“Aqro-vest DC” MMC-də Silahlı Qüvvələr Günü qeyd olunub
(®️) “Aqro-vest DC” MMC-də 26 İyun - Silahlı Qüvvələr Günü qeyd olunub.
Silahlı Qüvvələr Gününün qeyd olunması 1918-ci ilin iyun ayının 26-da Azərbaycan Demokratik Respublikası Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə - Əlahiddə Azərbaycan Korpusu yaradılması günü ilə bağlıdır. Belə ki, Ümummilli lider Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən, hər ilin iyun ayının 26-sı Silahlı Qüvvələri Günü kimi qeyd olunur.
Silahlı Qüvvələrin Ali Baş Komandanı, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Silahlı Qüvvələrə göstərdiyi diqqəti, həmçinin aparılan təkmilləşmə və modernləşmə sayəsində, Silahlı Qüvvələrimiz nəinki regionda, eləcə də dünyanın aparıcı orduları sırasındadır. Məhz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi nəticəsində Ordumuz 2020-ci ildə tarixə 44 günlük Vətən müharibəsi adı ilə düşən əks-hücum əməliyyatları ilə 30 il düşmən tapdağında olan Qarabağ işğaldan azad edib.
Sentyabr ayının 27-dən Ali Baş Komandanın rəhbərliyi ilə ölkəmizin silahlı qüvvələri Ermənistan qoşunları tərəfindən işğal olunmuş torpaqlarımızın azad olunması, eləcə də digər ərazilərdə yaşayan vətəndaşların təhlükəsizliyinin təmini üçün əks-hücum əməliyyatlarına start verib. Qısa zamanda artıq şanlı ordumuz qalib ordu olduğunu isbat edib.
44 günlük Vətən müharibəsi zamanı “Aqro-vest DC” MMC şirkəti ordumuza həmrəylik məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 100 000 manat ianə edib, bundan başqa şəxsi heyəti ümumi dəyəri 200 000 manat olan, 18 276 cüt corab, 4250 ədəd isti papaq, 15 000 ədəd isti alt geyim dəsti, 5 000 cüt çəkmə, 5 000 ədəd siqaret və 22 500 ədəd birdəfəlik üzqırxanla təmin edib.
Həmçinin müəssisənin müxtəlif vəzifələrində çalışan 28 nəfər əməkdaşı Vətən müharibəsində şərəf və ləyaqətlə xidmət etmiş və işğalda olan torpaqların azad edilməsi uğrunda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin sərəncam ilə medallarla təltif olunub.
“Aqro-vest DC”nin baş direktoru Anar Şərifov deyib: “Bu gün biz Vətənin müdafiəsi yolunda cənab Prezident, Ali Baş Komandanın əmrini gözləyən ƏSGƏRLƏRİK! Hər zaman Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşməyə hazırıq”.
Yaşasın Ali Baş Komandan !!!
Yaşasın Azərbaycan Xalqı !!!
Yaşasın Azərbaycan Əsgəri !!!
Müştərilərin xəbərləri
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
5 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
1 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
- 44 d. əvvəl
-
2 saat əvvəl
“Biz elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!”
- 22 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ağdamda nəhəng zeytun təsərrüfatı yaradılıb – 10 min ton məhsul hədəflənir
-
1 gün əvvəl
CineMastercard-ın şəhid əməkdaşı Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb
-
1 gün əvvəl
Ağdamda 24,9 milyon manatlıq yeni zavod – 100 nəfər işlə təmin olunacaq
-
1 gün əvvəl
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
“Biz elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!”
Ərdoğan Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Ən çox oxunanlar
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
Noyabrın 8-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir























