Goldman Sachs: İranla yeni Nüvə Anlaşması neft qiymətlərini bahalaşdıra bilər
Ekspertlərin hamısı bu qeyri-ənənəvi proqnozla razılaşmır.İranla “Böyük Altılıq” (ABŞ, Çin, Rusiya, Böyük Britaniya, Fransa, Almaniya) ölkələri arasında hazırda davam edən Nüvə Sazişi ilə bağlı danışıqların nəticələri və İran üzərindəki sanksiyaların götürüləcəyi halda bazara daxil olacaq yeni neft ehtiyatının qiymətlərə təsiri hazırda enerji bazarında əsas diqqətdə olan məsələlərdən biridir. Xatırladaq ki, hələ Donald Trampın prezidentliyi dövründə - 2018-ci ildə ABŞ İranla Nüvə Sazişindən birtərəfli qaydada çıxmış və bu ölkəyə ciddi iqtisadi-maliyyə sanksiyaları tətbiq etmişdi. Bayden administrasiyası isə İranla yenidən razılığa gəlməyə çalışır.
Marja aparıcı qlobal analitiklərin məsələ ilə bağlı gözləntilərini araşdırıb.
ABŞ-ın Goldman Sachs bankının analitikləri əlavə 1 milyon barel İran neftinin qiymətləri ucuzlaşdırmaq əvəzinə, bahalaşdıracağını proqnozlaşdırır. Bankın enerji tədqiqatları bölməsinin rəhbəri, o cümlədən aparıcı əmtəə strateqi Damien Kourvalin bu ziddiyətli ehtimalı apreldə OPEC+ ölkələrinin hasilatı artırmaq barədə qərarından sonra neft qiymətlərinin yüksəlməsi ilə əsaslandırır.
“İranla yeni razılığa gəlinsə, bu, sanksiyaların ləğvinə və İran neftinin yenidən bazara daxil olmasına yol açacaq. Nəticədə nə baş verir - bazarın üzərindən ötən ildən bəri davam edən qeyri-müəyyənlik götürülür. Volatillik azalır, onsuz da artan tələbat fonunda qiymət daha da yüksəlir.” - Kourvalin bildirib.
Digər ekspertlər isə əksini iddia edir. Morgan Stanley bankı yeni tədqiqatında İran neftinin Brent markasını 70 dollar ətrafında “donduracağını”, bu ilin ikinci yarısından etibarən neftin bir barelinin 65-70 dollardan satılacağını bildirib.
Wells Fargo investisiya bankının analitikləri İranın bazara çıxaracağı neftin yalnız qısa müddətdə qiyməti “tormozlaya” biləcəyini, ciddi təsir imkanının olmadığını qeyd edirlər. “Tələbatın artması və OPEC+-un intizamlı şəkildə təchizatı tənzimləməsi neft qiymətlərini daha da yüksəldəcək.” - Wells Fargo-nun investisiya eksperti Austin Pikl izah edib.
S&P Global Platts Analytics şirkətinin ekspertləri isə hazırda bazarın OPEC+ və İran neftini “udmağa” hazır olduğunu bildirirlər. Həmçinin, sanksiyalar ləğv olunsa belə, İran nəzərdə tutulan həcmi dərhal bazara tam çıxara bilməyəcək. Bu səbəbdən 2021-ci ilin ikinci və üçüncü rüblərində qiymətlərdə azalma ehtimal olunmur. “Lakin, ilin sonlarından etibarən bazarda neft bolluğu yarana bilər ki, bu da növbəti ildən etibarən qiyməti yenidən 60 dolların altına sala bilər.” - S&P-nin geosiyasi analitiki Nareeka Ahir qeyd edib.
İranla davam edən danışıqların nəticəsi yaxın aylarda məsələyə böyük ölçüdə aydınlıq gəticərək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 6 gün sonra
-
18 saat əvvəl
Leysan yağışları evlərə ciddi zərər vurub. Əhali necə tədbir almalı idi?
- 23 saat əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
Sinqapur qızıl ticarətində regional mərkəz olmağı hədəfləyir
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Google süni intellekt əsaslı “Search Live” funksiyasını qlobal miqyasda istifadəyə verdi
-
2 gün əvvəl
Tramp İranın enerji obyektlərinə hücumları 10 gün müddətinə dayandırdı
-
2 gün əvvəl
Rystad Energy: Qlobal neft hasilatı pandemiya səviyyəsindən də aşağı düşüb
-
2 gün əvvəl
VTB Bankın rəhbəri Rusiya Mərkəzi Bankın faiz dərəcəsinin tədricən azalacağını proqnozlaşdırır
-
2 gün əvvəl
İranda yaşı 12-dən yuxarı olan könüllülər üçün səfərbərlik çağırışı
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Martın 29-da gözlənilən hava şəraiti
Bayramovla Mirzoyan arasında telefon danışığı aparılıb
Martın 28-də gözlənilən hava şəraiti
VTB Bankın rəhbəri Rusiya Mərkəzi Bankın faiz dərəcəsinin tədricən azalacağını proqnozlaşdırır
İranda yaşı 12-dən yuxarı olan könüllülər üçün səfərbərlik çağırışı
“Qlobal ticarət son 80 ilin ən ciddi böhranı ilə üz-üzədir”
KİV: İran ABŞ-ın 15 maddəlik razılaşma təklifinə cavabı rəsmi şəkildə qarşı tərəfə göndərib
Neft qiymətləri yüksəlir - BU GÜN 4%-DƏN ÇOX BAHALAŞDI
ABŞ və İsraillə müharibə aparan İranın neft gəlirləri artıb
Tramp: İran gec olmadan ABŞ-ın təklifinə ciddi yanaşmalıdır
























