Azercell dahi Nizami yaradıcılığını əks etdirən xüsusi bir əlifba dizayn etdi
(®️) Dahi şair və böyük mütəfəkkir Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə 2021-ci il Prezident cənab İlham Əliyevin sərəncamına əsasən “Nizami Gəncəvi İli” elan edilib. Ölkənin lider mobil operatoru “Azercell Telekom” MMC də bu istiqamətdə təşəbbüslə çıxış edərək maraqlı bir layihə gerçəkləşdirib.
Şirkət dünya ədəbiyyatının ən görkəmli klassiklərindən biri olan Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş xüsusi əlifba dizayn edib. Nizami yaradıcılığını əks etdirən əlifba dahi şairin zəngin irsinin öyrənilməsinə və təbliğinə xidmət edir.
Maraqlı üslubda hazırlanmış əlifbanın hərfləri dahi Nizaminin “Xəmsə”sinə daxil olan poemaların qəhrəmanlarını, bu əsərlərdəki məşhur obrazları və şairin həyatında xüsusi rolu olmuş insanları əks etdirir. Məsələn, “A” hərfi şairin ilk həyat yoldaşı, qıpçaq gözəli Afaqı, “B” hərfi “Yeddi gözəl” poemasındakı Sasani hökmdarı Bəhramı, “F” hərfi isə məşhur Fitnəni, “İ” hərfi qüdrətli sərkərdə İskəndəri tərənnüm edir. Hərflərin hər biri adları çəkilən obrazlara uyğun miniatürlərlə bəzədilib.
Qeyd edək ki, Nizami irsini əks etdirən əlifbadan istifadə edərək xüsusi dizayn olunmuş bu hərflərdən müxtəlif sözlər ərsəyə gətirib sosial şəbəkələrdə paylaşmaq mümkündür. Bunun üçün sadəcə https://www.nizami880.az/saytına daxil olmaq kifayət edir. Əlifbanın hərflərini, həmçinin WhatsApp, Telegram, Facebook, Instagram kimi sosial şəbəkələrin “gif” bölməsində “Nizami880” və ya “Azercell” açar sözlərinin köməyilə, Telegram tətbiqinin “stiker” bölməsində isə https://t.me/addstickers/azercell linki vasitəsilə əldə etmək olar.
“Azercell Telekom” MMC “Nizami ili” boyunca məşhur klassikə həsr edilmiş müxtəlif təşəbbüslərlə çıxış edib. Şirkətin sosial şəbəkə hesablarında mütəmadi olaraq Nizami Gəncəvinin şeirlərindən parçalar və nəsihətamiz kəlamları paylaşılıb, şairin yaradıcılığını əks etdirən müsabiqələr keçirilib.
Bu yaxınlarda isə Azercell ilə əməkdaşlıq çərçivəsində TikTok-da geniş izləyici kütləsi olan @alex.ivanchak Rubik kubları vasitəsilə dahi mütəfəkkirin möhtəşəm portretini yaradıb. Portretin yaradılmasında 400 kubdan istifadə edilib.
https://www.facebook.com/azercell/posts/10158872270558303
“Nizami ili” ilə bağlı yeniliklər və xəbərlər bununla bitmir. Azercell abunəçiləri üçün gələcəkdə müxtəlif hədiyyəli müsabiqələr və kampaniyalar hazırlamaqda davam edir. Odur ki, sosial şəbəkələrdə ölkənin lider mobil operatorunun səhifələrini izləyin.
Müştərilərin xəbərləri
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
5 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
1 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Biz elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!”
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ağdamda nəhəng zeytun təsərrüfatı yaradılıb – 10 min ton məhsul hədəflənir
-
1 gün əvvəl
CineMastercard-ın şəhid əməkdaşı Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb
-
1 gün əvvəl
Ağdamda 24,9 milyon manatlıq yeni zavod – 100 nəfər işlə təmin olunacaq
-
1 gün əvvəl
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
“Biz elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!”
Ərdoğan Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Ən çox oxunanlar
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
Noyabrın 8-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir



























