Azərbaycanda Dollar almaq daha da çətinləşdirilib
Ötən ilin əvvəlindən başlayaraq Azərbaycanda hər bir vətəndaşa şəxsiyyət vəsiqəsilə 20 min manat ekvivalentində (11 min 750 dollar) xarici valyuta satışı həyata keçirilir. Limiti aşan vətəndaşlara bildirilmişdi ki, 1 il (12 ay) ərzində bu limiti keçənlərə banklar tərəfindən xarici valyuta satışı həyata keçirilməyəcək, limit yalnız 12 ay başa çatdıqdan sonra sıfırlanacaqdır.
Marja.az-ın məlumatına görə, hazırda 12 ay müddəti başa çatmış və buna görə banklara Dollar almaq üçün müraciət edən vətəndaşlara bildirilir ki, limit Mərkəzi Bank tərəfindən sıfırlanmayıb, bu səbəbdən şəxsiyyət vəsiqəsilə Dollar alışı mümkün olmayacaqdır. Dollar almaq üçün gəlirlər haqqında sənədlər (ev alqı-satqısı müqaviləsi, avtomobil satışının sənədləri və digər rəsmi gəlir sənədləri) təqdim edilməlidir. Təqdim edilən sənədlər Mərkəzi Banka göndərilir, qərar müsbət olarsa bank tərəfindən xarici valyuta satıla bilər. Həmçinin, əlavə məlumat almaq üçün Mərkəzi Banka müraciət etmək məsləhətdir.
Mərkəzi Bankın Qaynar xətinə müraciət edilən vətəndaşlara bildirilir ki, xarici valyutanın alqı-satqısının məhdudlaşdırılması ilə bağlı Mərkəzi Bankın hər hansı bir rəsmi qərarı yoxdur. Xarici valyutanın satılmaması ilə bağlı qərər banklar tərəfindən qəbul edilir, qərardan narazı olan hər bir vətəndaş Mərkəzi Banka yazılı formada müraciət edə bilər.
“Mərkəzi Bank tərəfindən limit ilə bağlı hər hansı bir rəsmi qərar yoxdur. Vətəndaş zəruri sənədləri təqdim etməklə valyuta mübadiləsini həyata keçirə bilər. Əgər sizə imtina olunubsa, yazılı formada Mərkəzi Banka müraciət edin, araşdırılma aparılsın və Sizə rəsmi cavab verilsin”, - Mərkəzi Bankın Qaynar xəttindən vətəndaşlardan birinin müraciətinə cavab olaraq bildirilib.
Banklardan qeyri-rəsmi şəkildə vətəndaşlara bildirilir ki, məhdudiyyət bankların qərarı deyil, Mərkəzi Bank tərəfindən tapşırılıb, məqsəd ölkədə Dollar satışını minimuma endirməkdir.
Qısası, 2020-ci ilin əvvəlindən bu yana Azərbaycanda banklardan 11 min 750 dollar almış vətəndaş qeyri-müəyyən müddətədək şəxsiyyət vəsiqəsini təqdim edərək ABŞ valyutası ala bilməyəcəkdir. Dollar almaq istəyən vətəndaş banka gəlirlər haqqında sənədlər təqdim etməlidir. Bu sənədləri təqdim edə bilməyənlər ABŞ valyutası əldə edə bilməyəcəklər.
Təəssüf doğuran budur ki, banklarda vətəndaşa bir rəsmi qərar təqdim edilmir. Məlumata görə, Mərkəzi Banka sənədlər ilə müraciət edən vətəndaşlara da adətən imtina cavabı verilir. Belə ki, gəlirləri və vergi ödədiyi barədə bank hesabından çıxarış sənədi təqdim edən vətəndaşa xarici valyuta satışından imtina olunur. Guya bu tədbirlər ölkədə çirkli pulların yuyulmasının qarşısının almasına xidmət edir.
Fakt budur ki, ölkədə xarici valyuta satışının məhdudlaşdırılmasına qarşı tədbirlər qeyri-peşəkar aparılır. Mərkəzi Bankın məhdudiyyətləri “qara bazar”ın yaranmasına səbəb olub. Azərbaycanda bir çox ünvanda, o cümlədən iri ticarət mərkəzlərində xarici valyutanın qanunsuz alqı-satqısı ilə məşğul olanların sayı artır. Bu şəxslərdən istənilən məbləğdə ABŞ valyutası almaq mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
2 həftə sonra
Qızıl girovunun bazar dəyərinin 75%-dək nisbəti ilə Lombard krediti
-
3 saat sonra
Azər Türk Bank istehlak kreditləri kampaniyasının müddətini daha sərfəli şərtlərlə uzatdı
-
- 1 saat sonra
- 10 saat əvvəl
-
10 saat əvvəl
Bir ton qarğıdalının orta idxal dəyəri 378 dollardan 470 dollara yüksəlib
-
10 saat əvvəl
140-dan çox ölkəyə anında beynəlxalq pul köçürmələri - KOMİSSİYASIZ
- 11 saat əvvəl
-
11 saat əvvəl
Azərbaycan və “Limak Group” investisiya layihələrinin həyata keçirilməsini nəzərdən keçirir
-
13 saat əvvəl
Bitki və heyvan mənşəli yağların idxalı 136 milyon dollara yaxınlaşıb
-
13 saat əvvəl
PAŞA Bankın “ZirvədəSən 2026” ödənişli təcrübə proqramına start verildi
- 13 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Qızıl girovunun bazar dəyərinin 75%-dək nisbəti ilə Lombard krediti
Azər Türk Bank istehlak kreditləri kampaniyasının müddətini daha sərfəli şərtlərlə uzatdı
Pul lazımdır? - 500 MANAT ÜÇÜN AYDA 25 MANAT ÖDƏ ®
140-dan çox ölkəyə anında beynəlxalq pul köçürmələri - KOMİSSİYASIZ
Ən çox oxunanlar
Avrozonada 7,8 milyard avroluq ticarət kəsiri
Azərbaycan daha az buğda idxal edib, amma daha çox pul xərcləyib
Azərbaycana çay idxalı azalıb – 6 ayda 40 milyon dollara yaxın xərc
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Kərə yağı idxalında geriləmə – Orta dəyər də aşağı düşüb
Azərbaycana ət idxalı 20% bahalaşıb – 6 ayda 57 milyon dollara yaxın vəsait xərclənib
Azərbaycanda idxal 3,2 milyard dollar azalıb – maşın və avadanlıqların alınmasına 2 milyard dollar xərclənib




















