Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Çindəki ən məşhur video oyun saytlarının birləşməsi əngəlləndi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Çindəki ən məşhur video oyun saytlarının birləşməsi əngəlləndi

Çin Dövlət Bazar Tənzimləmə Təşkilatı (SAMR), Tencent-in payının da olduğu ölkədəki ən böyük iki video oyun saytının birləşməsinə icazə verməyib.

Marja xəbər verir ki, Tencent, Huya və DouYu-nun birləşməsilə əlaqədar planını ilk dəfə keçən il açıqlamışdı. Şirkət, Huya-nın 36% hissəsinə və DouYu-nun üçdə birinə sahibdir. Bu payların cəmi bazar dəyəri 5,3 milyard dollara bərabərdir.

Çin Dövlət Bazar Tənzimləmə Təşkilatı (SAMR), birləşmədən sonra yeni şirkətin video oyun sektorunda bazar payının 70%-i keçəcəyini və bunun Tencent-in dominatlığını artıracağını qeyd edib. Tencent-in hal-hazırda onlayn oyunlar seqmentində 40% bazar payı var.

Tencent yaydığı açıqlamada qərara uyğun bir şəkildə hərəkət edəcəyini, bütün tələblərə əməl etməyə çalışacağını və ictimai vəzifələrini yerinə yetirəcəyini vurğulayıb.

Huya və DouYu Çindəki ən məşhur video oyun saytlarıdır. 

10.07.2021 11:49

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ