"Bakıda 254 çoxmərtəbəli yaşayış binasının tikintisinə başlanılıb"
Azmərtəbəli, qəzalı vəziyyətdə olan və yaşayış üçün yararsız tikililər sökülərək onların yerində yeni yaşayış binalarının tikilməsi "Pilot layihə"si çərçivəsində Səbail, Nərimanov, Nəsimi, Xətai, Nizami, Suraxanı və Yasamal rayonlarında planlaşdırma layihələri komitə tərəfindən razılaşdırılmış 254 yüksək mərtəbəli yaşayış və qeyri-yaşayış tikililərindən artıq 45-nin tikintisinə (əsasən də nöqtəvari tipli tikinti kimi) başlanılıb
"Azmərtəbəli, qəzalı vəziyyətdə olan və yaşayış üçün yararsız tikililər sökülərək onların yerində yeni yaşayış binalarının tikilməsi "Pilot layihə"si çərçivəsində Səbail, Nərimanov, Nəsimi, Xətai, Nizami, Suraxanı və Yasamal rayonlarında planlaşdırma layihələri komitə tərəfindən razılaşdırılmış 254 yüksək mərtəbəli yaşayış və qeyri-yaşayış tikililərindən artıq 45-nin tikintisinə (əsasən də nöqtəvari tipli tikinti kimi) başlanılıb".
Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən verilən məlumata görə, bunu qurumun sədri Abbas Ələsgərovun "Pilot layihə"lərin həyata keçirilməsi ilə bağlı Bakı şəhərinin 9 rayonunun İcra Hakimiyyəti nümayəndələrinin, layihə institutları və aparıcı layihə təşkilatlarının mütəxəssislərinin iştirakı ilə keçirilən iclasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, "Pilot layihə"nin əsas məqsədlərindən biri də təkcə yeni yaşayış binalarının ucaldılması deyil, həmçinin azmərtəbəli və yaşayış üçün yararsız tikililərin əsaslı söküntüsünü aparmaqla ərazinin abadlaşdırılmasının da təmin edilməsidir: "Lakin ərazinin abadlaşdırılması (renovasiyası) zamanı bəzi çətinliklər meydana çıxır. Məlum olduğu kimi, ərazinin tikinti-planlaşdırma eskizləri ilə bərabər inşa ediləcək binaların memarlıq-planlaşdırma bölmələri də hazırlanır ki, mərtəbəliliyinə, tikinti sıxlığına görə bəzən bu sənədlərdə uyğunsuzluqlar olur".
Qurum rəhbəri onu da qeyd edib ki, tikinti işləri gedən 45 obyektin sahəsinin planlaşma həlli üçün 60 hektar ərazi nəzərdə tutulub. "Tikintisi başa çatdıqdan sonra burada yaşıllıq sahələri, istirahət və idman meydançaları, avtomobil dayanacaqları və piyada yolları, mühəndis kommunikasiyaları və qurğuları ilə təmin olunub, abadlaşdırılmış həyəti olan yaşayış kompleksləri yaranmalıdır. Bu gün bəzi tikinti təşkilatlarının fəaliyyəti müəyyən narahatlıqlar yaradır. Bəzi hallarda planlaşdırma sənədində söküntü nəzərdə tutulmuş ərazidə qismən söküntü işləri aparılaraq ətrafdakı əhali üçün təhlükə yaratmaqla tikinti işlərinin aparılması faktları mövcuddur. Şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə əsasən tikinti işlərinə başlamazdan əvvəl hazırlıq işləri aparılmalı, meydança daxili və meydançadan kənar əlavə təhlükəsizlik tədbirləri yerinə yetirilməlidir. Bu baxımdan tikintinin və həmin ərazidəki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə ilk növbədə 1 ha söküntü ərazisinin nəzərdə tutulması, həmin ərazidəki əhalini kirayə edilmiş mənzillərdə yerləşdirməklə, yararsız tikililərinin söküntüsü başa çatdıqdan sonra yeni binaların tikintisi işlərinə başlanması tövsiyə olunur", - deyə o bildirib.
"Bəzi hallarda, eyni tikinti sıxlığı halında tikinti altı sahəsi iki dəfə çox olmaqla altı ədəd 10 mərtəbəli yaşayış binasının yerləşdirilməsi mümkün olduğu halda əvəzinə nöqtəvari tikinti kimi üç 16 mərtəbəli binanın tikintisinə üstünlük verilməsi təəccüb doğurur. Qeyd etmək lazımdır ki, müvafiq ədəbiyyatlarda yüksək mərtəbəli yaşayış binalarının sakinlərinin diskomfortluğu haqqında bir sıra nümunələr vardır. Məsələn, əhalinin yüksək sıxlığı onların davranışına, komfortluğuna və ərazinin ictimai mühitinə də mənfi təsir göstərir. Eyni zamanda, 1 ha ərazi vahidində 10 mərtəbəli binaların tikintisinin maya dəyərinin daha yüksək mərtəbəli binaların tikintisinə nisbətən 10%-ə qədər az olması, yaşayış binalarının isə daha az müddətlərdə mərhələli şəkildə istifadəyə verilməsi kimi üstünlükləri də məlumdur. Rayonların baş memarları fəaliyyətlərində layihə tapşırığının mükəmməl işlənilməsini, o cümlədən planlaşdırma sənədlərinin ərazi sərhədlərinin 5 ha-a qədər olmasını; torpaqdan istifadənin şəhərsalma planının, tikinti üçün ayrılmış 1 ha-dan az olmayan torpaq sahəsinin, sökülən və layihələndirilən yaşayış sahəsi haqqında müvafiq dürüst məlumatların təqdim olunmasını təmin etməlidirlər", - deyə A.Ələsgərov qeyd edib.
Sədr onu da bildirib ki, tikinti üçün ayrılan minimum 1 ha ərazi üçün mərtəbəliliyin reqlamenti layihələndirmədən öncə müəyyən olunmalı, hazırlanan tikinti-planlaşdırma eskizləri tikinti sıxlığı və tikinti əmsalı normaları gözlənilməklə məhz 1 ha-dan az olmayan ərazi üçün nəzərdə tutulması önəmli olmalıdır: "Təəssüf ki, bu gün şəhərsalma norma və qaydalarına uyğun olmayan ərazi planlaşdırma sənədlərinin və binaların müvafiq memarlıq-planlaşdırma bölmələrinin işlənilməsinə rast gəlinir ki, komitə tərəfindən onlarla belə layihə yenidən işlənməsi üçün geri qaytarılıb".
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 3 gün sonra
-
- 13 d. əvvəl
- 23 d. əvvəl
-
51 d. əvvəl
Si Cinpin və Donald Tramp Hörmüz hoğazının açıq qalması məsələsində həmfikirdir
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
TSMC: Qlobal çip bazarı 2030-da 1,5 trilyon dollara çata bilər
-
3 saat əvvəl
Bank of Baku qan donorluğunun əhəmiyyətini vurğulayıb – qanvermə aksiyası keçirib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 30 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Lizinq şirkəti bank olmayan kredit təşkilatı yaradır
Nərgiz Əliyeva: “Daxili audit sadəcə yoxlama deyil”
102 və 191 nömrəli marşrut avtobusları yenilənir
TSMC: Qlobal çip bazarı 2030-da 1,5 trilyon dollara çata bilər
Ən çox oxunanlar
Mayın 15-də gözlənilən hava şəraiti - 30 dərəcə isti
“Abşeron” Ticarət Mərkəzində "McDonald’s" restoranı açılacaq
Faktorinq şirkəti 14%-lə borca pul axtarır
Neft bahalaşıb: Daha yüksək volatillik barədə xəbərdarlıq edilib
Böyük Britaniya iqtisadiyyatı birinci rübdə 0,6% artıb







.jpg)






.jpg)







