Hindistan İT bazarında yeni rekord - 2,8 milyard dollar
Dünyanın ən iri investorları bazarda paylarını artırır.
ABŞ-ın ən iri investisiya şirkətlərindən biri, hazırda idarəçiliyi altındakı aktivlərin dəyəri 650 milyard dollara yaxın olan Blackstone, aktivlərinin həcmi 828 milyard dollar qiymətləndirilməklə dünyanın ən iri beynəlxalq investisiya fondu hesab olunan BƏƏ-nin Əbu-Dabi Əmirliyinin suveren rifah fondu (Abu Dhabi Investment Authority - ADIA) və digər investisiya şirkəti UC Investments Hindistanın aparıcı İT xidmətləri şirkəti, 2019-cu ildə ölkənin ən böyük 7-ci İT şirkəti adını qazanmış Mphasis Limited-in səhmlərinin bir hissəsini (26%) satın almaq üçün birlikdə 2,8 milyard dollar xərcləmək niyyətindədir.
Marja Bloombergə və hind mətbuatına istinadən xəbər verir ki, bu məbləğin 1,1 milyard dolları Blackstone tərəfindən ödəniləcək.
Şirkət açıq abunə üsulu ilə səhmdarlarda olan payların 26%-ni bir səhmə görə 1452-1497 rupiyə (19,5-20,03 dollara) təklif edir ki, bu da 12 aylıq orta qiymətə 12-16% premium və 6 aylıq orta qiymətə 3-6% diskont deməkdir. Nəticədə alqı-satq qiyməti 2-2,8 milyard dollar arasında dəyişəcəkdir.
Mphasis Ltd 2000-ci ildə ABŞ-ın İT konsaltinq şirkəti Mphasis Korporasiyası və Hindistan İT xidmətlər şirkəti BFL Software Limited-in birləşməsindən yaranıb. Qısa müddətdə bazarda öz mövqeyini möhkəmlədən şirkət investorların diqqətini cəlb edib və ABŞ-ın o zamankı ən iri İT texnologiya qruplarından olan Electronic Data Systems (EDS) 2006-cı ildə şirkətin nəzarət paketinin 42%-ni 380 milyon dollara alır. 2008-ci ildə məşhur amerikan texnoloji nəhəngi Hewlett-Packard (HP) EDS-i 13,9 milyarda satın alır və beləliklə, Mphasis-in 62%-nə yaxın səhmlərinin sahibinə çevrilir.
Mphasis 2010-cu ildə məcmu gəlirlərini 1 milyard dollara çatdıraraq, bu nəticəni əldə edən 6-cı Hindistan İT xidmətlər şirkətinə çevrilir. 2016-cı ildə HP Mphasis-dəki paylarının böyük hissəsini - 52% səhmi iri amerikan özəl investisiya şirkəti Blackstone-a 1,1 milyard dollara satdı. Daha sonra kiçik səhm payı da əldə edən Blackstone 56%-lə Mphasis-in əsas sahibinə çevrilir və onun fəaliyyətini ABŞ bazarında genişləndirir. Hazırda Mphasis 19 ölkədə 60-dan artıq satış və texniki xidmət ofisinə malikdir və 22 min nəfərdən artıq işçisi var. Şirkət ABŞ-ın ən iri 50 bank, maliyyə xidmətləri və sığorta şirkətlərindən 35-ə müxtəlif xidmətlər göstərir. Hazırkı sövdələşmə nəticəsində Blackstone səhm payını bir qədər də artıracaq və Hindistanda öz biznes əməliyatlarını daha da genişləndirəcək. Xəbərin açıqlanmasından sonra Mphasis-in səhmləri Mumbay birjasında 5% bahalaşıb.
Müştərilərin xəbərləri

"PAŞA Holding"in təşkil etdiyi növbəti “INMerge” İnnovasiya Sammitinə "Netflix" in həmtəsisçisi Mark Randolf gəlir!
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
3 gün sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
- 14 saat əvvəl
-
- 16 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Abşeron dairəvi dəmir yolu üzrə qatarların yeni hərəkət cədvəli açıqlandı
-
2 gün əvvəl
8 ayda mobil operatorlar 826 milyon manat gəlir əldə ediblər
-
2 gün əvvəl
Mələk investorların diqqətinə - ABŞ-dan ekspertlər gəlir, təcrübələrini bölüşəcəklər
-
2 gün əvvəl
"Su təchizatına yatırılan hər 1 dollar dövlətə 2 dollar həcmində vergi formasında geri qayıdır"
-
2 gün əvvəl
Mərkəzi Bank "Mercedes-Benz"in Azərbaycandakı distributoruna lisenziya verib
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

İri şəbəkəyə satıcı - kassirlər tələb olunur

Sentyabrın 14-də gözlənilən hava şəraiti

Azərbaycan neftinin son qiyməti

Mələk investorların diqqətinə - ABŞ-dan ekspertlər gəlir, təcrübələrini bölüşəcəklər

"Su təchizatına yatırılan hər 1 dollar dövlətə 2 dollar həcmində vergi formasında geri qayıdır"

“Mələk İnvestorlar Məktəbi” Bakıda yeni formatda təşkil olunacaq

Azərbaycada 280 min nəfər işsiz əhali var

Azərbaycanda sement, armatur, beton və əhəng istehsalı azalıb

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Dövlət 3 bankda 450 milyon manat depozit yerləşdirdi
.webp)
TuranBank 15 milyon dollarlıq saziş imzalayıb
