Dünyanın “yeni nefti” - MİS
Ən çox istifadə olunan metallardan biri tezliklə 20 min dollara qədər bahalaşa bilər.Bütün dünyada əmtəə qiymətlərinin sürətlə bahalaşması fonunda analitiklər xüsusilə ən çox istifadə olunan metallardan olan misin qiymət artımının daha sürətlə getdiyinə diqqət çəkirlər. Marja bununla əlaqədar xarici ekspertlərin gözləntilərini araşdırıb.
Bank of America-nın əmtəələr üzrə strateji analitiki Maykl Uidmer öz qeydlərində misin anbarlardakı həcminin 15 il öncəki göstərici ilə təxminən eyni olduğunu bildirib. Hazırda son 10 ildəki ən yüksək qiymətinə - bir tona görə 10 min dollara çatan bu metalın gələn il 13 min dollara çatacağı istisna edilmir: “Qlobal iqtisadiyyatın pandemiyadan sonra özünə gəlməyə başlaması və əksər istehsal sahələrinin bərpası ən çox işlənən metallardan biri olan misə də tələbatı görünməmiş dərəcədə artırıb. Lakin təchizat zəncirindəki problemlər tələb-təklif tarazlığını saxlaya bilmir və nəticədə biz həm bu il, həm də növbəti il qiymət artımını müşahidə edəcəyik.”
Uidmer həmçinin, volatillik səbəbindən metal qiymətlərində artımın ilk belə hal olmadığını qeyd edib və 2006-2007-ci illərdə London Metal Birjasında nikel qiymətlərinin anbarlardakı qıtlıq səbəbindən 300%-ə qədər bahalaşmasına diqqət çəkib. 2021-2022-ci illərdəki defisitlərdən sonra, Bank of America ekspertləri mis bazarının 2023-2024-cü illərdə nisbətən tarazlaşacağını, lakin daha sonra - 2025-ci ildə misin yenidən yüksələn xətlə bahalaşaraq, bir tona görə 20 min dollara çatacağını proqnozlaşdırır.
ABŞ-ın hedc fondu Livermore Partners-in təsisçisi və idarəçi direktoru David Neuhauser bir sıra sürətlə inkişaf edən sənaye sektorlarında, o cümlədən elektrikli avtomobil batareyalarının və yarımkeçirici hissələrin istehsalında əsas xammalardan biri olmasına görə misin qiymətinin artmaqda davam edəcəyinə əmindir. “Fikrimcə, mis sənayenin “yeni nefti”dir və növbəti 5-10 il ərzində qiymətinin bir tona görə 20 min dolları keçəcəyi şübhəsizdir”.
Əksər əmtəə qiymətləri apel ayında 3% bahalaşaraq, ötən ilin aprelindən bəri bu artımın həcmini 80%-ə çatdırıb. HSBC bankının analitikləri dünənki qeydlərində xüsusilə misə tələbatın və nəticədə qiymətin artan templə yüksələcəyini proqnozlaşdırır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 gün sonra
-
1 gün əvvəl
Leysan yağışları evlərə ciddi zərər vurub. Əhali necə tədbir almalı idi?
- 1 gün əvvəl
-
- 2 gün əvvəl
-
2 gün əvvəl
Sinqapur qızıl ticarətində regional mərkəz olmağı hədəfləyir
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Google süni intellekt əsaslı “Search Live” funksiyasını qlobal miqyasda istifadəyə verdi
-
2 gün əvvəl
Tramp İranın enerji obyektlərinə hücumları 10 gün müddətinə dayandırdı
-
2 gün əvvəl
Rystad Energy: Qlobal neft hasilatı pandemiya səviyyəsindən də aşağı düşüb
-
2 gün əvvəl
VTB Bankın rəhbəri Rusiya Mərkəzi Bankın faiz dərəcəsinin tədricən azalacağını proqnozlaşdırır
-
2 gün əvvəl
İranda yaşı 12-dən yuxarı olan könüllülər üçün səfərbərlik çağırışı
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Martın 29-da gözlənilən hava şəraiti
Bayramovla Mirzoyan arasında telefon danışığı aparılıb
Martın 28-də gözlənilən hava şəraiti
VTB Bankın rəhbəri Rusiya Mərkəzi Bankın faiz dərəcəsinin tədricən azalacağını proqnozlaşdırır
İranda yaşı 12-dən yuxarı olan könüllülər üçün səfərbərlik çağırışı
“Qlobal ticarət son 80 ilin ən ciddi böhranı ilə üz-üzədir”
KİV: İran ABŞ-ın 15 maddəlik razılaşma təklifinə cavabı rəsmi şəkildə qarşı tərəfə göndərib
Neft qiymətləri yüksəlir - BU GÜN 4%-DƏN ÇOX BAHALAŞDI
ABŞ və İsraillə müharibə aparan İranın neft gəlirləri artıb
Tramp: İran gec olmadan ABŞ-ın təklifinə ciddi yanaşmalıdır






















