Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Press reliz-Azercell-in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Görüşdə Azərbaycanın rəqəmsal ekosisteminin inkişafı, süni intellekt dövründə telekommunikasiya sektorunda baş verən dəyişikliklər və qadınların texnologiya sahəsində liderliyi müzakirə olunub
AzVak-mobil_resmin_ustu_31
Press reliz-Azercell-in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb
iç səhifə xəbər şəkil altı (mobil)_32

Azercell-in baş icraçı direktoru Zərinə Zeynalova Rəqəmsal Əməkdaşlıq Təşkilatının (DCO) Baş katibi Dima Əl-Yəhya ilə görüşüb.

Reklam_3_11

Görüş Azərbaycanın Rəqəmsal Əməkdaşlıq Təşkilatına üzv qəbul edilməsindən sonra Baş katibin ölkəmizə səfəri çərçivəsində baş tutub. Azərbaycanın rəqəmsal ekosisteminin əsas qüvvələrindən biri olan Azercell ölkənin rəqəmsal inkişafı, qlobal rəqəmsal iqtisadiyyatda mövqeyinin gücləndirilməsi və beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi ilə bağlı müzakirələrə qoşulub.

Azərbaycanın DCO-ya üzv olması rəqəmsal sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi, eləcə də ölkənin Qafqaz, Mərkəzi Asiya və digər bazarları birləşdirən regional rəqəmsal mərkəz kimi mövqeyinin gücləndirilməsi istiqamətində növbəti addımdır. Bu baxımdan görüşdə telekommunikasiya şirkətlərinin dəyişən rolu, rəqəmsal xidmətlərin, data və süni intellektin inkişafı ilə sektor üçün yaranan yeni imkanlar müzakirə olunub.

Zərinə Zeynalova gələcəyin tələblərinə cavab verən rəqəmsal ekosistemin qurulmasına dair Azercell-in baxışını təqdim edib. Z. Zeynalova bildirib ki, şirkət ənənəvi telekommunikasiya xidmətləri ilə yanaşı, rəqəmsal xidmətlər, data və süni intellekt istiqamətlərini də ardıcıl şəkildə inkişaf etdirir. Azercell-in hədəfləri artıq yalnız bağlantı və rəqəmsallaşma ilə məhdudlaşmır. Şirkət süni intellektin getdikcə daha böyük rol oynadığı iqtisadiyyatın tələblərinə uyğun yeni imkanlar yaratmağı, zəruri bilik və bacarıqları inkişaf etdirməyi və bununla Azərbaycanın rəqəmsal transformasiyasına töhfə verməyi hədəfləyir.

Görüşdə süni intellektin məsuliyyətli tətbiqi və insan kapitalının inkişafı da əsas müzakirə mövzuları sırasında olub. Qeyd olunub ki, süni intellektin uğurlu tətbiqi yalnız texnoloji həllərin yaradılması ilə məhdudlaşmır. Bunun üçün güclü texnoloji və data infrastrukturu, yeni həllərin məsuliyyətli tətbiqi, eləcə də insan kapitalının bilik və bacarıqlarının davamlı inkişafı böyük əhəmiyyət kəsb edir.

Qadınların texnologiya və rəqəmsal iqtisadiyyatın formalaşmasındakı rolu görüşün digər mühüm mövzularından biri olub. Müzakirələr zamanı qadınların yalnız texnologiyadan istifadə edən deyil, həm də onu yaradan, texnoloji şirkətlərin idarə olunmasında iştirak edən və rəqəmsal gələcəyi müəyyən edən qərarların qəbulunda fəal iştirakının vacibliyi vurğulanıb. 

Görüşdə, həmçinin Azərbaycanın rəqəmsal inkişaf hədəflərinə nail olmaq üçün zəruri bacarıq və istedad potensialının inkişaf etdirilməsində dövlət və özəl sektor, texnologiya şirkətləri və beynəlxalq təşkilatlar arasında əməkdaşlığın əhəmiyyəti müzakirə olunub.

Zərinə Zeynalova Azercell DCO Rəqəmsal Əməkdaşlıq Təşkilatı Dima Əl-Yəhya süni intellekt rəqəmsal iqtisadiyyat rəqəmsal transformasiya telekommunikasiya data rəqəmsal ekosistem qadınların texnologiyada liderliyi insan kapitalı texnologiya sektoru.
06.10.2026 15:50
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19