Növbəti “EY İlin İş Adamı” müsabiqəsinə start verdi
EY Azərbaycan şirkəti 2021-2022 illər üçün növbəti “EY İlin İş Adamı” müsabiqəsinə start verdiEY Azərbaycan şirkəti növbəti “EY İlin İş Adamı” proqramına start verdiyini elan edib.
Şirkətdən Marja-ya verilən məlumata görə, müsabiqədə iştirak etmək istəyən sahibkarlar və iş adamları artıq öz ərizələrini proqramın komitəsinə təqdim edə bilərlər.
EY şirkəti tərəfindən təsis olunan müsabiqə dünyada biznes mükafatı təqdim edən ən nüfuzlu proqramdır.
Liderlik və uğur nümayiş etdirən iş adamları fəaliyyət sahəsindən asılı olmayaraq proqrama qoşulmaq üçün ərizələrini 20 dekabr 2021-ci ilədək təqdim etməyə dəvət olunurlar.
EY Azərbaycan şirkətinin ölkə üzrə idarəedici partnyoru və milli “EY İlin İş Adamı” müsabiqəsinin rəhbəri İlqar Vəliyev bildirib: “Mən şadam ki, biz “EY İlin İş Adamı” proqramını ölkəmizdə artıq üçüncü dəfə elan edirik. Bu il də biz bu çətin dövrdə davamlılıq və əzmkarlıq nümayiş etdirən və ətrafındakı icmaların həyatlarını yaxşılaşdırmaqda davam edən kiçik və orta müəssisələrə diqqətimizi yönəltmişik."
"Milli müsabiqənin qalibi "EY Dünya Üzrə İlin İş Adamı" müsabiqəsində Azərbaycanı təmsil etmək və digər ölkələrin finalçıları ilə yarışmaq imkanı əldə edəcəkdir. Bu, istedadlı sahibkarlarımızı qlobal miqyasda diqqət mərkəzinə gətirmək üçün əla bir fürsət olacaq" – deyə o, əlavə etdi.
Kim iştirak edə bilər?
Proqram Azərbaycanda istənilən sahədə fəaliyyət göstərən sahibkarlar üçün açıqdır. Namizədlər şirkətin fəaliyyətində əsas məsuliyyəti daşımalı və şirkətin ən azı 20% hissəsinə sahib olmalıdırlar. Son iki il ərzində şirkətin dövriyyəsi ən azı 1 maliyyə ili üzrə 300 min manatdan 30 milyon manatadək olmalıdır. Uyğunluq meyarları və müsabiqə ilə bağlı ətraflı məlumatla proqramın rəsmi saytında https://www.eoy.az tanış ola bilərsiniz.
Müsabiqənin finalçıları və qalibi tanınmış sahibkarlar, dövlət şirkətlərinin top-menecerləri, beynəlxalq maliyyə qurumlarını təmsil edən idarəçilərdən ibarət müstəqil münsiflər heyəti tərəfindən seçiləcək.
Sponsorlar və tərəfdaşlar
2021-2021 il “EY İlin İş Adamı” müsabiqəsinə maliyyə dəstəyini ABB və bp şirkəti göstərir. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Ekvita proqramın tərəfdaşları sırasındadır.
Müştərilərin xəbərləri
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
5 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
1 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
- 1 saat əvvəl
-
3 saat əvvəl
“Biz elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!”
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ağdamda nəhəng zeytun təsərrüfatı yaradılıb – 10 min ton məhsul hədəflənir
-
1 gün əvvəl
CineMastercard-ın şəhid əməkdaşı Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb
-
1 gün əvvəl
Ağdamda 24,9 milyon manatlıq yeni zavod – 100 nəfər işlə təmin olunacaq
-
1 gün əvvəl
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
“Biz elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!”
Ərdoğan Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Ən çox oxunanlar
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
Noyabrın 8-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir























