Vətəndaşların pay torpaqları dürüstləşdirilir.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən “Aqrar sahədə istehsalın və emal sənayesinin inkişafına dair bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2021-ci il tarixli Fərmanına uyğun olaraq, torpaqlardan istifadədə mövcud uyğunsuzluqların aradan qaldırılması və nəzərdə tutulmuş tədbirlərin yekunlaşdırılması çərçivəsində dürüstləşdirmə işləri davam etdirilir. Fərmandan irəli gələn tapşırıqlara uyğun olaraq bu işlər 5 ay müddətində başa çatdırılacaq.
Qeyd edək ki, Xidmət tərəfindən torpaqların elektron kadastr uçotu işi ölkə ərazisində 51 rayon üzrə yekunlaşıb. 51 rayondan 47-də pay torpaqlarında uyğunsuzluqlarla bağlı fərqlərin aradan qaldırılması işlərinin icrasına başlanılıb. 47 rayondan 10-da (Ağsu, Qobustan, Hacıqabul, Salyan, Kürdəmir, Ucar, Ağcabədi, Ağdaş, Ağdam və Şamaxı rayonlarında) dürüstləşdirmə işləri yekunlaşdırılaraq nəticələr Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminə inteqrasiya edilib.
Görülən işlər zamanı ilk növbədə sənədlərdəki məkan göstəriciləri ilə istifadədə olan faktiki göstəriciləri uyğun olmayan pay torpaqları dəqiqləşdirilir. Pay torpaqları ilə bağlı qarşıya çıxan problemlər torpağın yerləşdiyi ərazidə araşdırılaraq uyğunsuzluqlar aradan qaldırılır. Ərazi vahidi üzrə layihələr hazırlanıb kağız variantda müvafiq icra nümayəndəliyi və bələdiyyələrlə razılaşdırılır. Sonda dürüstləşdirilmiş məlumatlar Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminə inteqrasiya edilir.
17 rayonda islahat zamanı ayrılmış pay torpaq sahələrinin sənədlərdəki məkan göstəricisi ilə faktiki istifadə göstəriciləri arasında fərq olan ərazilərin mülkiyyətçilərinin siyahısı dəqiqləşdirilərək onlardan yeni sənədlərin hazırlanması üçün dürüstləşmə işlərinin aparılmasına razılıq alınıb. 12 rayonda çöl-ölçmə işləri tamamlanıb, hazırda kameral işlər aparılır. 8 rayonda isə çöl-ölçmə işləri davam etdirilir.
Vətəndaşların torpaq sənədlərindəki məlumatlarla faktiki vəziyyət arasındakı uyğunsuzluqlar çoxsaylı torpaq mübahisələrinə və qeydiyyat məsələlərində problemlərə səbəb olurdu. Bu işlər çərçivəsində torpaq islahatı ilə əlaqədar vətəndaşların mülkiyyətinə verilmiş pay torpaqlarına dair hüquqmüəyyənedici sənədlərdəki ölçülərlə faktiki ölçülər arasındakı fərqlərin tənzimlənməsi üçün normativ-hüquqi baza yaradılır. Bununla vətəndaşlar pay torpaqlarına dair hüquqi sənədləri Xidmətin ərazi ofislərinə təqdim edərək çıxarışları rahatlıqla əldə edə biləcəklər.
Qeyd edək ki, torpaqların elektron kadastr uçotunun qurulması və rəqəmsal xəritələrin hazırlanması işləri çərçivəsində pay torpaqlarının koordinatları, yerləşmə vəziyyəti, kadastr planı, o cümlədən hər bir mülkiyyətçiyə məxsus olan ərazinin sahəsi dəqiqləşir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 8 saat sonra
-
-
6 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 12 saat əvvəl
-
13 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!



























