Muğanbank depozit kampaniyaya start verdi
(®) "Muğanbank" ASC dollarla olan "Avans" və "Tələbli" əmanət növləri üzrə sərfəli kampaniya həyata keçirir.
Kampaniya müddətində müştərilər banka minimum məbləğ 1000 USD olmaqla, 12 ay müddətinə, illik 2.5 faiz dərəcəsi ilə "Avans", minimum məbləği 500 USD olmaqla, 1 aydan çox müddətinə, illik 2.5 faiz dərəcəsi ilə "Tələbli" əmanəti yerləşdirə bilərlər.
Müştərilərə yerləşdirdikləri "Avans" əmanətləri üzrə faizlər müddətin əvvəlində, "Tələbli" əmanəti üzrə faizlər aylıq ödəniləcəkdir. Kampaniya 31 Dekabr 2021-ci il tarixədək qüvvədərir.
Azərbaycan maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan "Muğanbank" ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda Bankın ölkə ərazisində 23 filialı və 10 şöbəsi, həmçinin Moskva şəhərindəki nümayəndəliyi hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir. "Muğanbank" ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), ICBC Bank - Industrial and Commercial Bank of China təşəbbüsü ilə yaradılan "Belt and Road Bankers Roundtable Mechanism" (BRBR - "Bir Kəmər-Bir Yol" Banklarının Dəyirmi Masası), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), ABŞ-ın WorldBusiness Capital (WBC) investisiya fondu, Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), İnkişaf üçün Yaşıl Fond (GGF), Cənub-Şərqi Avropa üzrə Avropa Fondu (EFSE), Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondu (SBFIC) kimi beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir. Muğanbankın xidmət və məhsulları haqqında ətraflı məlumat almaq üçün 933 Məlumat Mərkəzinə zəng edə və ya www.muganbank.az saytına keçid ala bilərsiniz.
Müştərilərin xəbərləri
Dövlət Gömrük Komitəsi, Braziliya Gömrük Administrasiyası və Ümumdünya Gömrük Təşkilatının nümayəndələri Food City Agrocomplex-də olublar
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
3 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
2 gün sonra
Qızıl girovunuz başqa lombarddadır? Daha sərfəli şərtlə çıxarmaq mümkündür
-
- 19 saat sonra
- 3 saat sonra
- 8 d. əvvəl
- 15 d. əvvəl
-
22 d. əvvəl
Azərbaycanlı TIR sürücüləri Gürcüstan gömrüyündə “girov” qaldı – 45 gündür cavab yoxdur
-
59 d. əvvəl
Tanınmış bankın idarəetmə orqanları ilə bağlı növbədənkənar yığıncaq keçirəcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
Beş İcra Hakimiyyəti İT sistemlərini “Hökumət buludu”na köçürüb
- 1 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Hazırda bu layihəyə təxminən 420 işçi cəlb olunub, pik dövründə 700-dən çox iş yerinin yaradılacağı gözlənilir
Azərbaycanlı TIR sürücüləri Gürcüstan gömrüyündə “girov” qaldı – 45 gündür cavab yoxdur
Ən çox oxunanlar
Bakı–Tbilisi biletləri daha erkən satışa çıxarılacaq
Beş İcra Hakimiyyəti İT sistemlərini “Hökumət buludu”na köçürüb
Amazon-un “Zoox” şirkəti ödənişli robotaksi xidmətinə başlayır
Bakıda daha bir ünvanda Subway restoranı açılır
Rəsmi məzənnələr açıqlandı













.png)










