“Necə Manata əmr etmək olar?! O azaddır!”
Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bildirib ki, rəhbərlik etdiyi qurum Manatın məzənnəsinin formalaşmasına müdaxilə etmir, məzənnə liberal, böyük və dərin bir valyuta bazarında formalaşır.
Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov Manatın məzənnəsinin inzibati yollar ilə qorunub saxlanıldığı barədə fikirlərə münasibət bildirib.
Marja.az-ın məlumatına görə, 26 ildir Azərbaycan Mərkəzi Bankına rəhbərlik edən 69 yaşlı təcrübəli bankir hesab edir ki, bu termin köhnəlmiş və yanlış bir termindir. Bu termindən imtina etməyin vaxtı çatıb:
“Hesab edirəm ki, “Manatın məzənnəsinin qorunub saxlanılması” iqtisadi kateqoriya olaraq düzgün kateqoriya deyil, köhnəlmiş və yanlış bir termindir. Əgər bu düzgün iqtisadi kateqoriya deyilsə, bizim də siyasət istiqamətimiz deyil. Manatın məzənnəsi necə inzibati yollar ilə qoruna bilər?! Necə Manata əmr etmək olar?!Bu gün Azərbaycanın valyuta bazarının həm nağd, həm də nağdsız hissəsi cox ciddi olaraq formalaşmış ən aktiv bazarlardır. Bu bazarlarda bir neçə milyard dollar satılır. Dövlət Neft Fondunun böyük məbləğdə satışı, bu satış sonra bank sektoruna daxil olur, oradan nağd satışlar həyata keçirilir. Liberal, böyük və dərin bir bazardır. Bunu necə inzibati yollar ilə idarə etmək olar, bizim bu haqda təsəvvürümüz yoxdur”.
MƏRKƏZİ BANK MƏZƏNNƏNİ SABİT SAXLAMAQ ÜÇÜN VƏSAİT XƏRCLƏMİR
Elman Rüstəmov Manatın məzənnəsinin qorunub saxlanılmasına müəyyən vəsait xərcləndiyi barədə iddialara da münasibət bildirib:
“2021-ci ilin əvvəlindən Mərkəzi Bankın valyuta ehtiyatları 10,4% artıb və 7 milyard dolları ötüb. Bu onu göstərir ki, Mərkəzi Bank bu proseslərə müdaxil etmir. Bunu ekspertlərə də ünvanlayıram - əgər görsəydilər Mərkəzi Bankın valyuta ehtiyatları əhəmiyyətli dərəcədə düşür, bu o deməkdir ki, Mərkəzi Bank inzibati üsulları həyata keçirtmək üçün böyük həcmdə vəsait xərcləyir. Dövlət Neft Fondundan xərclənən vəsaitlər dövlət büdcəsi üçün sərf edilən vəsaitlərdir. Ölkəmizdə qəbul edilmiş qaydalara görə, dövlətin neft gəlirləri əvvəlcə Dövlət Neft Fondunda toplanır. Bu gəlirlər volatil (dəyişkən -red) – neftin qiyməti yüksək olanda gəlirlər çox, aşağı olanda az ola bilər. Amma dövlət büdcəsi sabit olmalıdır, sosial xərclər, dövlət idarəetmə xərcləri sabit olaraq ödənilməlidir. Buna görə, Dövlət Neft Fondunda toplanan məbləğlər sabit bir əsasda büdcəyə köçürülür. Mərkəzi Bank burada agent rolunu oynayır, valyuta hərraclarının təşkil olunduğu yerdir. Mərkəzi Bank bu proseslərə müdaxilə etmir, bu (valyuta hərracları) daha çox fiskal alətdir. Mərkəzi Bank bir sıra hallarda banklardan kiçik məbləğlərdə vəsaitlər alır. Elə vaxt olur ki, banklar manat hesablaşmalarını həyata keçirdə bilmirlər, amma onların valyutaları var və bazarda ona alıcı tapa bilmirlərsə bizə müraciət edirlər. Xırda məbləğlər alırıq. Əgər banklardan valyuta alırıqsa, bir növ Manatın məzənnəsinin möhkəmlənməsi təzyiqini azaldırıq. Hesab edirəm ki, bu termin (məzənnənin inzibati yollar ilə qorunub saxlanılması - red) köhnəlmiş və yanlış bir termindir. Bu termindən imtina etməyin vaxtı çatıb. Bu gün Manatın məzənnəsinə heç bir təhdid yoxdur. Artıq İqtisadi Şurada yeni makro-iqtisadi çərçivə müzakirə olunub, ölkdə yeni iqtisadi inkişaf strategiyası müzakirədədir. Milli Məclisə təqdim edilmiş büdcə layihəsi, sosial-iqtisadi inkişaf proqnozları, Mərkəzi Bankın artıq Prezident Administrasiyasına təqdim etdiyi 2022-ci il üçün pul siyasətinin əsas istiqamətləri dayanıqlı məzənnə üzərində qurulmuşdur”.
“HƏM MALİYYƏYƏ, HƏM DƏ TƏCRÜBƏYƏ MALİKİK”
Elman Rüstəmov, “Artıq 5-6 ildir Manatın məzənnəsinin dəyişəcəyi şaiyələr yayılır” deyərək izahına belə davam edib: “Şaiyə fundamental faktor deyil. Bu gün makroiqtisadi sabitliyə, manatın məzənnəsinə təsir edə biləcək heç bir nə daxili, nə də xarici fundamental amil yoxdur. Bizim böyük ehtiyatlarımız var, hər hər hansı qeyri-fundamental bir amili çox qısa bir müddətdə neytrallaşdırmaq baxımından həm maliyyəyə, həm də təcrübəyə malikik. Əhalini əlavə həyacanlandırmağa heç bir ehtiyac yoxdur. Sakitcə hamı öz işi ilə məşğul olmalıdır”.
MƏSƏLƏNİN “AMMASI” VAR
Mərkəzi Bankın sədri əlavə edib ki, həm biznes, həm də əhali öz büdcəsini, gələcək fəaliyyətini nikbin əsaslar ilə qurmalıdırlar. Amma!: “Amma bu o demək deyil ki, dünyada gedən proseslər ilə bir şok, gözləmədiyimiz pandemiya və ya dərin bir enerji böhranı ilə üzləşməyə bilmərik. Bundan heç kim, heç bir dünyanın aparıcı dövləti, Azərbaycan da sığortalanmayıb. Bu gün isə biz görürük Manat üçün həm faktiki olaraq, nə də proqnozlarımızda fundamental təhdid yoxdur”.
TƏKLİF TƏLƏBİ ÜSTƏLƏYİR, MANAT BAHALAŞMA TƏZYİQİ ALTINDADIR
Ötən cümə günü faiz dəhlizinin parametrlərinin elan edilməsinə dair mətbuat konfransında Mərkəzi Bankın sədri Elman Rüstəmov eyni zamanda bildirib ki, Manatın məzənnəsi “çox əhəmiyyətli” möhkəmlənmə təzyiqləri altındadır:
“Valyuta bazarında olan situasiya (valyuta hərraclarında təklif tələbi üstələyir - red) göstərir ki, Manatın məzənnəsi “çox əhəmiyyətli” möhkəmlənmə təzyiqlərilə qarşı - qarşıyadır. Cari ilin ötən dövründə Mərkəzi Bankda keçirilmiş valyuta hərraclarının 84%-ində təklif tələbi üstələyib. Bugünə Dövlət Neft Fondunun qənaəti, yəni qrafikdən geri qalması 1,2 milyard ABŞ dollarını üstələyir".
Fakt budur ki, valyuta hərraclarında təklif tələbi üstələyir, Mərkəzi Bank müdaxilə etmir, lakin uzun müddətdir hərracda manatın məzənnəsi 1,7000 səviyyəsində formalaşır.
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 7 saat əvvəl
- 1 gün əvvəl
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az - 1 gün əvvəl
-
1 gün əvvəl
Unibank həftəsonuna özəl komissiyasız kredit kampaniyası keçirir
-
2 gün əvvəl
Naxçıvanda Regional Ailə Mərkəzləri yaradılacaq - QALİB ŞİRKƏT
-
2 gün əvvəl
Azərbaycan, Türkmənistan və Özbəkistan arasında sənədlərin imzalanması mərasimi olub
-
2 gün əvvəl
İndi xarici bank kartı ilə edilən ödənişləri kartın öz valyutasında qəbul edin
-
2 gün əvvəl
"PAŞA Holding" “ABAD” tərəfindən icra edilmiş layihələri dəstəkləməyə davam edir
-
2 gün əvvəl
"Birgə fəaliyyətimiz, koordinasiyaya yönəlmiş addımlar böyük coğrafiyaya xeyir gətirəcək"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər

“Sədərək”dəki yanğınla mübarizə davam etdirilir

Bazar gününün hava proqnozu açıqlanıb

Azərbaycan neftinin son qiyməti

Unibank həftəsonuna özəl komissiyasız kredit kampaniyası keçirir

Azərbaycan, Türkmənistan və Özbəkistan arasında sənədlərin imzalanması mərasimi olub

"Birgə fəaliyyətimiz, koordinasiyaya yönəlmiş addımlar böyük coğrafiyaya xeyir gətirəcək"

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Füzulidə Türkmənistanın hədiyyəsi olan məscid tikiləcək

4 startap 50 min manatlıq mükafat fonduna layiq görülüb

Ağdam Sənaye Parkında 900-dən artıq daimi iş yeri yaradılıb

Dövlət 2 bankda 370 milyon manat depozit yerləşdirdi

Yasamalda hazır və tikilməkdə olan mənzillərin satışı davam edir

Yanan boya zavodu hansı şirkətə məxsusdur?

Boya istehsalı zavodundakı yanğın tam söndürülüb
