“Müştərilərimizə Türkiyə və Rusiyada depo və gömrük xidmətləri təklif edəcəyik”
Fariz Əhmədov: “Türkiyədən Azərbaycana yük daşıyan maşınlarımızı artırıb, daha münasib qiymətlər təklif edəcəyik”“Logitrans Azərbaycan” MMC-nin direktoru Fariz Əhmədovun Marja.az biznes və maliyyə xəbərləri saytına müsahibəsi.
-Fariz bəy, şirkətiniz haqqında qısa məlumat verərdiz...
- “Logitrans Azərbaycan” MMC 2017-ci ildən fəaliyyətə başlamışdır. Beynəlxalq yükdaşımalarla məşğul olan şirkətimiz 2006 -cı ildə Türkiyənin İstanbul şəhərində yaradılmışdır. Hal –hazırda Dünyanın 10 ölkəsində ( Türkiyə, Azərbaycan, Rusiya, Ukrayna, Qazaxıstan, Gürcüstan, Moldaviya, Bolqarıstan, Ruminya) 15 ofisimiz fəaliyyət göstərir.
Şirkətimiz 4 istiqamətdə quru yolu, dəmir yolu, hava yolu və dəniz yolu vasitəsilə yüklərin daşınması üçün müştərilərimizə xidmət göstərir. Əlavə olaraq Depo xidmətləri, Broker xidmətləri, Multimodal və İntermodal xidmətlərimiz mövcuddur. Əlavə olaraq Türkiyədən, MDB ölkələrindən və Çindən yüklərin sığortalanmış şəkildə pərakəndə və ya bütöv şəkildə daşınmasını həyata keçiririk.

-Pandemiya dövründə hansı çətinliklərlə qarşılaşdınız?
-Bildiyimiz kimi 2020-ci il pandemiya ili kimi yaddaşlarda qaldı. Ölkəmizdə olduğu kimi qonşu ölkələrdə də pandemiya dövründə tətbiq edilən qadağalarla əlaqədar olaraq istehlak bazarında azalmalar müşahidə edildi. Bununla əlaqədar olaraq iş yerlərinin fəaliyyətinin yarıbayarı azalması müştərilərimizdən aldığımız daşıma sifarişlərinin demək olar ki 40 % -dək azalmasına səbəb oldu.
Eyni zamanda pandemiyanın ilk aylarında qonşu dövlətlərdə də karantin yoxlamalarının tətbiq edilməsi sərhəd keçid məntəqələrində uzun növbələrin yaranmasına səbəb oldu. Bu növbələrin yaranması ilə əlaqədar olaraq 35 -40 günü əhatə edən səfər günlərimiz 60 günə qədər artması çətinliyi ilə qarşılaşdıq.
Bütün bunlarla yanaşı qeyd etmək istərdim ki, pandemiya dövründə qida sektorunda daşınmaların dayanmaması logistikanın nə dərəcədə lazımlı sahə olduğunu bizə sübut etmiş oldu.
- Azərbaycanın logistika sahəsində hansı üstünlükləri mövcuddur?
-Qeyd edim ki, digər ofislərimizlə ayda bir dəfə logistik müakirələr aparırıq. Əminliklə deyə bilərəm ki, hazırsa MDB ölkələri arasında Azərbaycan logistik baxımından sürücülər üçün ən uyğun ölkələrdən biridir. İlk olaraq Şərq- Qərb və Şimal - Cənub istiqamətində magistral yollarımızın asfalt örtüyünün qonşu ölkələrə nəzərən yaxşı vəziyyətdə olması üstün tərəfimizdir. Bundan başqa əlverişli coğrafi mövqeyimiz imkan verir ki xüsusilə qış aylarında qonşu ölkələrdə sərhəd yollarının bağlanması (Gürcüstan-Rusiya sərhəddi), eyni zamanda qarlı havalarda magistral yolların təhlükəli olması ( Rusiya) və bağlanması hallarının olması həmin ölkələrin də yük maşınlarının ölkəmizdən tranzit olaraq istifadə etməsi - logistika baxımından ölkəmizin üstünlükləridir.
Xüsusilə qeyd edim ki, 2015-ci il 18 mart tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Bakı Limanının yenidən qurulması və Qapalı Səhmdar Cəmiyyətinin (QSC) yaradılması logistika sahəsindəki üstünlüklərimizdir. Hal-hazırda Bakı Limanı Avrasiyada regionun əsas nəqliyyat və logistika qovşağı olmaq istiqamətində irəliləyir.
Əlavə olaraq Çindən-Türkiyəyə çəkilən dəmir yolunun ( Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyə ) Azərbaycandan tranzit keçməsi ölkəmizin logistik mərkəzinə çevrilməsinə səbəb olacaqdır.

- Hər bir sahədə olduğu kimi, yəqin logistika ilə bağlı ölkə olaraq problemlər mövcuddur...
-Yükdaşıma ilə bağlı stabil qiymətlərin olmaması, vahid lojistik mərkəzin olmaması, yüklərin sığortalanması qiymətlərinin həddən çox yüksək olması, sərhədlərdə olan növbələr, qonşu ölkələrdə tətbiq edilən yeni qaydalar ( Gürcüstanda yük boşaldan maşına 3-4 gün ölkəni tərk etməsi ilə bağlı qərar, Rusiyada sərhəd keçid məntəqələrində yüklərdə artıq çəkilərin əsassız olaraq qeydə alınması və s.) xarici ölkə yük maşınlarının Azərbaycana boş daxil olub buradan yükləri daşıması yükdaşıma qiymətlərinin ciddi şəkildə aşağı düşməsinə səbəb olmuşdur. Bunları yerli nəqliyyat şirkətlərinin çətinlikləri olaraq qeyd edə bilərəm.
-2021-ci ildən gözləntiləriniz necədir?
-Bildiyimiz kimi 2020-ci ilin sonuda peyvəndin hazırlanması Dünyada ümidverici bir hal oldu. Xüsusilə peyvəndin tətbiqindən sonra virusun təsirindən əziyyət çəkmiş sahələrin yenidən fəaliyyətlərini bərpa etmələri iqtisadiyyatımızda ciddi canlanmaya səbəb olacaq. Şübhəsiz ki, biznes sahələrindəki fəaliyyətin artması yükdaşımlara da öz müsbət təsirini göstərəcək. İş fəaliyyətinin canlanması 2021-ci ilin ikinci yarısından yükdaşımlarla bağlı sifarişlərin artmasına səbəb olacaq.
Xüsusilə qeyd edim ki, 2020 –ci ildə Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun azad etdiyi torpaqlarımızda yenidənqurma və infrasturktur işlərinin başlanması yükdaşımalara müsbət təsir edəcəkdir.
-Müştərilərinizə 2021-ci ildə hansı yeni təklifləriniz olacaq?
-“Logitrans Azərbaycan” şirkəti olaraq 2021-ci il hədəflərimiz ölkədə daha çox yükdaşımalardan pay əldə etməkdir. Bununla əlaqədar olaraq müştərilərə daha operativ xidmətlər göstərəcəyik. Xüsusilə Türkiyə istiqamətindən Azərbaycana yük daşıyan maşınlarımızın sayını artıraraq bu istiqamətdən daha uyğun qiymətlər təklif edəcəyik. Əlavə olaraq Rusiyadan və Türkiyədən yük gətirən müştərilərimizə Türkiyədə və Rusiyada depo xidmətləri və gömrük xidmətləri təklif olunacaq. Bu istiqamətlərdən Azərbaycana yük gətirilən zaman gömrük xidmətlərini bizim vasitəmizlə həyata keçirmək istəyən müştərilərə daşımalarda endirimli qiymətlər təklif ediləcəkdir.
-Fariz bəy, müsahibəyə görə təşəkkür edirik. Sizə “İşləriniz avand olsun” deyirik.
Ünvan. Bakı şəhəri. Oskar plaza 1 ci mərtəbə
Telefon nömrəsi 050 975 15 50
012 431 44 49
Müştərilərin xəbərləri
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
5 saat əvvəl
Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək, 100-ə yaxınını əsaslı təmir edəcək
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
"“AZZA” şirkəti ilə 14 milyon manatlıq kredit müqaviləsi bağlamışıq"
-
9 saat əvvəl
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
- 9 saat əvvəl
-
9 saat əvvəl
“Azexport” portalı vasitəsilə Yaponiyaya ixrac müzakirə olunub
- 9 saat əvvəl
-
9 saat əvvəl
Xamenei Trampı ABŞ gəmilərini dənizin dibinə göndərməklə hədələyib: "İranı məhv edə bilməyəcəksiniz"
- 10 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək, 100-ə yaxınını əsaslı təmir edəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
EY İlin İş Adamı müsabiqəsinin qalibi açıqlandı
Sərfəli şərtlərlə istehlak krediti
Ən çox oxunanlar
Fevralın 18-də gözlənilən hava şəraiti
Müasir marketinq: səs-küydən mənaya doğru
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Suraxanının İcra başçısına töhmət verilib
Azərbaycan neftinin son qiyməti
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var


















