Bank biznes və sahibkarlar üçün 24/7 fəaliyyət göstərən özünəxidmət sahəsi yaradıb
(®️) Kapital Bank hüquqi şəxslər və fərdi sahibkarlar üçün növbəti yeniliyi təqdim edib. Ölkədə ilk dəfə olaraq Kapital Bank-ın biznes müştəriləri Mərkəz (Bülbül prospekti 60, Gülüstan Residence) və Bakıxanov (Bakıxanov qəsəbəsi, S Qocayev küçəsi 13A,B,C) filiallarında yaradılan 24/7 rejimində fəaliyyət göstərən xidmət sahəsindən istifadə edə bilərlər.
Özünəxidmət sahəsinə giriş, NFC funksiyasını dəstəkləyən, əvvəlcədən qeydiyyata alınan xüsusi kartlar vasitəsilə mümkündür. Xidmət sahəsində müştərilərin mədaxil və məxaric əməliyyatlarının aparması üçün ATM və ADM avadanlıqları quraşdırılıb. Gələcəkdə analoji sahələr başqa filiallarda da təşkil ediləcək.
Qeyd edək ki, Müştəri Bank vasitəsilə rahat və təhlükəsiz şəkildə bir sıra xidmətlərdən istifadə etmək mümkündür: cari hesabın tam onlayn şəkildə açılması, əmək haqqı layihəsinə qoşulma, əmək haqqı kartlarına mədaxil, əmək haqqı kartlarının sifarişi, biznes və sahibkar kartlarının sifarişi, ölkə daxili və ölkə xarici nağdsız köçürmələr, konvertasiya əməliyyatları, hesablara nəzarət, çıxarışların əldə edilməsi, sərəncamlar haqqında məlumat və s.
Müştəri Bank sisteminə qoşulmaq üçün https://cb.kapitalbank.az/login linkinə keçid etmək və ya (+99 412) 310 09 99 nömrəsi ilə əlaqə saxlamaq kifayətdir. Qeyd edək ki, Müştəri Bank sistemi vasitəsilə həyata keçirilən bütün köçürmələr zamanı 25%-dək güzəşt əldə etmək mümkündür.
Müştərilərin xəbərləri
PAŞA Kapital ilə illik 10.5% gəlirli “Ziraat Bank Azərbaycan” ASC-nin istiqrazlarına investisiya fürsəti ®
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
3 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 2 gün sonra
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
"Epoint" nizamnamə kapitalını 1 milyon 275 min 191 manata çatdırıb
-
2 saat əvvəl
Azercell Böhran İdarəetmə Qrupu layihəsinin əhatə dairəsini genişləndirir
-
3 saat əvvəl
Azərbaycanda qonaq evlərinə dövlət dəstəyi göstərilməsi planlaşdırılır
-
4 saat əvvəl
“Azeronline”dan növbəti ilk: müqavilələr artıq “SİMA İmza” ilə rəqəmsal imzalanır
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Bakının torpaq bazarında qiymət “uçuşu”
"Epoint" nizamnamə kapitalını 1 milyon 275 min 191 manata çatdırıb
Ən çox oxunanlar
500 milyard dollarlıq maliyyələşdirmə planı qurur
Azərbaycan neftinin son qiyməti
PAŞA Kapital ilə illik 10.5% gəlirli “Ziraat Bank Azərbaycan” ASC-nin istiqrazlarına investisiya fürsəti ®
Azərbaycanda daha bir aqropark yaradılıb
Rəsmi məzənnələr açıqlandı
Hörmüzlə bağlı razılaşmaya ümidlərin azalması fonunda kəskin bahalaşan neft bu gün sabitləşib

























