Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Təl-Əvivdə anım tədbiri baş tutub

“PAŞA Həyat” şirkəti, “İRS” Nəşriyyat evi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki rəsmi nümayəndəliyi və “İsraildə Azərbaycan Evi” Təl-Əvivdə XX əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımı qurbanlarının xatirəsini anma gününü qeyd ediblər.
Bununla yanaşı, “İRS” jurnalının ivrit dilində nəşri, həmçinin “PAŞA Həyat” şirkəti Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və “İRS” Nəşriyyat evi ilə birgə əməkdaşlıq çərçivəsində nəşr edilmiş “Qarabağın qara kitabı” adlı kitabın xarici ölkədə ilk təqdimatı keçirilib.
Tədbirdə İsrailin siyasi partiyalarının nümayəndələri, Holon şəhəri merinin birinci müavini Mixail Sutovski, Ariel Universitetinin professoru Kirill Feferman, israilli siyasi texnoloq Roman Qureviç, İsraildə yaşayan azərbaycanlı rejissor və “Ağrı” romanının həmmüəllifi Əmir Qut, israilli riyaziyyatçı, Keu pedaqoji institutunun professoru Mark Appelbaum, israilli tibb işçisi Fərid Appelbaum, İsrail KİV-lərinin təmsilçiləri, Türkiyə Respublikasının İsraildə diplomatik korpusu tam heyətdə, həmçinin İsrailin vaxtilə Azərbaycanda yaşamış çoxsaylı icması iştirak edib.
Tədbir iştirakçıları erməni silahlı qüvvələri tərəfindən Xocalıda dinc azərbaycanlı əhaliyə qarşı törədilən soyqırımının günahsız qurbanlarının, həmçinin Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş əsgər və zabitlərin xatirəsini anıblar. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin və “İsraildə Azərbaycan Evi”nin icraçı direktoru Arye Qut tədbiri açaraq, Xocalıda baş vermiş dəhşətli faciədən 30 il keçdiyini vurğulayıb.
“Bütün bu illər ərzində biz İsraildə bu dərdə şərik olaraq, əsl informasiya müharibəsi ilə məşğul olmuşuq, Azərbaycan barədə həqiqətləri yaymağa çalışmışıq. Biz Holokostu görmüş bir xalqıq, ona görə Azərbaycan xalqının ağrı-acısını yaxşı başa düşürük.
Yaddan çıxarmamalıyıq ki, Ermənistan 30 il ərzində Azərbaycan ərazilərinin 20 faizini işğal edib. Mən İsrail KİV-lərinin təmsilçiləri ilə birlikdə artıq işğaldan azad edilmiş ərazilərdə olmuşam. Ermənilərin Qarabağda vandalizm və urbisidlə məşğul olaraq törətdikləri dağıntılar bir İsrail vətəndaşı kimi məni şok vəziyyətinə saldı. Sanki bu torpaqlardan dəhşətli və amansız taun xəstəliyi keçmişdi. Biz orada bircə dənə də olsa salamat qalmış bina görmədik – nə ev, nə məktəb, nə kitabxana, nə muzey qalmışdı. Qəbiristanlıq, məscidlər, kilsələr xarabalıqlara çevrilmişdi”, - deyən tədbirin moderatoru Arye Qut Xocalı soyqırımı barədə sənədli təqdimatı iştirakçıların diqqətinə çatdırdı.
“İRS” jurnalının baş redaktoru Musa Mərcanlı 16 dildə nəşr olunan layihə üzərində ətraflı dayandı. O dedi: “Jurnalın 17-ci dildə - ivrit dilində buraxılışının xüsusiliyi ondadır ki, Azərbaycanın İsraildə diplomatik nümayəndəliyi yoxdur, lakin buna baxmayaraq, jurnal ən yüksək keyfiyyətdə işıq üzü görür. Bu gözəl ölkədə beynəlxalq münasibətlər sahəsində tanınmış ekspert, İsrailin və Azərbaycanın böyük vətənpərvəri Arye Qut kimi yaxşı peşəkarlar var. Biz bunu etdik və İsrail-Azərbaycan strateji münasibətlər formatı çərçivəsində belə səviyyədə jurnal ilk dəfədir nəşr olunur”.
Xocalı faciəsi qurbanlarını anma günündə çıxış edən “PAŞA Həyat” şirkətinin İdarə Heyətinin sədri Niyaz İsmayılov vurğulayıb ki, səfərin əsas məqsədi 30 il bundan əvvəl baş vermiş hadisələri düzgün işıqlandırmaqdır. O deyib: “Bu, həm də “İRS” nəşriyyatı ilə birgə dərc edilmiş kitabın rəsmi təqdimat mərasimidir. Əslində, bu iki missiya bir-biri ilə çox güclü qarşılıqlı əlaqəlidir. Düz 30 il bundan əvvəl, 1992-ci il fevralın 26-da soyuq bir gecədə erməni silahlı qüvvələri Xocalıda soyqırımı aktı törədiblər. Bu soyqırımı aktı indiyədək Azərbaycan xalqının qəlbində ağır yara və dərddir. Burada olarkən qeyd etmək istəyirəm ki, ölkələrimiz arasında dost və strateji münasibətlər inkişaf edir və möhkəmlənir. Biz İkinci Qarabağ müharibəsi zamanı Azərbaycana göstərdiyi mənəvi və siyasi dəstəyə görə İsrail Dövlətinə çox minnətdarıq”.
N.İsmayılovun sözlərinə görə, “Qarabağın qara kitabı” Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbəsinə və Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağın ən yeni tarixinə həsr edilib, “PAŞA Həyat” və “İRS” Nəşriyyat evinin 2013-cü ildən başlayaraq “İrs” layihələr silsiləsi çərçivəsində yaradılıb.
Tədbirdə iştirak edən digər siyasi nümayəndələr də çıxış edərək Azərbaycan xalqına başsağlığı verdilər. İsraillilərin Azərbaycan barədə, onun geosiyasi əhatəsi, siyasi və iqtisadi potensialı haqda daha çox məlumat toplamasında “İrs” jurnalının ivrit dilində nəşrinin çox vacib olduğunu qeyd ediblər, “İRS” jurnalına və “PAŞA Həyat” şirkətinə əsl dəstəyə görə minnətdarlıqlarını bildiriblər.
Tədbirin sonunda ravvin Mixael Finkel Azərbaycanın Xocalı şəhərində soyqırımı aktının qurbanlarının xatirəsinə yəhudilərin “Kadiş” duasını oxuyub.
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

“PAŞA Holding”in dəstəyi ilə təsis edilən Kibertəhlükəsizlik Mərkəzinin növbəti məzun günü baş tutub
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 15 saat əvvəl
-
16 saat əvvəl
Mikayıl Cabbarovdan Suriyaya ixrac edilən qaz ilə bağlı açıqlama
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az - 17 saat əvvəl
-
17 saat əvvəl
Azərbaycanda hotellərdə gecələmələrin 20 faizə yaxını Hindistan vətəndaşlarının payına düşüb
-
18 saat əvvəl
Tramp Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazır olduğunu bildirib
- 18 saat əvvəl
-
18 saat əvvəl
Azər Türk Bank kartlardakı qalıqlara illik 8% kampaniyasını davam etdirir
-
1 gün əvvəl
“Üfüq” Karyera İnkişaf Proqramının qaliblərinin təltif olunma mərasimi keçirilib
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“PAŞA Holding”in dəstəyi ilə təsis edilən Kibertəhlükəsizlik Mərkəzinin növbəti məzun günü baş tutub
Son Xəbərlər

Sabahın hava proqnozu açıqlanıb

Mikayıl Cabbarovdan Suriyaya ixrac edilən qaz ilə bağlı açıqlama

Azərbaycan hotelərindəki yerlərin 79 faizə yaxını boş qalıb

Azərbaycan neftinin son qiyməti

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Coca-Cola həyəcanla gözlənilən yay kampaniyasına davam edir
Ən çox oxunanlar

“PAŞA Holding”in dəstəyi ilə təsis edilən Kibertəhlükəsizlik Mərkəzinin növbəti məzun günü baş tutub

Dövlət 3 iri bankda 450 milyon manat depozit yerləşdirdi

“Azərbaycan Dəmir Yolları”nın xarici borcu açıqlanıb
.png)
NEQSOL Holding PARLA proqramına görə 2025 Stevie® Awards Qızıl və Gümüş mükafatlarına layiq görülüb

3 Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edildi

SOCAR İstiqrazları üçün 1 milyon 125 min dollarlıq ödəniş
