Azərbaycanın məşhur bankının əməliyyat mənfəəti kəskin artıb
2021-ci ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə “Unibank”ın əməliyyat mənfəəti 4 milyon 710 min manat və ya 35,9% artaraq 17 milyon 844 min manat təşkil edib. Artım gəlirlərin artmasından qaynaqlanır.“Unibank”ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 2021-ci ilin 9 ayında (yanvar-sentyabr) ötən ilin eyni dövrü ilə müqayisədə 30 milyon 989 min manat və ya 36,5% artaraq 115 milyon 980 min manat təşkil edib. Bankın cəmi əməliyyat gəlirləri 2020-ci ilin 9 ayında 84 milyon 991 min manat təşkil etmişdi.
Marja.az Bankın hesabatına istinadən xəbər verir ki, 2021-ci ilin 9 ayında “Unibank”ın faiz gəlirləri 21 milyon 561 min manat və ya 32,9% artaraq 87 milyon 102 min manata, qeyri-faiz gəlirləri isə 9 milyon 428 min manat və ya 48,5% artaraq 28 milyon 878 min manata yüksəlib.
“Unibank”ın cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 2021-ci ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 26 milyon 278 min manat və ya 36,6% artaraq 98 milyon 135 min manat təşkil edib. Bankın cəmi əməliyyat xərcləri 2020-ci ilin 9 ayında 71 milyon 857 min manat təşkil etmişdi.
“Unibank”ın cəmi əməliyyat gəlirləri (115 milyon 980 min manat) cəmi əməliyyat xərclərini (98 milyon 136 min manat ) üstələdiyindən 17 milyon 844 min manat əməliyyat mənfəəti yaranıb. Bankın əməliyyat mənfəəti ötən ilin eyni dövründə 13 milyon 134 min manat təşkil etmişdi. Beləliklə, “Unibank”ın əməliyyat mənfəəti 4 milyon 710 min manat və ya 35,9% artıb. Artım gəlirlərin artmasından qaynaqlanır.
2021-ci ilin 9 ayında “Unibank” 17 milyon 844 min manat əməliyyat mənfəətindən 13 milyon 834 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırdığından həmin dövrü 4 milyon 10 min manat xalis mənfəət ilə başa vurub. Qeyd edək ki, “Unibank” 2020-ci ilin 9 ayındakı 13 milyon 134 min manat əməliyyat mənfəətindən ehtiyatlara 1 milyon 886 min manat ayırdığından həmin dövrü 11 miylon 248 min manat xalis mənfəət ilə bağlamışdı. Bu ilin 9 ayında xalis mənfəətinaz olması ehtiyatlara ayırma ilə əlaqədardır.
BANK BÖYÜYÜB, AKTİVLƏRİ 1 MİLYARD MANATA YAXINLAŞIB
“Unibank”ın cəmi aktivləri 2021-ci ilin 9 ayında ötən ilin sonu ilə müqayisədə 144 milyon 991 min manat və ya 17,8% artaraq 960 milyon 802 min manata çatıb. “Unibank”ın cəmi aktivləri 2020-ci ilin sonunda 815 milyon 811 min manat təşkil etmişdi.
“Unibank” tərəfindən müştərilərə verilmiş cəmi kreditlər (kredit portfeli) 159 milyon 742 min manat və ya 28,1% artaraq 727 milyon 55 min manata yüksəlib. “Unibank”ın cəmi kredit portfeli 2020-ci ilin sonunda 567 milyon 313 min manat təşkil etmişdi.
ƏHALİ BANKA DAHA ÇOX PUL YATIRIB
“Unibank”da depozitlər isə 134 milyon 100 min manat və ya 25,7% artaraq 656 milyon 467 min manata qalxıb. O cümlədən, “Unibank”da fiziki şəxslərin depozitləri 123 milyon 43 min manat və ya 28,9% artaraq 549 milyon 293 min manata, hüquqi şəxslərin depozitləri isə 11 milyon 57 min manat artaraq 107 milyon 174 min manata çatıb.
MƏCMU KAPİTALI ARTIB
30 Sentyabr 2021-ci il tarixində “Unibank” 83 milyon 899 min manat məcmu kapitala malik olub. Bank ötən ilin sonunda 82 milyon 906 min manat manat məcmu kapitala malik idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 23 saat sonra
-
23 d. əvvəl
“VTB Azərbaycan” 9 ayda 20 faizdən çox böyüyüb - 7,7 MİLYON MANAT MƏNFƏƏT ƏLDƏ EDİB
-
-
42 d. əvvəl
“Rabitəbank”ın kredit portfeli 1 milyard manatı ötüb, gəlirləri artıb – Maliyyə nəticələri
-
1 saat əvvəl
"Rabitəbank" maliyyə nəticələrini açıqladı - 9 ayda 13,8 milyon manat xalis mənfəət əldə edib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Yelo Bank”ın xalis mənfəəti kəskin azalıb – Ehtiyat xərcləri artıb, depozit portfeli kiçilib
-
2 saat əvvəl
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
- 2 saat əvvəl
-
2 saat əvvəl
PAŞA Bankın səhmlərini alanlara dividend ödəniləcək – 53,5 milyon manat paylanacaq
-
2 saat əvvəl
Aviabilet alanlara yeni imkan – 5000 manatadək ödənişi 24 aya bölmək olacaq
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Yelo Bank”ın xalis mənfəəti kəskin azalıb – Ehtiyat xərcləri artıb, depozit portfeli kiçilib
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Ən çox oxunanlar
“SALOĞLU” Kürdəmirdə mebel mağazasını açır
Mikro sahibkarlara güzəştli maliyyə və bank xidmətləri təklif olunur – Qeydiyyat davam edir
Dövlət müəssisəsi ləğv olunur
Azərbaycanın audit şirkəti ləğv olunur - 2018-ci ildə reytinqində birinci yeri tutmuşdu
























