Kapital Bank “Bizdən Biri” təcrübə proqramına start verdi
(®️) Maliyyə sektorunun ən fəal işəgötürən təşkilatı olan Kapital Bank daim gənclərin inkişafına, istedadların yetişdirilməsinə böyük önəm verir. Mütəmadi olaraq gənclər üçün müxtəlif təcrübə proqramları, könüllü fəaliyyət istiqamətləri və fərdi inkişaf layihələri təşkil edir.
Bankın təşkil etdiyi növbəti layihə “Bizdən Biri” təcrübə proqramıdır. May ayından etibarən start götürən layihədə iştirak üçün seçilmiş 30 gənc seçilib. Onların hər biri üçün ayrıca hazırlanmış fərdi inkişaf planına uyğun olaraq Kapital Bank-ın müxtəlif strukturlarında peşəkar mentorların dəstəyi ilə təcrübə proqramı keçiriləcək.
Layihənin açılış mərasimində Kapital Bank-ın İdarə Heyətinin üzvü, Baş Maliyyə İnzibatçısı Emin Məmmədov, İnsan Resurslarının İdarə Edilməsi departamentinin direktoru Fərqanə Məmmədova, Ödənişlər Sahəsinin lideri Fərid Səmədov giriş nitqi ilə çıxış edərək, gənclərə uğurlar arzulayıblar. Həmçinin, IT Infrastruktur departamentinin Texniki dəstək şöbəsinin rəisi Ramin Rəcəbov və bir müddət əvvəl keçirilən "BirCode" təcrübə proqramının iştirakçısı olan, hazırda isə Kapital Bank-ın Gündəlik bankçılıq sahəsinin Backend Developer-ı Sahil Appayev iştirakçılarla öz təcrübə və tövsiyələrini bölüşdülər.
Qeyd edək ki, “Bizdən Biri” layihəsi davamlı olaraq keçiriləcək. Əgər Siz də Kapital Bank-da olan iş mühiti, komanda ruhu, dəyərlər, eyni zamanda karyera qurmaq üçün məsləhətlər, faydalı məlumatlar, məqalələrlə tanış olmaq, həmçinin müxtəlif təcrübə layihələrində iştirak etmək istəyirsinizsə, www.hr.kapitalbank.az portalına daxil olub, qeydiyyatdan keçə və yenilikləri izləyə bilərsiniz.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holdinq-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 103 filialı və 20 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Müştərilərin xəbərləri
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
5 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
1 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
- 4 d. əvvəl
-
1 saat əvvəl
“Biz elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!”
- 22 saat əvvəl
- 23 saat əvvəl
-
23 saat əvvəl
Ağdamda nəhəng zeytun təsərrüfatı yaradılıb – 10 min ton məhsul hədəflənir
-
1 gün əvvəl
CineMastercard-ın şəhid əməkdaşı Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb
-
1 gün əvvəl
Ağdamda 24,9 milyon manatlıq yeni zavod – 100 nəfər işlə təmin olunacaq
-
1 gün əvvəl
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
“Biz elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!”
Ərdoğan Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Ən çox oxunanlar
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
Noyabrın 8-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir























