Yaponiyada 1 trilyon dollarlıq büdcə təsdiqləndi
Yaponiyada Nümayəndələr Palatası (Şuugiin) 106,61 trilyon yenlik (1 trilyon dollar) rekord səviyyədəki 2021-ci maliyyə ili büdcə layihəsini təsdiqləyib.
Marja xəbər verir ki, büdcədə yeni növ koronavirus (Kovid-19) tədbirlərinə maliyyə vəsaiti də nəzərdə tutulub.
İctimai təhlükəsizlik xidmətlərinə 35,84 trilyon yen (335 milyard dollar); müdafiə xərclərinə 5,34 trilyon yen (49,9 milyard dollar) ayrılıb.
Kovid-19-un təsirlərinə qarşı tədbirlər görməyi planlaşdıran hökumət, ola biləcək iqtisadi geriləmə ya da səhiyyə böhranlarına qarşı istifadə etmək üçün 5 trilyon yeni (46 milyard dollar) ayırıb.
Büdcənin maliyyələşdirilməsi üçün 43,60 trilyon yen (408 milyard dollar) yeni istiqraz buraxılması planlaşdırılır. Kyodo agentliyinin xəbərində, ölkənin illik maliyyə büdcəsinin son 9 ildir davamlı artdığı və son 3 ildir 100 trilyon yen (935 milyard dollar) səviyyəsini aşdığı qeyd edilib.
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Neft məhsulları ilə bağlı yaşanan böhran daha da dərinləşəcək"
-
1 gün əvvəl
"Bu günə qədər Qarabağın və Şərqi Zəngəzurun inkişafına 28 milyard manat vəsait ayırmışıq"
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
KPMG şirkəti Azərbaycan da daxil olmaqla 6 ölkə üzrə rəhbər təyin edib
- 2 gün əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Oktyabrın 4-də gözlənilən hava şəraiti
"Bu günə qədər Qarabağın və Şərqi Zəngəzurun inkişafına 28 milyard manat vəsait ayırmışıq"
Azərbaycan neftinin son qiyməti
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
Ən çox oxunanlar
"Bizə heç kimin köməyi, himayədarlığı lazım deyil. Silah alanda bizə bir dollar güzəşt etməyiblər, hətta bir neçə dəfə baha satıblar"
ABŞ-da işə qəbul kəskin zəifləyib, işsizlik artıb
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
Bakı–Quba və Bakı–Qusar marşrutlarını bu şirkət işlədəcək
Aqrar şirkətin nizamnamə kapitalı yarıdan çox azaldılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib






















