Türkiyədə valyuta ehtiyatları ilə bağlı müzakirələr böyüyür
Türkiyədə ana müxalifət Partiyası CHP-nin Türkiyə Respublikası Mərkəzi Bankının (TCMB) ehtiyatlarındakı azalma ilə əlaqədar açıqlaması ölkədə geniş müzakirələrə səbəb olub.
Marja xəbər verir ki, CHP ötən həftə sonunda Twitter hesabından, "Kürəkəni kimlər susdurur? 128 milyard dollara nə olduğunu kimlər gizlədir?" başlıqlı bir məlumat paylaşıb. Məlumatda TCMB-nin valyuta ehtiyatının mənfi 57 milyard dollara düşdüyü və "bunların araşdırılmasını kimlər əngəlləyir?" ifadələri də yer almışdı.
TCMB'nin 56 milyar$ SWAP yükümlülüğü dikkate alındığında,
— Faik Öztrak (@faikoztrak) February 22, 2021
18 Şubat itibariyle,
Net rezervler (Eksi) -57 milyar$.
2019 başında bu, (Artı) +54 milyar$'dı.
İki yılda ne oldu da,
TCMB 70 sente muhtaç hale geldi?
İşte bu “devlet krizidir.”
Bunun sorumlusu kim Sn. Erdoğan? pic.twitter.com/scZsRpAZQM
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkəni, keçmiş maliyyə naziri Berat Albayrakın vəkili məlumat ilə əlaqdar olaraq CHP-yə 500 min lirəlik təzminat iddiası açılacağını bildirib.
Ərdoğan isə dünən kürəkəni Berat Albayrak dövründə TCMB ehtiyatlarında baş vermiş azalmanı, "Tədiyyə balansında çətinlik yaşamamaq məqsədilə edildiyini" bildirdi, hazırda ehtiyatların 95 milyard dollar təşkil etdiyini, yenidən rekord səviyyələrə və üzərinə çıxaracaqlarını söylədi.
Ərdoğan epidemiya dövründə dalğalanmalara qarşı tədbir görmək lazım olduğunu qeyd edərək, "Bu çətin dövrdə tədiyyə balansı tərəfində bir çətinlik ilə qarşılaşmamaq üçün planlı və nəzarət altında valyuta əməliyyatı edildi" dedi. Satışların bazar qaydaları ərçivəsində və hüquqa uyğun olduğunu da söylədi.
BUXARLAŞMIŞ 128 MİLYARD DOLLAR
Albayrakın vəzifəsini tərk etdiyi 2020-ci ilin Noyabr ayının əvvəlində tətbiq olunan qeyri-ənənəvi siyasətlər ilə TCMB özünə aid ehtiyatlarının böyük hissəsini itirmişdi. Bankirlərin hesablamasına görə, TCMB iki ildə təxminən 128 milyard dollar ehtiyat itirib. TCMB-nin ehtiyatlarındakı itki yerli banklarla reallaşdırılan "swap"lar səbəbilə cəmi ehtiyatlara eyni həcmdə əks olunmayıb. TCMB-nin məlumatlarına görə, bankın cəmi ehtiyatı 2019-cu ilin sonunda təxminən 80 milyard dollar, son məlumat olan 12 Fevral 2021-də 53.7 milyard dollar olub. Lokal banklarla aparılan "swap" miqdarı isə eyni dövrdə təxminən 40 milyard dollar olub. Ərdoğanın dünən tələffüz etdiyi 95 milyard dollar, 53.7 milyard dollar valyuta ehtiyatı və 42 milyard dollar qızıl ehtiyatının cəmindən ibarətdir.
Türkiyə mətbuatı yazır:
TCMB məlumatlarına görə, cəmi ehtiyatlar (qızıl, valyuta və kommersiya banklarının məcburi ehtiyat norması ilə Mərkəzi Bankda olan vəsaitləri) 2019-cu ilin sonunda təxminən 80 milyard dollar ikən 2020-ci ilin Fevral ayında 53.7 milyard dollar təşkil etmişdi. Prezident Tayyib Ərdoğanın dünən "Mərkəzi Bankın 95 milyard dollar valyuta ehtiyatı var" ifadəsi, 53.7 milyard dollar cəmi valyuta ehtiyatı və 42 milyard dollarlıq qızıl ehtiyatının cəmindən ibarətdir. CHP-nin hesablamalarında isə, Mərkəzi Bankın son 2 ildə təxminən 128 milyard dollarlıq ehtiyat itirdiyi qeyd edilir.
Bir ildə valyuta ehtiyatlarındakı azalmanın 65.5 milyard dollar olduğunu hesablayan Altınbaş Universitetinin müəllimi professor Hayri Kozanoğlu bunları söyləyib: "2021-ci ilin əvvəli etibarı ilə hesablama aparsaq Mərkəzi Bankın 43.9 milyard dollar qızıl, 48.7 milyard dollar valyuta olmaqla cəmi 92.6 milyard dollara sahib olduğu məlum olur. Xalis rəqəmlərlə qızıl 32.4 milyard dollar, valyuta ehtiyatı mənfi 18.8 milyard dollardır, xalis beynəlxalq ehtiyatlar isə 13.6 milyard dollar təşkil edir.
Swap yolu ilə 5.8 milyard dollar qızıl, 54.9 milyard dollar valyuta, cəmi 60.7 milyard dollar borc alındığı görülür. Swaplar xaric Xalis Ehtiyat Mövqesi mənfi 47.1 milyard dollar olur. Ötən il 18.4 milyard dollarla başlanıb mənfi 47.1 milyard dollarla bağlanırsa 1 ildə valyuta ehtiyatlarında 65.5 milyard dollar azalma görülür."
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
5 saat əvvəl
FED faiz qərarını açıqladı - 2023-cü ildən bəri ilk dəfə faiz artırdı
-
- 6 saat əvvəl
-
7 saat əvvəl
Yeni Toyota RAV4 16 800 manat ilkin ödənişlə Toyota Abşeron-da - *0110
-
8 saat əvvəl
“NEO BOKT” ASC-nin və “KollektA” ASC-nin səhmlərinin abunə yazılışı müddəti uzadılıb
-
9 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” Hüquq Büro xidmətini satın alır - TENDER ®
- 9 saat əvvəl
-
9 saat əvvəl
Şirkətdaxili yüksəliş: Yasin Bağırov ATENA Qrupun Baş İcraçı Direktoru təyin edildi
- 9 saat əvvəl
-
10 saat əvvəl
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
10 saat əvvəl
SOCAR Qərbi Afrikada iri neft-qaz layihəsinə qoşuldu -PAY ALDI
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Gələn ilin dövlət büdcəsi ilə bağlı mühüm mərhələ başladı
“NEO BOKT” ASC-nin və “KollektA” ASC-nin səhmlərinin abunə yazılışı müddəti uzadılıb
AZSET proqramının ilk tələbələri ilə görüş keçirilib
Şirkətdaxili yüksəliş: Yasin Bağırov ATENA Qrupun Baş İcraçı Direktoru təyin edildi
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
SOCAR Qərbi Afrikada iri neft-qaz layihəsinə qoşuldu -PAY ALDI
“KollektA”dan 16%-lik istiqraz – 2 milyon manat cəlb edəcək
BFB-dən “PRIOR LEASING”in istiqrazlarına yaşıl işıq
Sement ixracında 20%-lik geriləmə























