"Süd gölündə üzən" 10 milyard dollar
Ənənəvi süd istehsalçılarının yeni rəqibi - gənc və məzəli Oatly Nyu-York birjasında listinqə çıxır.Bu ilin fevral ayında Amerikan televiziya izləyiciləri yeni bir məzəli qısa reklam seyr etdilər: çölün ortasında piano ifa edib “Wow, no cow” oxuyan bir şəxs və yanında da qablaşdırılmış yulaf südü.
İsveçin Oatly şirkətinin baş icraçı direktoru olan Toni Petersson bu dəfə də biznesmenləri təəccübləndirmək fikrindədir: bitki südünün istehsalçısı bu yaxında Nyu-York birjasında listinqə çıxmaq və bazar dəyərini 10 milyard dollara qədər artırmağı planlaşdırır.
Marja xəbər verir ki, hazırda yulaf südü iri Qərb ölkələrində, o cümlədən ABŞ, Almaniya, Böyük Britaniya və İsveçdə badamdan sonra ən çox satılan ikinci bitki əsaslı süddür və bir zamanlar çox istifadə olunan soyanı da bazardan sıxışdıra bilib.
Yulaf südü bütöv yulaf dənələrinin su ilə emalı nəticəsində əldə olunan və ənənəvi inək südünə alternativ təklif edilən bir məhsuldur. Adətən qlutensiz istehsal edilən bu süd həm zülallar, həm də liflərlə zəngindir və diet saxlayan insanlar üçün inək südünün ən yaxşı əvəzedicilərindən sayılır. Bəzi insanların çərəzlərə qarşı allergiyası olduğu üçün, yulaf südü həm də digər çox istehlak edilən məhsul - badam südünü qida rasionunda uğurla əvəzləyə bilir. Üstəlik, kofelərə qatqı kimi əlavə edilərək, xüsusi dad verir.
1990-cı ildə İsveçdə yaradılan Oatly Toni Peterssonun 2012-ci ildə şirkətə yeni baş icraçı direktor təyin edilməsindən sonra ənənəvi süd bazarının əsl başağrısına çevrilib. 2016-cı ildə ABŞ bazarına girən şirkət qısa zamanda əksər kofe şəbəkələrində məşhurlaşıb. Elə həmin ildə Çinin dövlət mülkiyyətli şirkəti China Resourses və Belçika ailə kompaniyası Verlinvest birgə müəssisə quraraq, Oatly-nin əksər səhmlərini satın alıblar. China Recources-in Çindəki minlərlə kofe mağazaları və kafelərində Oatly əsas məhsullardan biridir.
Hazırda üç ölkədə 3 iri zavodu olan Oatly bu il Sinqapurda, 2023-cü ilə qədər isə İngiltərədə yeni zavodlar açmaq niyyətindədir. Pandemiyadan sonra əsasən elektron ticarətə fokuslanan Oatly bu il 800 milyon dollar həcmində satış etməyi hədəfləyir. Amma bu o qədər də asan olmayacaq. Oatly-ni Londonun bitki əsaslı süd şirkəti Rude Health və qocaman fransız istehsalçısı, Alpro və Nestle markalarının sahibi Danone ilə əsl bazar savaşı gözləyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 gün sonra
-
1 gün əvvəl
Leysan yağışları evlərə ciddi zərər vurub. Əhali necə tədbir almalı idi?
- 1 gün əvvəl
-
- 2 gün əvvəl
-
2 gün əvvəl
Sinqapur qızıl ticarətində regional mərkəz olmağı hədəfləyir
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Google süni intellekt əsaslı “Search Live” funksiyasını qlobal miqyasda istifadəyə verdi
-
2 gün əvvəl
Tramp İranın enerji obyektlərinə hücumları 10 gün müddətinə dayandırdı
-
3 gün əvvəl
Rystad Energy: Qlobal neft hasilatı pandemiya səviyyəsindən də aşağı düşüb
-
3 gün əvvəl
VTB Bankın rəhbəri Rusiya Mərkəzi Bankın faiz dərəcəsinin tədricən azalacağını proqnozlaşdırır
-
3 gün əvvəl
İranda yaşı 12-dən yuxarı olan könüllülər üçün səfərbərlik çağırışı
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Martın 29-da gözlənilən hava şəraiti
Bayramovla Mirzoyan arasında telefon danışığı aparılıb
Martın 28-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
VTB Bankın rəhbəri Rusiya Mərkəzi Bankın faiz dərəcəsinin tədricən azalacağını proqnozlaşdırır
İranda yaşı 12-dən yuxarı olan könüllülər üçün səfərbərlik çağırışı
“Qlobal ticarət son 80 ilin ən ciddi böhranı ilə üz-üzədir”
KİV: İran ABŞ-ın 15 maddəlik razılaşma təklifinə cavabı rəsmi şəkildə qarşı tərəfə göndərib
Neft qiymətləri yüksəlir - BU GÜN 4%-DƏN ÇOX BAHALAŞDI
ABŞ və İsraillə müharibə aparan İranın neft gəlirləri artıb
Tramp: İran gec olmadan ABŞ-ın təklifinə ciddi yanaşmalıdır
























