"Filialın rəhbəri vəzifəsinə ön ofis əməkdaşının təyin edilməsi daha doğrudur" - MÜSAHİBƏ
AccessBank-ın siması: "Bakıxanov" filialının rəhbəri Könül Qurbanova ilə müsahibə
(®) AccessBank-ın simaları rubrikasında bugünkü həmsöhbətimiz Bakıxanov filialının rəhbəri Könül Qurbanovadır.
- Könül xanım, neçə ildir AccessBank-da işləyirsiniz? Bankda ilk iş gününüzü necə xatırlayırsınız?
- Artıq 10 ildən çoxdur ki, Bankın sıralarındayam. Daha dəqiq desək, tam 13 ildir! AccessBank-ın sıralarına 2008-ci ildə qatıldım. Ali məktəbi bitirdikdən sonra AccessBank ilk rəsmi iş yerim oldu. İlk iş gününü necə unutmaq olar?! Birinci gündən işin dinamikliyini hiss etdim, enerji dolu gənc kollektiv və çoxlu müştəri gördüm... İndi anlayıram ki, bu günədək məni AccessBank-da saxlayan məhz ilk günlərdən hiss etdiyim enerjili və dinamik mühitdir.
- Bildiyim qədəri ilə Jurnalistika fakültəsinin məzunusunuz. Jurnalistika və bank işi... Bu qədər fərqli sahələri bir araya necə gətirə bildiniz?
- Bu sualı mənə verən ilk şəxs deyilsiniz. “Jurnalist hara, bank hara?!” sualını tez-tez eşidirəm. Bəli, razıyam ki, bu tamamilə fərqli iki sahədir, lakin bu sahələr bir-birindən ilk baxışda göründüyü qədər də uzaq deyillər. Həm jurnalistika, həm bank işi xidmət sahəsidir. Hər iki sahə, onların fəaliyyəti oxucularını, müştərilərini yaxşı tanımağa və hədəf auditoriyasına keyfiyyətli xidmətlər təqdim etməyə yönəlib. Bundan əlavə, hər iki sahənin əsasında vicdanlılıq və dürüstlük dayanır. Nəhayət, həm jurnalistika, həm bank işi tamamilə fərqli insanlarla düzgün kommunikasiya yarada bilmək bacarığıdır. Düşünürəm ki, jurnalistika və bank işinin ümumi cəhətləri kifayət qədərdir.
Təbiətcə, mən çox ünsiyyətcil, hər şey ilə maraqlanan və yeniliklərə açıq insanam. Düşünürəm ki, məhz bu cəhətlər həm kollektiv ilə, həm də müştərilər ilə işdə yardımçım oldu. Və əlbəttə ki, humanitar təhsilimə baxmayaraq, riyaziyyat ilə dostluğum da bu işdə əhəmiyyətli rol oynadı.
- Məndə olan məlumata görə, uşaqlıqda Maykl Ceksonun pərəstişkarı olmuşunuz. Bəs, bank sektorunda kimin pərəstişkarısınız?
- Elə indi də Maykl Ceksonun böyük pərəstişkarıyam. İşdə isə mənə işimi öyrətmiş hər kəsin pərəstişkarıyam. Ümumilikdə isə məni işimin pərəstişkarı da adlandırmaq olar.
İndi Sizinlə söhbət etdikcə anlayıram ki, AccessBank-da çalışdığım illər ərzində bir dəfə də olsun iş yerimi dəyişmək barədə düşünməmişəm. Bu gün əminliklə deyə bilərəm ki, Bankda 13 illik fəaliyyətim təkcə karyera deyil, həm də bir şəxsiyyət kimi hərtərəfli inkişafıma da kömək etdi. Bu neçə ildə topladığın təcrübə təkcə rəhbərlik etməyə deyil, həm də həmkarlarımla həmin təcrübəni bölüşməyə imkan yaradır. Bəlkə də bu gün artıq mənim öz pərəstişkarlarım var və mən həmkarlarım üçün nümunəyəm.
- Sizcə, uğurun açarı nədədir – istedad yaxud öz üzərinizdə daima çalışmaqda?
Mozart və Salyerinin əzəli mübahisəsi. Mən belə deyərdim: uğur güclü tərəflərin üzərində daima işləyərək müsbət nəticəyə nail olmaqdır. Axı hətta istedad olduğu halda belə nəticəyə çatmaq üçün çoxlu səy, çalışqanlıq, biliklərin dərinləşdirilməsi tələb olunur.
Digər vacib məqam istedadın nədən ibarət olmasını mümkün qədər erkən yaşlarda aşkar etməkdir. Hər bir insan istedadlı və ürəyincə olduğu sahədə bir çox şeylərə nail olur. Düzgün fəaliyyət seçimini etmək çox vacibdir – bu halda insan həm işindən məmnun olur, həm öz üzərində çalışaraq yeniliklər öyrənir, həm də xasiyyətinin güclü tərəfləri özünü büruzə verərək mükəmməl nəticələrə nail olur.
Şəxsən özüm haqqında deyə bilərəm ki, insanlarla ünsiyyət qurmaq istedadımı vaxtında aşkar etdim. Bu mənə dərin bilik və bacarıqlar bəxş etməklə yanaşı, həm də komandada işləmək, öz üzərimdə çalışıb inkişaf etmək imkanı yaratdı. Şəxsən mən hesab edirəm ki, uğurun açarı özündə aşkar etdiyin istedadın daim cilalanmasıdır.
- Bildiyimə görə, banklarda filial rəhbərləri adətən kredit şöbəsindən çıxan əməkdaşlar olur. Siz isə, səhv etmirəmsə, Ön ofisdən gəlmisiniz.
- Bəli, doğrudur, Bankda bu stereotip uzun illərdir ki, var. Lakin şəxsən mən hesab edirəm ki, filial rəhbəri, xüsusilə də pərakəndə bankçılıq üzrə fəaliyyət göstərən filialın rəhbəri vəzifəsinə Ön ofis əməkdaşının təyin edilməsi daha doğrudur. Ön ofis məktəbini keçənlər daha çox müştəri auditoriyasına hədəflənirlər, onlarla necə işləməyi və pərakəndə bank biznesini necə inkişaf etdirməyi çox gözəl bilirlər. Bundan əlavə, bu cür təyinatlar gələcək karyeralarını bu sahədə planlaşdıran Ön ofis əməkdaşları üçün də çox yaxşı motivasiyadır.
- Gördüyüm qədər işdə hər zaman ciddi geyimə üstünlük verirsiniz.
- Mən insanların geyiminə görə qarşılanmağına səmimi qəlbdən çox inanıram. Hesab edirəm ki, istənilən təşkilatın, xüsusilə də bankın əməkdaşları üçün dress-kod çox vacibdir. Şəxsən mənim üçün dress-kod etibarlılıq nişanıdır: bir tərəfdən, əməkdaşın xarici görünüşünə ciddilik verir və insanları işgüzar yönə kökləyir, digər tərəfdən isə bizim reallıqda işgüzar dress-kod peşəkarlıq və etibarlılıq göstəricisi kimi qəbul edilir. İş ilə bağlı harada olsam, ilk növbədə ölkədə mikromaliyyələşdirmə sahəsində aparıcı bankın simasıyam, və ya müasir dildə desək “ambassador”am.
- Siz ailədə yeganə qadınsınız. Həyat yoldaşınız və oğlunuz üçün daha çox kimsiniz - evin xanımı, yoxsa rəhbər?
- Bəli, ailədə yeganə qadınam. Çalışıram işi evə, evi isə işə gətirməyim. Çətindir, amma mən çalışıram. İradəm, inadım, liderlik xüsusiyyətimlə yanaşı, mən həm də sevgi dolu və qayğıkeş ana və həyat yoldaşıyam.
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 saat əvvəl
-
3 saat əvvəl
"Tiko Azərbaycan" və "Greentek Group" şirkətlərinə icrası məcburi olan göstəriş verildi
-
-
3 saat əvvəl
Lombard şirkətinin gəliri 2 dəfə, xalis mənfəəti isə 3,6 dəfə artıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Kredit təşkilatına 5 il müddətinə borca 3 milyon manat pul lazımdır - illik 17% ödəyəcək
-
5 saat əvvəl
Həsənovlara məxsus lizinq şirkəti gəlirini və mənfəətini açıqladı
-
7 saat əvvəl
"Bu, açıq-aşkar inhisarçılıqdır" - Elon Mask Apple şirkətini məhkəməyə verir
-
7 saat əvvəl
“Sıfır Tullantı” Həmrəylik Marafonu davam edir: Xəzər Günündə 768 kq tullantı toplanıldı
Son Xəbərlər

Gürcüstan ilə sərhəddə böyük növbə

"Tiko Azərbaycan" və "Greentek Group" şirkətlərinə icrası məcburi olan göstəriş verildi

Lombard şirkətinin gəliri 2 dəfə, xalis mənfəəti isə 3,6 dəfə artıb

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

BOKT illik 18 faizlə 2 milyon manat cəlb edir

Həsənovlara məxsus lizinq şirkəti gəlirini və mənfəətini açıqladı
Ən çox oxunanlar

“Sıfır Tullantı” Həmrəylik Marafonu davam edir: Xəzər Günündə 768 kq tullantı toplanıldı

Azercell : Müqavilələr artıq kağız daşıyıcıda deyil, elektron formatda tərtib ediləcək

Əhaliyə və biznesə borc verən təşkilat özü illik 15 faizlə 1 milyon manat borc aldı

Azərbaycanda 6 ayda 35,1 milyard manatlıq satış

Azərbaycanda orta maaş açıqlandı

Unibank endirimli onlayn kredit kamaniyası keçirir

Azərbaycan iqtisadiyyatı 1 faizdən az artıb
