970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

“Azərpambıq”da yeni təyinat — tanınmış kommunikasiya mütəxəssisi şöbə müdiri oldu

Leyla Sarabi “Azərpambıq”da İctimaiyyətlə əlaqələr şöbəsinə rəhbər təyin edilib.
AzVak-mobil_resmin_ustu_31
“Azərpambıq”da yeni təyinat — tanınmış kommunikasiya mütəxəssisi şöbə müdiri oldu
iç səhifə xəbər şəkil altı (mobil)_32

Leyla Sarabi “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

Marja.az-ın əldə etdiyi məlumata görə, o, yeni vəzifəsində şirkətin ictimaiyyətlə və media ilə əlaqələrinin təşkili, korporativ kommunikasiya və informasiya siyasəti istiqamətlərinə cavabdeh olacaq.

Reklam_3_11

Leyla Sarabi media və dövlət qurumlarının ictimaiyyətlə əlaqələr sahəsində uzunmüddətli iş təcrübəsinə malikdir.

O, 2026-cı ilin yanvarında Azərbaycan İnvestisiya Holdinqinin (AİH) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdi. Bundan əvvəl isə Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinə rəhbərlik edib. 

Sarabi həmin vəzifədə işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma layihələrinin media ilə kommunikasiyasında iştirak edib. O, Ağdam və Füzuli rayonlarında həyata keçirilən yaşayış məntəqələrinin bərpası, əhalinin köçürülməsi və yeni infrastrukturun yaradılması ilə bağlı mütəmadi olaraq mediaya məlumat verib.

İş elanları AzVak.az-da

Leyla Sarabi daha əvvəl Mədəniyyət Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsində də çalışıb. Media fəaliyyətinin əvvəlki mərhələlərində AzTV, Mədəniyyət TV, Publika və digər media qurumlarında işləyib və əməkdaşlıq edib.  

“Azərpambıq ASK”da kadr dəyişiklikləri davam edir

Leyla Sarabinin təyinatı “Azərpambıq ASK” MMC-də son günlər aparılan kadr dəyişiklikləri fonunda baş verir. Oktyabrın 5-də yayılan məlumata görə, şirkətin Baş direktoru Fəxri Mehdiyevin əmrləri ilə Fərid İsayev Baş direktorun müavini, Yunis Səfərli maliyyə direktoru, Əminə Axundova isə SƏTƏMM departamentinin müdiri vəzifələrinə təyin olunublar. Büdcələşdirmə və hesabatlılıq istiqamətində də yeni təyinatlar həyata keçirilib.  

“Azərpambıq ASK” MMC 2018-ci ildə yaradılıb. Şirkətin əsas fəaliyyət istiqamətlərinə pambıq istehsalı, fermerlərdən pambığın tədarükü və emalı, həmçinin pambıq mahlıcı, texniki çiyid, pambıq yağı və digər məhsulların satışı daxildir. Rəsmi məlumata görə, şirkətin Azərbaycanın müxtəlif rayonlarında 14 istehsal, emal və tədarük müəssisəsi fəaliyyət göstərir.  

Şirkət ölkənin pambıqçılıq və qeyri-neft ixracı sektorunda fəaliyyət göstərən iri müəssisələrdən biridir.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Leyla Sarabi Leyla Sərabi Azərpambıq ASK Azərpambıq Aqrar Sənaye Kompleksi Azərbaycan İnvestisiya Holdinqi AİH Fəxri Mehdiyev yeni təyinat kadr dəyişikliyi ictimaiyyətlə əlaqələr pambıqçılıq aqrar sektor
05.10.2026 15:26
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19

Ən çox oxunanlar