilmişdir (dörd kamera və lazer məsafəölçəni). Buradakı əsas modul f / 1.8 aperturaya malik 108 meqapiksel, Dual Pixel PDAF avtofokusu, lazer avtofokusu və optik sabitləşdirmə ilə təchiz olunmuşdur. İlk telefoto modul 10 MP-dir. f / Dual Pixel PDAF, 3x zoom-lu OIS ilə təmsil olunmuşdur. İkinci telephoto obyektiv isə periskopik, 10 MP, f/4.9, Dual Pixel PDAF, OIS, 10x zoom-a malikdir. Axırıncı kamera isə 12 MP ultra geniş bucaqlı, f/2.2, 120 dərəcəlik baxış bucaqlı Dual Pixel PDAF obyektivi ilə təchiz edilmişdir. Smartfonun kamerası həm də şəkli miqyaslandıraraq istədiyiniz obyekti 100 dəfə yaxınlaşdıra bilir. Flaqmanın ön kamerası 40MP f/2.2, PDAF sensoruna malikdir. Galaxy S22 Ultra həm də studiya keyfiyyətində şəkil çəkmək üçün VDIS süni zəkası üzərindən işləyən portret rejimi ilə təchiz edilib. Əlavə olaraq, smartfon foto və videoların keyfiyyətini optimallaşdıraraq, istənilən işıqda möhtəşəm nəticələr təqdim edir.
Smartfonlardakı yenilikdən PRO rejiminin təkmilləşdirilməsini qeyd etmək olar ki, burada sadəcə əsas deyil geniş bucaqlı və teleobyektiv kameralarını da istifadə etmək mümkündür. Siz ekspozisiya və çəkim parametrlərindən istifadə edərək şəkilləri işıqlandıra və ya tündləşdirə, ağ rəng balansını tənzimləyə, fotoşəkili isti və ya soyuq çalarlarda təqdim edilməsinə nəzarət edə, həmçinin istədiyiniz obyektə özünüz fokuslana bilərsiniz. Əslində, kamera menyusunda da hər şey sadədir, burada bütün adət etdiyimiz adi "düymələr" təqdim olunub: flaş, aspekt nisbəti, video qətnamə və stabilizator, timer, çərçivənin avtomatik təkmilləşdirilməsi və əsas kameralar arasında keçid olunması.
Qeyd etmək lazımdır ki, burada yüksək tutumlu batareya smartfonun enerjisinə cavabdehdir. S22 Ultra həmçinin 45 Vt ultra-sürətli yükləməni dəstəkləyir, bu səbəbdən də 54 dəqiqəlik video yazmaq və ya serialın dörd epizodunu izləmək üçün cəmi 10 dəqiqəlik şarj kifayət edir.
Xatırladaq ki, cihazlar artıq Azərbaycan bazarında da satışa çıxarılıb. Galaxy S22 məhsul xəttinin ən son cihazları haqqında əlavə məlumatı Samsung-un rəsmi internet saytından, həmçinin Baku Electronics, Irshad, Kontakt Home, Maxi.az, Soliton, World Telecom və Optimal mağazalar şəbəkəsində əldə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 10 saat əvvəl
-
- 10 saat əvvəl
-
11 saat əvvəl
2026-cı ildə balıq və digər su bioresurslarının ovu üçün kvota təqsdiqlənib - QİYMƏTLƏR
- 11 saat əvvəl
-
11 saat əvvəl
Porsche-nin satışlarında 16 ilin ən böyük azalması baş verib
-
12 saat əvvəl
ADUA müqavilə sahəsində seysmik tədqiqatla bağlı görüləcək işlərin vaxtı və həcmi dəqiqləşdirilib
- 12 saat əvvəl
-
12 saat əvvəl
Expressbank: Kreditləşmə və depozitlərdə güclü artım qeydə alınıb
- 13 saat əvvəl
-
13 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB Tam Visa kartını təqdim etdi
Bank aviabilet alır - TENDER
Sıfır xərclə ticarət mümkündür?
İndi aviabiletlər də ABB Business-də alınır
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan Nəşriyyatının binası təmirə bağlanır, nəşriyyatlar və redaksiyalar köçürüləcək
“İvanovka Süd Məhsulları” rəqiblərindən şikayət edib - Şirkətin müraciətilə 2 şirkətə və 1 sahibkara göstəriş verilib
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
Azərbaycandan Gürcüstana səfərlər 33%-dən çox artıb
















