“AccessBank” müştərilərə verilən kreditləri artırıb - BANKIN VƏZİYYƏTİ AÇIQLANDI
“AccessBank” QSC 2021-ci ilin ilk rübü üzrə maliyyə göstəricilərini açıqalyıb. Pandemiya ilə əlaqədar olaraq iqtisadi aktivliyin azaldığı bir dövrdə Bank müştərilərə verilən kreditləri artırmağı bacarıb.
Marja xəbər verir ki, 2021-ci ilin ilk rübündə “AccessBank”ın cəmi əməliyyat gəlirləri 23 milyon 894 min manat, cəmi əməliyyat xərcləri 24 milyon 651 min manat təşkil edib. Bankın xərcləri gəlirlərini 757 min manat üstələyib, eyni zamanda, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan azad olmuş 892 min manat ilə Bankın xərcləri bağlanıb və 135 min manat mənfəəti qalıb.
Müqayisə üçün qeyd edək ki, 2020-ci ilin ilk rübündə “AccessBank”ın cəmi əməliyyat gəlirləri 28 milyon 324 min manat, cəmi əməliyyat xərcləri 26 milyon 743 min maant, əməliyyat mənfəəti 1 milyon 581 min manat təşkil etmişdi. Eyni zamanda, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan azad olmuş 894 min manat hesabına mənfəət 2 milyon 475 min manata yüksəlmişdi.
2020-ci ilin ilk rübü ilə müqayisədə 2021-ci ilin ilk rübündə “AccessBank”ın cəmi əməliyyat xərcləri 2 milyon 92 min manat və ya 8%-ə yaxın azalıb.
MÜŞTƏRİLƏRƏ VERİLMİŞ KREDİTLƏR ARTIB
31 Mart 2021-ci ol tarixində “AccessBank” 847 min 944 min manat cəmi aktivlərə malik olub, aktivlərin 519 milyon 888 min manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Bank 2020-ci ilin sonunda 855 milyon 854 min manat cəmi aktivlərə malik idi, o cümlədən aktivlərin 502 milyon 582 min manatını müştərilərə verilmiş kreditlər təşkil etmişdi. İlk rübdə “AccessBank”ın cəmi kredit portfeli 17 milyon 306 min manat və ya 3,4% artıb. Bankın biznes kreditləri portfeli 13 milyon 828 min manat artaraq 456 milyon 213 min manata çatıb, bu da cəmi kredit portfelinin 88%-nə bərabərdir. Bankın istehlak kreditləri portfeli isə 3 milyon 571 min manat artaraq 56 milyon 422 min manata yüksəlib.
İlk rübdə Bankın xalis kredit portfeli (mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyat xaric kreditlər) 18 milyon 460 min manat artaraq 477 milyon 235 min manata çatıb.
“AccessBank”ın yaydığı məlumata görə, 2021-ci ilin ilk rübü ərzində Bank 130 milyon manat məbləğində kredit verib. Bank tərəfindən verilən aylıq kreditlərin 50%-dən çoxu bölgə filiallarının payına düşüb və bütün mikrokreditlərin təxminən 40%-i kənd təsərrüfatı sektoruna verilib.
31 Mart 2021-ci il tarixində “AccessBank”da depozitlər 614 milyon manata yaxın, fiziki şəxslərin (əhalinin) depozitləri isə 496 milyon manatdan çox olub.
31 Mart 2021-ci il tarixində “AccessBank” 78 milyon 442 min manat məcmu kapitala malik olub ki, bu da minimal tələbdən (50 milyon manat) yüksəkdir.
“AccessBank”ın səhmdarları 12 xarici hüquqi şəxsdir və Bankda ən böyük paya Asiya İnkişaf Bankı (19,90%) və Avropa Yenidənqurma və İnkişaf Bankı (17,39%) sahibdirlər.
“AccessBank” mikro, kiçik və orta biznesin kreditləşməsi bazarının lideridir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
3 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 2 gün sonra
-
-
14 d. əvvəl
Rabitəbankın Kartmane Taksit kartı 6 ayadək komissiyasız taksit fürsəti təqdim edir ®
-
23 d. əvvəl
Bir Azərbaycanda ilk süni intellekt əsaslı elektron pulqabı asistentini təqdim edib ®
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
"Epoint" nizamnamə kapitalını 1 milyon 275 min 191 manata çatdırıb
-
3 saat əvvəl
Azercell Böhran İdarəetmə Qrupu layihəsinin əhatə dairəsini genişləndirir
-
4 saat əvvəl
Azərbaycanda qonaq evlərinə dövlət dəstəyi göstərilməsi planlaşdırılır
-
4 saat əvvəl
“Azeronline”dan növbəti ilk: müqavilələr artıq “SİMA İmza” ilə rəqəmsal imzalanır
- 4 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Bakının torpaq bazarında qiymət “uçuşu”
"Epoint" nizamnamə kapitalını 1 milyon 275 min 191 manata çatdırıb
Ən çox oxunanlar
500 milyard dollarlıq maliyyələşdirmə planı qurur
Azərbaycan neftinin son qiyməti
PAŞA Kapital ilə illik 10.5% gəlirli “Ziraat Bank Azərbaycan” ASC-nin istiqrazlarına investisiya fürsəti ®
Azərbaycanda daha bir aqropark yaradılıb






















