Azərbaycanda oyuncaqların satışı və idxalı ilə bağlı yeni qaydalar təsdiqləndi – 6 ay sonra qüvvəyə minəcək
“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament” təsdiq edilib
Texniki Reqlament ölkədə oyuncaqların təhlükəsizliyinə dair məcburi tələblərin müəyyənləşdirilməsi, həmçinin onların uyğunluğunun qiymətləndirilməsi prosedurlarının tənzimlənməsi məqsədilə qəbul edilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən hazırlanmış “Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)” Nazirlər Kabinetinin 2026-cı il 7 oktyabr tarixli 327 nömrəli Qərarı ilə təsdiq edilib. Texniki reqlament bir sıra qabaqcıl ölkələrin müvafiq sahədəki təcrübəsi və qanunvericiliyin tələbləri nəzərə alınmaqla hazırlanıb.
Sözügedən Texniki Reqlamentdə oyuncaqlara dair konstruksiya, material, kimyəvi, fiziki-mexaniki, elektrik və gigiyenik göstəricilər üzrə məcburi tələblərin tətbiqi, bazara buraxılmazdan əvvəl oyuncaqların akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən müvafiq sxemlər üzrə məcburi sertifikatlaşdırılması və uyğunluq nişanı ilə nişanlanması nəzərdə tutulub.
Texniki Reqlament istehlak bazarının təhlükəli oyuncaqlardan qorunmasına kömək etməklə yanaşı, istehlakçılarını çaşdıra biləcək hərəkətlər və haqsız rəqabət hallarının aradan qaldırılmasını təmin edəcək.
Qeyd edək ki, Texniki Reqlament 14 yaşınadək uşaqlar üçün nəzərdə tutulan oyuncaqları əhatə edir və dərc edildiyi gündən 6 ay sonra qüvvəyə minir. Qüvvəyə mindikdən sonra Texniki Reqlamentin tələblərinə uyğun olmayan və ya həmin sənəddə nəzərdə tutulmuş üsulla uyğunluğu qiymətləndirilməmiş oyuncaqları istehsal etmək, satışa çıxarmaq, satmaq, idxal etmək və ya istifadə etmək qadağandır. Texniki Reqlament onun qüvvəyə minməsindən əvvəl idxal olunan, Azərbaycan Respublikasının ərazisində istehsal olunan və dövriyyəyə buraxılan, habelə istifadədə olan oyuncaqlara və ona əlavə edilmiş siyahıda oyuncaq sayılmayan məhsullara, fərdi sifarişlə hazırlanmış oyuncaqlara və sərgi nümunələrinə şamil edilmir.
Agentlik Texniki Reqlamentin yaxın gələcəkdə qüvvəyə minməsi ilə əlaqədar oyuncaqların istehsalı, idxalı və satışı ilə məşğul olan təsərrüfat subyektlərini öz fəaliyyətlərini bu Texniki Reqlamentin tələblərinə uyğunlaşdırmağa çağırır. Texniki Reqlamentin tətbiqi ilə bağlı hər hansı suallar yarandığı təqdirdə, təsərrüfat subyektləri Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin rəsmi internet səhifəsi (https://www.competition.gov.az) və ya elektron poçt (office@competition.gov.az) vasitəsilə müraciət edilə bilərlər.
Qeyd: Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində aidiyyəti dövlət orqanları (qurumları) tərəfindən 44 milli texniki reqlament layihəsi hazırlanıb. Bir müddət öncə “Qaz yanacağı ilə işləyən qurğu və avadanlıqların təhlükəsizliyi haqqında Texniki Reqlament” təsdiq edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 gün sonra
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış binası: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
-
-
1 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
- 19 d. əvvəl
-
25 d. əvvəl
BOKT-un illik 15% gəlirli istiqrazlarının hamısı alınıb -2 milyon manat cəlb etdi
- 41 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Torpağa dəyər, gələcəyə inam – Ziraat Bank Azərbaycan III Beynəlxalq Aqro Forumda! ®
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Unibank və AYİB-dən biznesə dəstək – Xarici ticarət üzrə maliyyə alətləri təqdim edildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Azərbaycanda oyuncaqların satışı və idxalı ilə bağlı yeni qaydalar təsdiqləndi – 6 ay sonra qüvvəyə minəcək
Torpağa dəyər, gələcəyə inam – Ziraat Bank Azərbaycan III Beynəlxalq Aqro Forumda! ®
Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
Azərbaycanda inflyasiya açıqlandı
Unibank və AYİB-dən biznesə dəstək – Xarici ticarət üzrə maliyyə alətləri təqdim edildi
İlham Əliyev: Kamboca ilə birgə istehsal müəssisələrinin yaradılmasını müzakirə etdik
Kreml Zelenskinin seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs təklifini rədd edib

























