Mis qiymətləri daha da yüksələ bilər
Çinin ən böyük mis şirkətinə görə, mis qiymətləri ilin ilk yarısında 10%-ə qədər yüksələ bilər.Mis qiymətləri qlobal təşviqlər və zəif dolların təsirilə daha da yüksələ bilər.
Marja xəbər verir ki, "Maike Metals International"ın rəhbəri He Jinbi, 1 ton misin qiymətinin 8 min 800 dollara qədər yüksələ biləcəyini deyib.
He, "Avropa və ABŞ-da nəhəng monetar genişləmələr (yumuşaq pul siyasəti-red) oldu, pandemiya yeni bir inkişaf hekayəsi yaradacaq, böhranlar hər vaxt fürsətlər də yaradar. Mis qarşıdakı 3-5 il ərzində "super öküz bazarına girəcək"- deyib.
Mütəxəssisə görə, dolların dəyərdən düşməsi, ABŞ-da infrastruktur xərcləri və Avropada pandemiyadan sonra toparlanma misin qiymətini dəstəkləyəcəkdir.
Londonda mis qiymətləri bu ay 8 min dollara qalxıb və 8 ilin ən yüksək səviyyəsini görüb. Pandemiyanın başladığı Mart ayındakı "dib" səviyyədən bu yana mis təxminən 80% bahalaşıb.
Dünyanın ən böyük banklarından olan "Goldman Sachs Group" və "Bank of Amerika" da 1 ton misin qiymətinin 10 min dollara yüksələ biləcəyini nəzərdə tuturlar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 gün sonra
- 15 d. əvvəl
-
41 d. əvvəl
Kofeşop dolu görünür, amma qazanc yoxdur - EKSPERTDƏN AÇIQLAMA
-
-
56 d. əvvəl
Tramp: İranla danışıqlar “həddindən artıq yaxşı” gedir, atəşkəs tezliklə mümkün ola bilər
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp: “İranın neft resurslarını və Xərq adasını ələ keçirmək istəyirəm”
-
1 saat əvvəl
Neft, husilərin müharibəyə qoşulması və ABŞ-ın əlavə hərbi qüvvələr göndərməsilə bahalaşır
-
1 gün əvvəl
Leysan yağışları evlərə ciddi zərər vurub. Əhali necə tədbir almalı idi?
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Sinqapur qızıl ticarətində regional mərkəz olmağı hədəfləyir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
İran müharibəsi restoranlara da mənfi təsir göstərir
Kofeşop dolu görünür, amma qazanc yoxdur - EKSPERTDƏN AÇIQLAMA
Hörmüzdə başlayan neft şoku Qərbə doğru yayılır
Neft, husilərin müharibəyə qoşulması və ABŞ-ın əlavə hərbi qüvvələr göndərməsilə bahalaşır
Ən çox oxunanlar
Martın 29-da gözlənilən hava şəraiti
Bayramovla Mirzoyan arasında telefon danışığı aparılıb
Sinqapur qızıl ticarətində regional mərkəz olmağı hədəfləyir
Martın 28-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
VTB Bankın rəhbəri Rusiya Mərkəzi Bankın faiz dərəcəsinin tədricən azalacağını proqnozlaşdırır























