Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Dünyanın ən iri neft şirkətinə haker hücumu

Kibercinayətkar qrup 50 milyon dollar tələb edir...
iç səhifə xəbər başlığı altı (mobil)_31
Dünyanın ən iri neft şirkətinə haker hücumu
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dünyanın ən iri neft hasilatçısı, Səudiyyə Ərəbistanının dövlət şirkəti Saudi Aramco kiberhücuma məruz qalıb.

Marja Associated Press-ə istinadla xəbər verir ki, hücumu təşkil edən qrup üzvlərindən birinin yaydığı məlumata görə, şirkətə məxsus 1 terabayta (1000 giqabayt) qədər həcmdə məlumat oğurlanıb.

Hakerlər ələ keçirilən məkumatların dərc olunmaması və Saudi Aramco-ya geri qaytarılması üçün kriptovalyutada ödənməklə 50 milyon dollar məbləğ tələb edir.

Saudi Aramco bir sıra Qərb KİV-lərinin sorğusuna cavab olaraq “üçüncü tərəf şirkətlərin ixtiyarında olan, Aramcoya məxsus bəzi məhdud həcmdə məlumatların oğurlandığını, lakin hazırda kibertəhlükəsizlik tədbirlərinin yüksək səviyyədə həyata keçirildiyini” bildirib.

Şirkət hələlik məlumatları necə bərpa edəcəyi və hakerlərlə danışığa gedib-getməyəcəyi barədə açıqlama verməyib.

22.07.2021 15:11
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Manşetin sağı-2_5
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18