970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

İnflyasiya və iqtisadi sabitlik sahəsində araşdırmalara Nobel mükafatı

İqtisadiyyat üzrə Nobel mükafatı iki amerikalı alimə verildi. İqtisadiyyat üzrə Nobel mükafatını Robert Hall və Michael Woodford qazandı. 2026-cı ilin iqtisadiyyat üzrə Nobel laureatları 1,2 milyon dolları bölüşəcəklər
AzVak-mobil_resmin_ustu_31
İnflyasiya və iqtisadi sabitlik sahəsində araşdırmalara Nobel mükafatı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2026-cı il üzrə İqtisadiyyat sahəsində Nobel mükafatının qalibləri açıqlandı

2026-cı il üzrə İqtisadiyyat sahəsində Nobel mükafatına amerikalı iqtisadçılar Robert E. Hall və Michael Woodford layiq görülüblər.

Reklam_3_11

Marja.az xəbər verir ki, bu barədə oktyabrın 12-də İsveç Kral Elmlər Akademiyası məlumat yayıb.

İqtisadçılar “makroiqtisadi sabitləşdirmənin mikroiqtisadi əsaslarının yaradılmasına görə” mükafatlandırılıblar.

İqtisadiyyatın sabitləşdirilməsi sahəsində tədqiqatlar

Laureatların tədqiqatları fərdlərin və şirkətlərin iqtisadi qərarlarının bütövlükdə iqtisadiyyatın fəaliyyətinə, inflyasiyaya, məşğulluğa və pul siyasətinin nəticələrinə necə təsir etdiyinin anlaşılmasına töhfə verib.

Robert Hall xüsusilə əmək bazarı, istehlak davranışı və iqtisadi tsikllər üzrə tədqiqatları ilə tanınır.

Michael Woodford isə pul siyasəti, faiz dərəcələri, inflyasiya gözləntiləri və mərkəzi bankların iqtisadi sabitləşdirmədə rolu ilə bağlı araşdırmaları ilə məşhurdur.

Onların elmi işləri müasir makroiqtisadi modellərin və mərkəzi bankların pul siyasətinin nəzəri əsaslarının inkişafında mühüm rol oynayıb.

Laureatlar 1,2 milyon dollarlıq mükafatı bölüşəcəklər

2026-cı il üzrə İqtisadiyyat sahəsində Nobel mükafatının məbləği 12 milyon İsveç kronu, təxminən 1,2 milyon ABŞ dolları təşkil edir.

Mükafat iki laureat arasında bərabər bölüşdürüləcək. Beləliklə, hər biri 6 milyon İsveç kronu alacaq.

Mükafatların təqdimetmə mərasimi ənənəvi olaraq dekabrın 10-da, Alfred Nobelin vəfatının ildönümündə keçirilir.

XXX

İsveç Kral Elmlər Akademiyası yanında Nobel Mükafatı Komitəsi tərəfindən 2026-ci il üçün Alfred Nobelin xatirəsinə İqtisadi Elmlər üzrə "Sveriges Riksbank" mükafatının laureatları məlum olub.

“Nobelprize.org” xəbər verir ki, Robert E. Hall və Michael Woodford sözügedən sahə üzrə 2026-cı ilin laureatı elan edilib.

Onlar bu mükafata makroiqtisadi sabitləşmənin mikroiqtisadi əsaslarının tədqiqinə görə layiq görülüb.

2025-ci ildə iqtisadiyyat üzrə Nobel mükafatına kimlər layiq görülmüşdü?

Xatırladaq ki, Joel Mokir, Filippe Aghion və Peter Houitt sözügedən sahə üzrə 2025-ci ilin laureatları elan edilib.

12.10.2026 13:55
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19