Ötən il 300 mindən çox daşınmaz əmlaka "kupça" verilib
İl ərzində mülkiyyət hüququnun qeydiyyatı aparılan daşınmaz əmlakların sayı 300 mini ötüb2021-ci il ərzində 305.308 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən Marja-ya bildirilib.
Qeyd edilib ki, bu göstəricinin 64.737-si (21,2%-i) ilkin, 240.571-i (78,8%-i) isə təkrar qeydiyyatın payına düşür.
2021-ci il ərzində mülkiyyət hüququnun qeydiyyatı aparılan daşınmaz əmlakların sayı ötən illə müqayisədə 28,6% artıb.
Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 48.588-i fərdi yaşayış və bağ evi, 91.546-sı mənzil, 152.706-sı torpaq sahəsi, 3.593-ü qeyri-yaşayış binası, 8.019-u qeyri-yaşayış sahəsi, 809-u əmlak kompleksi, 47-si isə çoxmərtəbəli yaşayış binasıdır. Qeyd edək ki, ötən il ərzində dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 101.906-sı Bakı şəhərinin, qalanları isə bölgələrin payına düşür.
Daşınmaz əmlakın ilkin qeydiyyatı
2021-ci il ərzində 16.082 fərdi yaşayış və bağ evi ilkin dövlət qeydiyyatına alınıb. 2020-ci illə müqayisədə ilkin qeydiyyata alınan fərdi yaşayış və bağ evlərinin sayı 20,5% artıb. Analoji hal torpaq və qeyri-yaşayış sahələrinin ilkin qeydiyyatında da müşahidə edilib. Belə ki, ötən il torpaq sahələrinin ilkin qeydiyyatı 2020-ci illə müqayisədə 23,8% artaraq 15.637, qeyri-yaşayış sahələrinin ilkin qeydiyyatı 37,1% artaraq 3.670 olub.
Tərtib edilən texniki pasportların və qeydiyyata alınan ipoteka müqaviləsinin sayı
Ötən il ərzində 237.447 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib. Bu isə, 2020-ci il ilə müqayisədə 18,9% artım deməkdir. 2021-ci ildə qeydiyyata alınan ipoteka müqaviləsinin sayı 2020-ci illə müqayisədə 64,5% artaraq 53.775 olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 10 saat sonra
-
-
5 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 10 saat əvvəl
-
11 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!






















