Sığorta şirkətinin birləşdirilmiş 4 mənzilinin qiyməti 10% də aşağı salındı
Qiymət 2 milyon manatdan 1 milyon 35 min manata düşdü.Ləğv prosesində olan “Standard Insurance” sığorta şirkətinin ləgvetmə komissiyası tərəfindən şirkətə məxsus rekonstruksiya işlərindən sonra birləşdirilmiş 4 (dörd) mənzil onların ümumilikdə satış qiyməti olan 1 milyon 150 min manatdan 10% aşağı olmaqla, yəni 1 milyon 35 min manata təkrar açıq hərraca çıxarılacaqdır.
Hərrac “Əmlak Hərrac Mərkəzi” MMC tərəfindən 08 dekabr 2021-ci il tarixində saat 11:00-da (növbəlilik qaydasında) Bakı şəhəri, Yasamal rayonu M.Rahim 4A ünvanında keçiriləcəkdir.
Hərracda iştirak üçün satış qiymətinin 1%-i, yəni 10 350 (on min üç yüz əlli) manat məbləğində beh ödənilməlidir.
Hərrac predmetinin ətraflı təsviri aşağıdakı cədvəldə öz əksini tapmışdır:
Daşınmaz əmlak növü | Ünvanı | Ümumi sahəsi | Hərrac qiyməti AZN | Beh AZN |
Rekonstruksiya işlərindən sonra birləşdirilmiş 4 (dörd) mənzil | Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küçəsi. ev 251, mənzil 20 | 56.6 м² | 1.035.000 | 10.350 |
Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küç., ev 251, mənzil 49 | 46.5м² | |||
Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küçəsi. ev 251, mənzil 50 | 52.7 м² | |||
Bakı şəhəri, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsi. ev 96, mənzil 65 | 114.7 м² |
Hərracla bağlı daha ətraflı məlumatları isə aşağıdakı linkdən əldə etmək münkündür:
https://birjanews.az/herrac-elanlar/75
Ləğvetmə komissiyası həmçinin bildirir ki, şirkətin digər əmlaklarının qanunvericiliyə və təsdiq edilmiş hərrac qaydalarına əsasən açıq hərrac yolu ilə satışının təşkili davam edəcəkdir və bu barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcəkdir.
Xatırladaq ki, əmlak ilkin olaraq 2 milyon manata şatışa çıxarılmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 9 saat sonra
-
-
6 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 11 saat əvvəl
-
12 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























