"Türkiyə və Azərbaycan arasında yol vergisindən azadolmalar nəzərdə tutulmayıb" - AÇIQLAMA

Son günlər bir sıra kütləvi informasiya vasitələrində qardaş ölkə - Türkiyə Respublikasında qeydiyyatda olan yük nəqliyyat vasitələrindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçən zaman alınan gömrük ödənişləri ilə bağlı yanlış şərhlər, həqiqətə uyğun olmayan məlumatlar yayımlanır, həmin nəqliyyat vasitələrinin gömrük-keçid məntəqələrindən sürətli keçidinə maneələr yaradıldığı iddia olunur.
Bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib.
Məlumata əsasən, yük nəqliyyat vasitələrindən sərhədkeçmə proseslərində alınan gömrük ödənişləri mövcud milli və beynəlxalq qanunvericiliklə - Azərbaycan Respublikasının Vergi Məcəlləsi, "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanunu, "Təhlükəli yüklərin quru yollar ilə beynəlxalq daşımaları haqqında" Avropa Sazişinə uyğun olaraq tənzimlənir.
Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 210-cu maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisinə daxil olan və Azərbaycan Respublikasının ərazisini tərk edən zaman xarici dövlətlərin avtonəqliyyat vasitələri yol vergisinin vergitutma obyektidir və bu Məcəlləyə əsasən yük avtomobilləri, Azərbaycan Respublikasının ərazisində qaldığı müddətdən, oxların sayından və avtonəqliyyat vasitəsinin yüklə birlikdə ümumi cəkisindən, Azərbaycan Respublikası ərazisində qət edilən məsafədən, təhlükəli yüklərin daşınmasından asılı olaraq yol vergisinə və "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 24-cü maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün dövlət rüsumuna cəlb edilir.
Qeyd edək ki, xarici dövlətlərin avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisinə daxil olması və bu ərazidən tranzit yük daşınması zamanı daşınan yüklərin təhlükəlilik dərəcələri 18 iyul 2000-ci il tarixli 913-İQ saylı Azərbaycan Respublikasının qanununa əsasən "Təhlükəli yüklərin quru yollar ilə beynəlxalq daşımaları haqqında" Avropa Sazişinə uyğun olaraq müəyyən edilir. Daşınan yüklərin təhlükəlilik dərəcəsindən asılı olaraq tətbiq olunan yol vergisinin hesablanması Azərbaycan Respublikası Vergi Məcəlləsinin 15-ci fəslinə uyğun olaraq həyata keçirilir. Həmçinin, malların təhlükəlilik dərəcəsinin dəqiq müəyyən edilməsi üçün sərhəd-keçid məntəqəsinə təqdim edilən malın istehsalçı tərəfindən verilmiş təhlükəsizlik pasportunda malların təhlükəsizlik dərəcəsi müəyyən edilmədikdə təhlükəli yüklərin daşınmasına görə yol vergisi tətbiq edilmir.
Bununla yanaşı, beynəlxalq avtomobil əlaqələri haqqında ikitərəfli Sazişlərə əsasən xarici dövlətlərə məxsus yük nəqliyyat vasitələri müvafiq kvota çərçivəsində mübadilə edilmiş "İcazə" blankları ilə ölkə ərazisinə daxil olduqda və ya tərk etdikdə həmin sazişdə yol vergisindən azadolma nəzərdə tutulduğu halda yol vergisindən, tutulmadığı halda yalnız dövlət rüsumundan azad olunurlar.
Qeyd edək ki, Türkiyə və Azərbaycan hökumətləri arasında beynəlxalq avtomobil əlaqələri sahəsində ikitərəfli sazişlərdə yol vergisindən azadolmalar nəzərdə tutulmayıb.
Qeydiyyatda olduğu ölkədən asılı olmayaraq gömrük-sərhəd keçid məntəqələrində gömrük orqanları tərəfindən yük nəqliyyat vasitələrindən qanunvericilikdə nəzərdə tutulmayan ödənişlərin alınması, onların sürətli keçidinə maneələr yaradılması və ya yubadılması ilə bağlı iddialar isə tamamilə əsassızdır. Üstəlik Dövlət Gömrük Komitəsi gömrük-sərhəd keçid məntəqələrində yük nəqliyyat vasitələrindən qanunvericilikdə nəzərdə tutulmayan ödənişlərin alınması, onların sərhədkeçmə prosesi zamanı yubadılması ilə bağlı iddiaları təqdim ediləcək konkret faktlar əsasında araşdırmağa, geniş ictimaiyyətə açıqlamağa hazırdır.
Yayılan məlumatların təhlili zamanı diqqət çəkən məqamlardan biri də Türkiyə Respublikasında qeydiyyatda olan nəqliyyat vasitələrindən Azərbaycanın gömrük ərazisindən keçdikləri zaman alınan gömrük ödənişlərinin 20 ildən artıqdır ki tətbiq edilməsinə baxmayaraq məsələnin indi gündəmə gətirilməsidir.
Gömrük işinin təşkili hər bir ölkənin milli qanunvericiliyi əsasında tənzimlənir və qeyd olunan bu kimi məsələlər iki ölkənin hökumətləri və aidiyyəti qurumları arasında mütəmadi müzakirə edilir.
Azərbaycan və Türkiyə qardaş, strateji tərəfdaş ölkələrdir, iki dövlət arasındakı ticarət dövriyyəsi zamanı mal və nəqliyyat vasitələrinə qarşılıqlı olaraq tətbiq edilən vergi, rüsum və digər ödənişlərin aşağı və ya yuxarı dərəcəli olması bu münasibətlərə əsla xələl gətirə bilməz və bu mənada məsələyə siyasi çalarların əlavə olunması qəbuledilməzdir.
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Bakıda tələbə və məzunlar üçün karyera festivalı keçiriləcək - ŞİRKƏTLƏR İŞTİRAK EDƏ BİLƏRLƏR
- 31 d. əvvəl
-
36 d. əvvəl
Unibank və AYİB tərəfdaşlığı yenidən başlayır: 10 milyon dollarlıq kredit sazişi imzlanıb
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az - 47 d. əvvəl
-
50 d. əvvəl
“PAŞA Real Estate Qrup”da yeni təyinatlar - ŞİRKƏTƏ DİREKTORLAR TƏYİN EDİLİB
-
1 saat əvvəl
“Novochem Azerbaijan” şirkəti "Gemza Group"a qoşulur və şirkət ləğv edilir
-
2 saat əvvəl
"Fəaliyyətə başlayan bu 2 müəssisənin investisiya kapitalı 44 milyon manatdan çoxdur"
- 2 saat əvvəl
-
2 saat əvvəl
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin aparatının gəlirləri və xərcləri azalıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər

Bakıda tələbə və məzunlar üçün karyera festivalı keçiriləcək - ŞİRKƏTLƏR İŞTİRAK EDƏ BİLƏRLƏR

Bakıdan Füzuliyə xüsusi icazə almadan uçuş mümkün olacaq

Növbəti üç gün güclü külək əsəcək - XƏBƏRDARLIQ

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

Kamran Əliyev yenidən Baş prokuror təyin olundu

“Azəristiliktəchizat”a sədr təyin edildi

Sığorta şirkətinin vəzifəli şəxsləri cərimə edilib

bp şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı artıb

Azercell “SHE Congress”in rəqəmsal transformasiya tərəfdaşıdır

Bu gündən xəstəlik vərəqələri e-sənəd kimi hazırlanacaq və işçiyə müvafiq müavinətlərin təyinatı üçün əsas olacaq

BOKT "International”ın istiqrazlarına böyük sayda sifariş oldu
