Köhnə dostların yeni savaşı - italyan temperamenti ispan inadkarlığına qarşı
Dava nə az, nə çox - 67 milyon avro davasıdır...
Bu gün Madriddə məşhur italyan bankir, hazırda İtaliyanın ikinci, dünyanın 34-cü ən iri bankı UniCredit-in baş icraçı direktoru Andrea Orcelin ispan maliyyə nəhəngi, Avropanın dördüncü, qlobal bank sisteminin 16-cı ən böyük bankı olan Santander-ə qarşı iddiasında növbəti məhkəmə iclası keçirilir. Cavabdeh kürsüsündə isə Orcelin ən yaxın dostlarından biri, Forbesin 2018, 2019 və 2020-ci illərdəki reytinq siyahısında dünyanın səkkizinci ən güclü qadını titulunu qazanmış, Santander-in icraçı sədri Anna Botin əyləşib.
Marja xəbər verir ki, Orcel, Botinin 2018-2019-cu illərdə onu Santander Bankının baş direktoru vəzifəsinə dəvət etdiyini, Santander-in rəsmi işə dəvət məktubu təqdim etdiyini, lakin son anda bu təklifi geri çəkdiyini əsas gətirərək, itirilmiş nüfuz və gəlirə görə ispan bankından 58-67 milyon avro məbləğində təzminat tələb edir. Əvvəlki iddia ərizəsində bu rəqəm daha böyük - 112 milyon avro idi. Yaxın dostlar arasındakı münaqişənin tarixinə qısa nəzər salaq:
Karyerasına ötən əsrin 80-ci illərinin sonlarında Goldman Sachs və Boston Consulting Group kimi aparıcı amerikan şirkətlərində başlayan Orcel daha sonra - 1992-2012-ci illərdə Bank of Americanın investisiya və zəngin aktivlərin idarə olunması bölməsi, hazırda 2,3 trilyonluq aktivləri idarə edən Merril Lynch-də çalışıb və Londonda yerləşən Birləşmə və Satınalmalar (M&A) bölməsinin direktoru vəzifəsinə qədər yüksəlib. 2012-ci ildə isə Andrea İsveçrənin əsas maliyyə və investisiya şirkəti, dünyanın ən iri özəl bankı və müştərilərinin siyahısı hələ də gizli saxlanılan UBS-ə baş direktor təyin edildi.
2018-ci ilin sentyabrında Anna Botin Andrea Orcelin 2019-cu ilin əvvəlindən etibarən ilk ispan olmayan şəxs kimi Santander Bankının baş direktoru təyin ediləcəyini elan etdi. Bu vəzifə üçün Santander Orcelə UBS-də aldığı illik 18,5 milyon avro (21,3 milyon dollar) maaşı, səhm opsiyasını və üstəlik bonus ödəməyi rəsmi məktubla öhdəsinə götürdü. Lakin 2019-cu ilin yanvarında Anna və Andrea Avropa Bank Tənzimləmə Qurumunu, UBS-in sədri Aksel Veberi və Santanderin Direktorlar Şurasını inandıra bilmədilər ki, Orcel UBS-dən Santander-ə keçməklə “rəqib bankın işçisini haqsız rəqabətlə cəlb etmək” qaydasını pozmur. Nəticədə UBS Andrea Orcel-in bankda malik olduğu səhmləri ona verməkdən imtina etdi, Santander isə Orcelə maaş və səhm üçün tələb etdiyi məbləğin (60 milyon dollar) yalnız üçdə birini ödəyə biləcəyini bildirdi.
Anna Botin və Santander-lə münasibətləri pozulan Orcel 2019-cu ilin yayında bankı müqavilə şərtlərinin pozulması iddiası ilə məhkəməyə verib. Məhkəmə indiyə qədər davam edir və 2021-ci ilin yanvarında italyan bankı UniCredit-in baş direktoru təyin edilən Orcel Santander-dən əl çəkmək niyyətində deyil. Anna Botin isə bugünkü prosesdə “tərəflər arasında yalnız danışıqlar olduğunu, Orcelə təqdim olunan işə dəvət məktubda Santander bankının heç bir hüquqi öhdəlik götürmədiyini” bildirib. Proses davam edir.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

"PAŞA Holding"in təşkil etdiyi növbəti “INMerge” İnnovasiya Sammitinə "Netflix" in həmtəsisçisi Mark Randolf gəlir!
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
3 gün sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
- 13 saat əvvəl
-
- 14 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Abşeron dairəvi dəmir yolu üzrə qatarların yeni hərəkət cədvəli açıqlandı
-
2 gün əvvəl
8 ayda mobil operatorlar 826 milyon manat gəlir əldə ediblər
-
2 gün əvvəl
Mələk investorların diqqətinə - ABŞ-dan ekspertlər gəlir, təcrübələrini bölüşəcəklər
-
2 gün əvvəl
"Su təchizatına yatırılan hər 1 dollar dövlətə 2 dollar həcmində vergi formasında geri qayıdır"
-
2 gün əvvəl
Mərkəzi Bank "Mercedes-Benz"in Azərbaycandakı distributoruna lisenziya verib
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

İri şəbəkəyə satıcı - kassirlər tələb olunur

Sentyabrın 14-də gözlənilən hava şəraiti

Azərbaycan neftinin son qiyməti

Mələk investorların diqqətinə - ABŞ-dan ekspertlər gəlir, təcrübələrini bölüşəcəklər

"Su təchizatına yatırılan hər 1 dollar dövlətə 2 dollar həcmində vergi formasında geri qayıdır"

“Mələk İnvestorlar Məktəbi” Bakıda yeni formatda təşkil olunacaq

Azərbaycada 280 min nəfər işsiz əhali var

Azərbaycanda sement, armatur, beton və əhəng istehsalı azalıb

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Dövlət 3 bankda 450 milyon manat depozit yerləşdirdi
.webp)
TuranBank 15 milyon dollarlıq saziş imzalayıb
