Çinin valyuta ehtiyatları yanvarda azalıb
Dünyanın ən böyük valyuta ehtiyatlarına malik olan Çinin valyuta ehtiyatları yanvarda 28,53 milyard ABŞ dolları azalaraq 3 trilyon 222 milyard dollara düşüb.
Bu barədə Çin Xalq Bankının açıqlamasında deyilir.
Beləliklə, Çinin valyuta ehtiyatları dekabr ayında qeydə alınan 3 trilyon 250 milyard dollarlıq son altı ilin rekord səviyyəsindən aşağı düşüb.
Azalma son dörd ayda ilk dəfə baş verib və ABŞ dollarının artımı və digər valyutalarda ifadə olunan qlobal aktivlərin dəyərinin azalması ilə əlaqədar olub. Yuan keçən ay ABŞ dolları qarşısında 0,1% dəyər itirib, dollar isə əsas valyutalar səbətinə qarşı 1%-dən çox möhkəmlənib.
Çinin qızıl ehtiyatları yanvarda dəyər ifadəsində bir ay əvvəlki 113,13 milyard dollardan 112,46 milyard dollara qədər azalıb. Bununla belə, ehtiyatların həcmi 62,64 milyon unsiya səviyyəsində qalıb.
Müştərilərin xəbərləri
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
6 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
2 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Ağdamda nəhəng zeytun təsərrüfatı yaradılıb – 10 min ton məhsul hədəflənir
-
15 saat əvvəl
CineMastercard-ın şəhid əməkdaşı Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb
-
16 saat əvvəl
Ağdamda 24,9 milyon manatlıq yeni zavod – 100 nəfər işlə təmin olunacaq
-
16 saat əvvəl
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
-
16 saat əvvəl
Dünyanın ən böyük media sövdələşmələrindən biri tamamlandı – 22 milyard dollar
-
16 saat əvvəl
Noyabrın 8-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Ərdoğan Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Ən çox oxunanlar
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
Noyabrın 8-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib
Xankəndidə 1100 tələbənin eyni vaxtda istifadə edə biləcəyi nəhəng kitabxana tikilir - təməli qoyuldu
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi






















