Dövlət Gəncədəki mənzillərin ucuz qiymətlərə satışına başladı - AYLIQ 207 MANAT ÖDƏNİŞLƏ
Azərbaycan Respublikasının Mənzil İnşaat Dövlət Agentliyi (MİDA) növbəti layihəsi - Gəncə yaşayış kompleksindəki mənzillərin güzəştlə satışını elan edib.
Marja.az xəbər verir ki, Azərbaycan bayrağı küçəsində yerləşən kompleksdəki cəmi 188 təmirli mənzilin güzəştli satışı 23 dekabr 2021-ci il tarixində başlayacaq və 30 Dekabr 2021-ci il tarixində başa çatacaq.
Yalnız "Güzəştli mənzil" sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdirlər.
Kompleksdəki 2 otaqlı mənzillərin qiyməti 48 min 263 manat, 3 otaqlı mənzillərin qiyməti 63 min 521 manat, 4 otaqlı mənzilin qiyməti isə 81 min 685 manatdır.
Mənzili 3-30 il müddətinə, illik faiz dərəcəsi 4% və ilkin ödənişi minimal 10% təşkil edən ipoteka kreditilə də əldə etmək olar. 30 il müddətinə güzəştli ipoteka ilə alındıqda 2 otaqlı mənzilin aylıq ödənişi 207 - 208 manat manat, 3 otaqlı mənzilin aylıq ödənişi isə 273-281 manat, 4 otaqlı mənzilin aylıq ödənişi isə 351-353 manat civarındadır.
Güzəştlə mənzil əldə etmək hüququ olan şəxslər, mənzili güzəştlə əldə etmək üçün ərizənin təqdim olunması qaydası, gözləmə qaydasında mənzillərin seçimi və mənzillərin satış şərtləri, agent banklar barədə ətraflı məlumatla www.mida.gov.az və www.mida.az internet səhifələrində tanış ola bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 9 saat sonra
-
-
6 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 11 saat əvvəl
-
12 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!

























