Qlobal neft və qaz şirkətləri özünə gəlir
BP-nin ardınca Shell, Total və Equinor da birinci rübü mənfəətlə başa vura bilib.Ötən il pandemiya səbəbindən dünya iqtisadiyyatının dayanması və enerji daşıyıcılarına tələbatın kəskin azalması fonunda əksər qlobal enerji şirkətləri ziyana məruz qalmışdılar. OPEC+ ölkələri sıfırın altına düşən qiymətləri müəyyən qədər qaldırmaq üçün qlobal hasilatda iri həcmli azaldılma öhdəliyi barədə razılığa gələ bildilər və bu mexanizm hələ də müəyyən tənzimləmələrlə davam etməkdədir. 2020-ci ilin sonlarından başlayaraq qlobal vaksin proqramının tətbiqi və bir sıra ölkələrdə aparıcı istehsal sahələrinin tədricən bərpası, həmçinin bu ilin əvvəlindən neft qiymətlərinin 30% bahalaşması enerji şirkətlərinin göstəricilərini yaxşılaşdırıb.
Marja xəbər verir ki, Avropanın iki ən böyük neft-qaz şirkəti: ingilis-holland ittifaqı Royal Dutch Shell və fransız nəhəngi Total cari ilin birinci rübünün nəticələrini açıqlayıblar.
Shellin son 3 aydakı düzəliş edilmiş mənfəəti ötən ilin müvafiq dövrü (2,9 milyard dollar) ilə müqayisədə 13% artaraq, 3,2 milyard dollar təşkil edib. Bununla da şirkət analitiklərin proqnozlaşdırdığı 3,1 milyard dollarlıq göstəricini üstələyə bilib. Müqayisə üçün, 2020-ci ilin son rübündə mənfəət cəmi 393 milyon dollar olub. Shell həm də son 6 ayda ikinci dəfə dividend ödənişlərini 4% artırıb. Xatırladaq ki, ötən ilin aprelində Shell neft qiymətlərində kəskin azalma nəticəsində İkinci Dünya Müharibəsindən sonra ilk dəfə səhmdarlara ödəyəcəyi dividendi azaltmışdı. Şirkətin səhmləri 1,3% bahalaşıb, xalis borcu 4 milyard dollar azalaraq, 71,3 milyard dollara düşüb.
Totalın ilk rübdə düzəliş edilmiş xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 69%, 2019-cu ilin ilk üç ayına nisbətən isə 9% artaraq, 3 milyard dollara çatıb. Xalis mənfəət (qrup payı) 3,34 milyon dollar təşkil edib. Şirkət hər səhmə görə dividend ödənişini sabit - 0,66 avro səviyyəsində saxlayıb. Xalis borc ötən ilin müvafiq dövrü (30,92 milyard dollar) ilə müqayisədə 3,9 milyard dollar azalaraq, 27,02 milyard dollara düşüb.
Neft-qaz sektorunun daha bir təmsilçisi - Norveçin Equinor şirkəti də dünənki açıqlamasında birinci rübdə vergi öhdəliklərindən öncəki düzəliş edilmiş mənfəətinin ötən ilin müvafiq dövrü (2,1 milyard dollar) ilə müqayisədə kifayət qədər artaraq, 5,5 milyard dollara çatdığını bildirib.
Hazırda birjalarda Brent markalı neftin bir barreli təxminən 68 dollardan satılır, Qərbi Texas markası (WTI) 64,5 dollara təklif olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 gün sonra
-
1 gün əvvəl
Leysan yağışları evlərə ciddi zərər vurub. Əhali necə tədbir almalı idi?
- 1 gün əvvəl
-
- 2 gün əvvəl
-
2 gün əvvəl
Sinqapur qızıl ticarətində regional mərkəz olmağı hədəfləyir
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Google süni intellekt əsaslı “Search Live” funksiyasını qlobal miqyasda istifadəyə verdi
-
2 gün əvvəl
Tramp İranın enerji obyektlərinə hücumları 10 gün müddətinə dayandırdı
-
2 gün əvvəl
Rystad Energy: Qlobal neft hasilatı pandemiya səviyyəsindən də aşağı düşüb
-
2 gün əvvəl
VTB Bankın rəhbəri Rusiya Mərkəzi Bankın faiz dərəcəsinin tədricən azalacağını proqnozlaşdırır
-
2 gün əvvəl
İranda yaşı 12-dən yuxarı olan könüllülər üçün səfərbərlik çağırışı
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Martın 29-da gözlənilən hava şəraiti
Bayramovla Mirzoyan arasında telefon danışığı aparılıb
Martın 28-də gözlənilən hava şəraiti
VTB Bankın rəhbəri Rusiya Mərkəzi Bankın faiz dərəcəsinin tədricən azalacağını proqnozlaşdırır
İranda yaşı 12-dən yuxarı olan könüllülər üçün səfərbərlik çağırışı
“Qlobal ticarət son 80 ilin ən ciddi böhranı ilə üz-üzədir”
KİV: İran ABŞ-ın 15 maddəlik razılaşma təklifinə cavabı rəsmi şəkildə qarşı tərəfə göndərib
Neft qiymətləri yüksəlir - BU GÜN 4%-DƏN ÇOX BAHALAŞDI
ABŞ və İsraillə müharibə aparan İranın neft gəlirləri artıb
Tramp: İran gec olmadan ABŞ-ın təklifinə ciddi yanaşmalıdır
























