Tam Yeni Nissan Sunny artıq Azərbaycanda - FOTOLAR
İlk dəfə 2019-cu ildə Dubai Beynəlxalq Avtomobil sərgisində nümayiş etdirilən Tam Yeni Nissan Sunny avtomobili Nissan Azərbaycan tərəfindən müştərilərinə təklif olunur.
Nissan avtomobillərini Azərbaycanda rəsmi distribütor Nurgun Motorsdan MArja-ya daxil olmuş məlumatada bildirilir ki, tam yenilənmiş model təsirli eksteryer dizayna malikdir. Yeni V şəkilli on radiator, sərt cizgilər, bumeranq formalı ön faralar və arxa işıqlar, rənglərin və daxildə istifadə olunan materialların harmoniyası ilə müşayət olunan interyer avtomobilə tam yeni hisslər bəxş edib.
Yeni Sunny yenilənmiş Nissan sedan modellərinin davamıdır. Yeni görünüşü, təkmilləşdirilmiş güc agreqatı və texnoloji yenilikləri ilə öz seqmentində ciddi rəqabət aparacaq.
Yeni avtomobil daha genish və daha uzun exteryerə malikdir. Bu da daxildə geniş interyerə imkan yaradır. Bu üslub Nissanın flaqman sedanları Maxima və Altımada da tətbiq edilib. Eksteryer ölçülər əvvəlki modeldən daha uzun və daha genişdir. Yeni ölçülər sayəsində avtomobilin ön və arxa oturacağında əyləşən sərnişinlər özlərini daha rahat hiss edəcəklər. Həmçinin baqaj bölməsi daha da genişlənib.
Sunny modeli aşağı, orta və yüksək təchizat olmaqla müştərilərə 3 versiyada təqdim ediləcək. Avtomobil mexaniki surət qutusu ilə yanaşı Xtronic avtomat transmissiya ilə təklif olunur.
İşıqların avtomatik yanıb/sönmə funksiyası baza təchizatdadır. Əlavə olaraq orta və yüksək versiyalarda faralarda LED işıqlar təchiz edilib.
Eksteryerin rəngi Yeni Nissan Sunny modelində tam başqa bir mövzudur. Bu rənglər avtomobilin dizaynını daha da cəlbedici edir. Belə ki, Yeni Sunny 7 rəng çeşidi ilə müştərilərə təklif olunacaq. Bunlara Elektrik Mavi Metallik, Parlaq Gümüş Metallik, Silah rəngi Metallik, Süper Qara, Qırmızı Ember, Aspen ağ və Parlaq Qırmızı aiddir.
Yeni interyer dizayn
Tam yeni Sunny avtomobilinin inteyrerində Maxima və Altima modellərinin cizgilərini görmək mümkündür. Üfiqi dizayn, açıq sahələr, ahəngdar materialların və rənglərin istifadəsi bütün salona təzə, yüksək səviyyəli bir keyfiyyət qatır. Əvvəlki modeldə olduğu kimi, Yeni Sunny arxada oturan sərnişinlər üçün geniş məkan təmin edir.
Yuxarı versiyalarında təklif olunan 7.0 düymlü touch screen monitor, telefon və audionu dəstəkləyən Bluetooth sistemi, 3 USB port, İpod interfeysi, Siri Eyes free sistemi surucu və srənişinlərin səyahətini daha da maraqlı edəcək. Bundan başqa Yeni Sunny bir çox innovtiv elektron funksiyalarla təchiz edilmişdir. Bunlara 360 dərəcə ətraf kamera görüntü sistemi, kor zonayaz nəzarət sistemi, iki zonali klimat konntrol, ön və arxa hərəkət zamanı təklühə xəbərdarlıq və əyləc sistemləri daxildir.
Güzəştə getməyən performans
Tam Yeni Nissan Sunny dinamik görünüşü, geniş və çöx funksiyalı saloni ilə yanaşı inamlı sürüş keyfiyyəti və və güzəştə getməyən performansı ilə diqqət çəkir. Sunny 1,6 litr həcmli, 4 linindrli və 118 at gücünə malik yeni nəsil mühərriklə təchiz edilib.
Yeni nəsil mühərrik Xtronic transmissiya ilə birlikdə yüksək performans nümayiş etdirir və bununla yanaşı yanacağa qənaət baxımından çox effektivdir. Belə ki, yeni nəsil mühərrikin qənaətcilliyi 15 % təkmilləşdirilib. Hazırda qarışıq rejimdə 100 km məsafəyə 5.1 litr yanacaq sərf edir.
Yeni nəsil Nissan Sunny avtomobili təhlükəsizlik sistemləri baxımından da zəngindir. Avtomobilin standart komplektasiyasına ABS (Antoblok əyləc sistemi), EBD (Elektron əyləc gücünün paylanması) , BA (Əyləc Köməkçisi) və Hill Start Assist (Yoxüşda köməklik sistemi) sistemləri daxildir. Bundan başqa avtomobil TPMS (Təkər təzyiqinin monitorinq sistemi sensoru) VDC (Avtomobilə dinamik nəzarət) və TCS (Sürüşmə əleyhinə sistem) tipli təhlükəsizlik sistemləri ilə təchiz edilib.
Emosional dizaynı, geniş salonu və təkmilləşdirilmiş Nissan texnologiyaları ilə Tam Yeni Sunny müştərilərə yeni bir stil, həyacan və incəlik gətirəcək.
Nissan avtomobillərini Azərbaycanda rəsmi distribütor Nurgun Motors təqdim edir. Şirkətin Bakı şəhərində 2, Gəncə şəhərində 1 satış və servis mərkəzi xidmət göstərir. Avtomobillərlə daha yaxından tanış olmaq və test-drivə etmək üçün Nissan satış mərkəzləri xidmətinizdədir. Əlaqə 934.
Müştərilərin xəbərləri
“AzerTelecom” və “DE-CIX”in əməkdaşlığı ilə internet mübadiləsi mərkəzi – “AZE-İX” istifadəyə verilir
Universitet tələbələri investorlar qarşısında: "SABAH.academy" 6-cı "University Demo Day" tədbirini keçirib
Bakcell və Gənclər Fondu "İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramının qalibləri ilə görüş keçirib
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
5 gün sonra
Azər Türk Bank istehlak kreditləri kampaniyasının müddətini daha sərfəli şərtlərlə uzatdı
- 5 gün sonra
-
- 2 gün sonra
-
2 saat əvvəl
Şuşada dövlət-özəl tərəfdaşlığı çərçivəsində işlər həyata keçirilib
-
2 saat əvvəl
Prezident İlham Əliyev Şuşada “Yasəmən” hotelinin yeni korpusları ilə tanış olu
- 2 saat əvvəl
- 14 saat əvvəl
-
1 gün əvvəl
Akvakultura təsərrüfatlarının qeydiyyat şəhadətnaməsi üçün rüsum müəyyənləşir
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp: İranla danışıqları davam etdirəcəyik, amma atəşkəs bitdi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Azər Türk Bank istehlak kreditləri kampaniyasının müddətini daha sərfəli şərtlərlə uzatdı
Pul lazımdır? - 500 MANAT ÜÇÜN AYDA 25 MANAT ÖDƏ ®
Təhsil işçiləri üçün sərfəli kredit kampaniyası başladı
Sığorta şirkətlərinin 21-ci ofisi “Sea Breeze”də açılıb
Ən çox oxunanlar
Elektron siqaretlərin mülki dövriyyəsi qadağan edilir
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
Tramp: İranla danışıqları davam etdirəcəyik, amma atəşkəs bitdi
Qızıl alanlara vacib xəbər - Qlobal bank: Qızıl daha da ucuzlaşa, 3 min 800 dollara düşə bilər























