Sosial həssas insanlara həssas yanaşma - ödənişsiz abituriyent hazırlığı
Şəhid, qazi və imkansız qrupa aid olan ailələrin övladları üçün tam ödənişsiz ali məktəb hazırlığı - Qeydiyyat başlayıb(®) Öz xeyriyyəçi vizyonu ilə fərqlənən “Fortis Academy” 2019-cu ilin sentyabrından etibarən Azərbaycanda analoqu olmayan bir təhsil xidməti göstərir: şəhid, qazi ailələri və sosial həssas qrupa aid olan ailələrin övladlarına tam ödənişsiz ali məktəb hazırlığı.
Belə ki, ölkəmizin aparıcı sənaye müəssisələrindən olan “Fortis Group”un təşəbbüsü və dəstəyi əsasında yaradılmış “Fortis Academy” tam xeyriyyə məqsədli bir layihədir. Başqa sözlə desək, bu layihə “Fortis Group”un Korporativ Sosial Məsuliyyətinin nəticəsidir.
“Fortis Academy” 3-cü ildir fəaliyyət göstərməsinə baxmayaraq əldə etdiyi yüksək nəticələr sayəsində onun fəaliyyəti ilə tanış olan hər kəsin təqdirini qazanmışdır. Belə ki, “Fortis Academy” hələ ilk ilində 70%, 2020-2021-ci tədris ilində isə 100%-lik nəticə göstərərək böyük uğura imza atmışdır.
Burada şagirdlər tam ödənişsiz təhsil almaqla yanaşı, dərs vəsaitləri, test topluları, sınaq imtahanları və nəqliyyat xidməti ilə də ödənişsiz təmin olunurlar. Hal-hazırda 20-dən çox müəllimin dəstəyilə 170 şagird “Fortis Academy”də onlar üçün yaradılmış əlverişli şəraitdən yararlanır. Növbəti ildə isə, 225 şagidə bu cür şəraitin yarardılması nəzərdə tutulub.
Onlar burda həm ali məktəbə daxil olmaq üçün lazım olan biliklərə yiyələnir, həm də, gələcək üçün dünyagörüşlü bir vətəndaş kimi formalaşırlar. Belə ki, onların Azərbaycanımızın mədəni irsi ilə də tanış olmasına, hərtərəfli bir vətəndaş kimi yetişməsinə dəstək olmaq məqsədilə muzeylərə, müxtəlif elm və mədəniyyət mərkəzlərinə müntəzəm ekskursiyalar təşkil olunur.
Təhsil ocağında mütəmadi olaraq bilik yarışları, viktorinalar, mədəniyyət və ədəbiyyatımızın sevilən simaları ilə görüşlər keçirilir.
“Fortis Academy”də şagirdlərin ali məktəb hazırlığı həm də, yüksək tələbkarlıqla müşayiət olunur. Belə ki, gündəlik davamiyyətin yoxlanılması və bu barədə valideynlərin məlumatlandırılması, ev tapşırıqlarının mütəmadi yoxlanılması, həftəlik dərslərdə fəallığın qiymətləndirilməsi, müxtəlif mükafatlandırmalar və valideyn iclaslarının keçirilməsi şagirdlərin yüksək hazırlığını təmin etməyə imkan verir.
Şagirdlərə psixoloji konsultasiyaların göstərilməsi, ixtisas seçimində məsləhətlərin verilməsi və onların DİM ölçmə-qiymətləndirmə meyarlarına uyğun tematik planla təmin olunması qəbul imtahanları ərəfəsində şagirdlərin mənəvi-psixoloji vəziyyətinin yüksəldilməsinə şərait yaradır.
Bu il məzun olacaq 11-cilər keçənilki rekordu təzələmək üçün onlara yaradılmış şəraitdən maksimum faydalanır və cidd-cəhdlə çalışırlar. Qeyd edək ki, onların yerini tutmaq və “Fortis Academy”də təhsil almaq istəyənlər üçün onlayn qeydiyyat artıq başlayıb.
“Fortis Academy” övladlarının ali məktəblərdə təhsil almasını istəyən, lakin onların hazırlığını təmin etmək üçün maddi imkanı olmayan ailələrin hər zaman yanındadır. Əgər övladınızın potensialını görür və abituriyent hazırlığında ona kömək göstərilməsini arzulayırsınızsa, qeydiyyatdan keçin.
http://fortisgroup.az/fortisacademyregister
“Fortis Academy”nin əməkdaşları tez bir zamanda sizinlə əlaqə saxlayacaq və qəbul imtahanları haqqında sizə dolğun məlumat verəcəklər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 gün sonra
- 22 d. əvvəl
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Xəzər" Kredit İttifaqı 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
-
3 saat əvvəl
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Sığorta" ağacəkmə aksiyasına qoşulub
Birləşmiş Ərəb Əmirlikləri OPEC-i tərk edir
“Azercell” tətbiqinə dostunu dəvət et, bonus qazan!
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı
Ən çox oxunanlar
22 sahibkar “Tərəqqi” medalı ilə təltif edildi
Aprelin 29-da gözlənilən hava şəraiti
Sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə üçün 86 milyon manata yaxın pul ayrıldı - SƏRƏNCAM
Qlobal bank netin orta qiymət proqnozunu 104 dollara yüksəldib
TuranBank-dan “Yaşıl gələcəyə” növbəti addım: 1 milyon ağac hədəfi
Unicapital PAŞA Bank səhmlərinin marketmeykeri olacaq
BP-nin mənfəəti İran müharibəsi ilə 2 dəfədən çox artıb
3 gün, 0% komissiya: Unibank yeni kredit kampaniyası keçirir






.jpg)





.jpg)




