Aqrar sığorta eksperti olmaq istəyənlər üçün yeni imtahan mərhələsi başlayır
Azərbaycanda ilk dəfə tətbiq edilən dövlət dəstəkli aqrar sığorta mexanizmi çərçivəsində müstəqil aqrar sığorta ekspertlərinin hazırlanması üçün növbəti mərhələ başlayıb.
Xatırladaq ki, müstəqil aqrar sığorta ekspertləri sığorta prosesində riskləri qiymətləndirir, eləcə də baş verən sığorta hadisələrini araşdıraraq dəyən zərəri müəyyən edirlər.
Aqrar sığorta ekspertlərinin göstərdiyi xidmət pulludur – risklərin qiymətləndirilməsi, baxış keçirilməsi və zərərin müyyən edilməsi xidmətləri qarşısında ekspertlərə ödəniş – xidmət haqqı və yol pulu ödənişi edilir.
Azərbaycanda qısa müddət ərzində hazırlanan 20-yədək aqrar sığorta eksperti artıq sertifikatlarını alaraq fəaliyyətə başlayıblar.
Aqrar sığortanın genişlənməsi ilə əlaqədar olaraq müsğəqil ekspertlər yüksək gəlir əldə edirlər. İlk 3 yerdə qərarlaşan ekspertlərin aylıq gəlirləri 2500-3000 manat arasında dəyişir.
Aqrar sığorta eksperti olmaq istəyən namizədlər üçüilk test imtahanı oktyabrın 10-da keçiriləcək.
İmtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı oktyabrın 8-dək aparılacaq. İmtahanda aşağıdakı ixtisaslar üzrə ali və ya orta ixtisas təhsilli şəxslər iştirak edə bilərlər:
1-ci sertifikat növü üzrə – aqronomluq, bağçılıq və tərəvəzçilik və bitki mühafizəsi;
2-ci sertifikat növü üzrə – baytarlıq, baytarlıq təbabəti, zootexniklik və zoomühəndislik;
3-cü sertifikat növü üzrə – balıqçılıq və su bioehtiyatları və akvakultura.
İmtahanları və hazırlıq prosesini uğurla keçən namizədlər aşağıdakı sertifikatlarla təmin olunacaqlar:
1. Kənd təsərrüfatı bitkilərinin və bitkiçilik məhsullarının (çoxillik əkmələr də daxil olmaqla) sığortası üzrə müstəqil ekspert sertifikatı;
2. Kənd təsərrüfatı heyvanlarının və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanların sığortası üzrə müstəqil ekspert sertifikatı;
3. Akvakultura məhsullarının sığortası üzrə müstəqil ekspert sertifikatı.
İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in internet saytında (http://ekabinet.dim.gov.az) “Şəxsi kabinet"in yaradılması və istifadə qaydası”na müvafiq olaraq “Şəxsi kabinet” yaratmalı və “Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən namizədlər üçün test imtahanına onlayn qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçməlidirlər.
İmtahanda iştirak ödənişlidir. Namizədlər ekabinet.dim.gov.az internet səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra həmin kabinetin pul hesabına imtahanda iştirak üçün tələb olunan 94.40 AZN (ƏDV daxil olmaqla) məbləğində pul vəsaitini əlavə etməlidirlər. Qeydiyyatdan keçmiş imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılımır.
Namizədlərin imtahana daha səmərəli hazırlaşmaları və imtahanda davranış qaydaları ilə tanış olmaları üçün aşağıdakılardan istifadə etmələri tövsiyə olunur:
“Namizədin yaddaş kitabçası” – kompüter vasitəsilə keçirilən test imtahanları üçün
İmtahanın I mərhələsi üzrə toplanması mümkün olan ümumi (maksimal) bal 120-dir.
72 və daha yüksək bal toplamış namizədlər imtahandan müvəffəqiyyətlə keçmiş hesab edilir və onlar Aqrar Sığorta Fondu tərəfindən təşkil olunan təlimlərdə iştirak etmək hüququ qazanırlar.
İmtahanda müvəffəqiyyət qazanan namizədlər barədə məlumatlar DİM tərəfindən Aqrar Sığorta Fonduna təqdim olunur.
Təlimi müvəffəqiyyətlə başa vurmuş şəxslərin siyahısı Aqrar Sığorta Fondu tərəfindən DİM-ə göndərilir və onlar təlim proqramına dair sualları əhatə edən imtahanın II mərhələsində iştirak edirlər.
İmtahanın II mərhələsi haqqında məlumat təlimlər başa çatdıqdan sonra DİM-in internet səhifəsində veriləcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 3 d. əvvəl
- 6 d. əvvəl
-
- 42 d. əvvəl
- 56 d. əvvəl
-
1 saat əvvəl
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
1 saat əvvəl
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
-
1 saat əvvəl
Dövlət Turizm Agentliyinin sədri: "Turizmdə uğur artıq turist sayı ilə ölçülmür"
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"2030-cu ilə qədər qoyun əti istehsalı 9 % artırılacaq"
"Subsidiya qaydalarına və texnikalara güzəştlərin tətbiqi ilə bağlı mexanizmlərə dəyişikliklər edilməsi nəzərdə tutulur"
Mərkəzi Bank sabah növbəti faiz qərarını açıqlayacaq
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
"Finex Kredit"də növbədənkənar yığıncaq keçiriləcək
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
Dollara 7,2 faiz gəlir təklifi - BANK İSTİQRAZ BURAXIR
Rəsmi məzənnələr açıqlandı
FED-in keçmiş sədri Alan Qrinspan 100 yaşında vəfat edib
SpaceX-in səhmləri bazar ertəsi 16 faiz ucuzlaşıb
ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər




























