Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Dünyanın ən böyük ərzaq qrupu gözləntiləri artıqlaması ilə doğruldub

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dünyanın ən böyük ərzaq qrupu gözləntiləri artıqlaması ilə doğruldub
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

155 illik qocaman İsveçrə nəhəngi, 447 fabriki, 189 ölkədə əməliyyatları, 340 min işçisi ilə dünya ərzaq sektorunun lideri, həmçinin ən iri qlobal kosmetika şirkəti L’oreal-ın əsas səhmdarı olan Nestle 2021-ci ilin ilk rübünün satış nəticələrini açıqlayıb.

Marja xəbər verir ki, ötən ilki 4,3% artımla müqayisədə bu ilin birinci rübündə təxminən ikiqat göstərici - 7,7% qeydə alınıb. Analitiklərin pandemiya səbəbindən ehtiyatla proqnozlaşdırdığı 3,3%-in müqabilinbə bu, kifayət qədər yaxşı nəticədir.

Reklam_3_11

Toplam satışların həcmi 21,1 milyard İsveçrə frankı (23,02 milyard dollar təşkil edib). Artım Amerikada 7,2%, Avropada 4,4%, ötən il pandemiyanın ən çox zərbə vurduğu və neqativ rəqəmlərlə yekunlaşan Asiya bazarında isə bu ilin birinci rübündə 9,1% olub. Kateqoriyalara gəldikdə, heyvan qidalarının (Purina və Felix) satışı 8,7%, müxtəlif içkilər, o cümlədən kofe (Nespresso, Nescafe və Starbucks) 9,9%, süd məhsulları 15,7% artıb. Xüsusi qida və sağlamlıq məhsullarında nisbi azalma var - 0,5%.  

“Biz müxtəlif regionların və məhsul çeşidlərinin verdiyi töhfə nəticəsində Nestlenin daha da böyüməsindən məmnunuq. İnkişafımızı şərtləndirən əsas amillər intizamlı yanaşma, rəqəmsal texnologiyaların və sürətli innovasiyaların geniş tətbiqidir. Nəticədə bazar payımızı daha da genişləndirə bimişik. Bu il üçün qoyduğumuz proqnozlarımızı bir daha təkrarlayırıq və il sonunu birrəqəmli artımla başa vuracağımıza əminik.” - şirkətin baş direktoru Mark Şnayderin açıqlamasında bildirilib. Qurum rəhbəri həmçinin “koronavirus peyvəndlərinin dünyaya bir ümid verdiyini, Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara Cəmiyyəti ilə sıx əməkdaşlıq edərək, fəaliyyət göstərdikləri ölkələr üçün daha çox vaksin əldə etməyə çalışdıqlarını” qeyd edib: “Bu çətin zamanlarda biz həqiqətən biznesin xeyirxah bir güc olduğunu nümayiş etdirə bilərik”.

Martın 5-də Nestle ABŞ-ın əsas premium su brendlərindən olan Essential Water-i satın alıb. Martın 31-də isə özünün Şimali Amerikadakı qablaşdırılmış bulaq suyu və digər su biznesləri olan Poland Spring, Deer Park və Pure Life-ı özəl investisiya şirkətləri One Rock Capital Partners və Metropoulos & Co.-ya 4,3 milyard dollara satıb.   

Nestle Purina Felix Nespresso Nescafe Starbucks
22.04.2021 10:47

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18