Coca-Cola-nın iştirak etdiyi aksiya çərçivəsində 1500 ailəyə yardım çatdırılıb
Coca-Cola və ASAN Könüllüləri “Bir sifariş – Bir sevinc” layihəsi çərçivəsində 1500 ailəyə dəstək oldu! Aksiya davam edirCOVID-19 pandemiyasının aztəminatlı ailələrə və kiçik sahibkarlara təsirini azaltmaq məqsədilə Coca-Cola, Wolt və ASAN Könüllüləri Təşkilatının həyata keçirdiyi “Bir sifariş – Bir sevinc” sosial kampaniyası vasitəsilə artıq 1500 ailəyə yardım çatdırılıb.
7000 aztəminatlı ailəyə dəstək
Bu maraqlı sosial kampaniyaya qoşularaq ehtiyacı olan ailələrə dəstək olmaq istəyənlər Wolt qida çatdırılması tətbiqində yaradılmış “Bir sifariş – Bir sevinc” (Buy one, donate one) bölməsində xüsusi menyudan sifariş edirlər. Hər bir sifariş müqabilində Coca-Cola və ASAN Könülləri bir ailəyə ərzaq yardımı çatdırır. Ümumilikdə 7000 ailəyə ərzaq yardımının çatdırılması nəzərdə tutulub. “Bir sifariş – Bir sevinc” bölməsində 20-dən artıq yerli kafe və restoranların yemək sifarişləri daxil edilib. Beləliklə, bu kampaniya vasitəsilə yemək sifarişi edən hər kəs pandemiya dövründə fəaliyyətinə təhlükə yaranan kafe və restoranlara da dəstək olur.
Kampaniya medianın və məşhurların diqqət mərkəzində
Dekabr ayının sonundan start götürən layihə geniş əhatə dairəsi və faydalılığı ilə medianın və məşhurların da diqqətini çəkib. Belə ki, artıq Xəzər və ARB televiziyalarında, ASAN Radioda, ölkənin geniş oxucu kütləsinə malik xəbər saytlarında kampaniya barəsində verilişlər və reportajlar yayımlanıb. Daha çox insanın layihəyəyə cəlb edilməsi üçün məşhurlar da kampaniyaya qoşulub. Artıq Səma Abıyeva, Elnarə Xəlilova, Vəfa Zeynalova, Günel Fərhadlı öz sosial şəbəkə hesablarından izləyicilərinə kampaniya barədə məlumat verib, Fərhad Aşurbəyli, Ayan Salahova, Nigar Kəlbiyeva, Murad Qulubəyli və digərləri isə sosial şəbəkə paylaşımları ilə yanaşı, ərzaq yardımlarının çatdırılmasında da şəxsən iştirak ediblər.

Təşəbbüskarlar danışır
Kampaniyanın təşəbbüskarlarından olan Coca-Cola şirkətinin İctimaiyyətlə əlaqələr və kommunikasiya meneceri Elşad Fərzəliyev “Bir sifariş – Bir sevinc” kampaniyasının uğurla davam etdiyini bildirib: “Pandemiyanın mənfi təsirlərini hər sahədə hiss edirik. Belə vəziyyətdə cəmiyyətlə həmrəylik göstərmək sosial məsuliyyətli şirkət olan Coca-Cola üçün çox vacibdir. Sevindirici haldır ki, ASAN Könüllüləri və Wolt ilə birgə başlatdığımız “Bir sifariş, bir sevinc” kampaniyasına artıq çox sayda vətəndaşımız da dəstək olub. Nəticədə, bir neçə gün ərzində biz nəzərədə tutduğumuz 7000 aztəminatlı ailənin 1500-nə yardım edə bilmişik. Bu həm bizim, həm də cəmiyyətimizin uğurudur”.
ASAN Dövlət Agentliyinin Könüllülərlə iş sektorunun müdiri Sahil Məmmədli isə pandemiya başlayandan bəri Coca-Cola şirkəti ilə həyata keçirdikləri layihələrin davamı oaln kampaniyanın geniş marağa səbəb olduğunu vurğulayıb: “ASAN Könüllüləri Bakı və ətraf bölgələrdə ehtiyacı olan ailələri müəyyənləşdirib və onlara ərzaq yardımları çatdırır. Hər ərzaq paketinə 18 adda müxtəlif ərzaq məhsulları daxil edilib. 7000 ərzaq yardımının 1500-ünün müharibə dövründə zərərçəkən ailələrə göndərilməsi nəzərdə tutulub Artıq Bakının Keşlə, Suraxanı qəsəbələrində, Sumqayıt, Tovuz, Mingəçevir, İmişli, Sabiarabad, Gəncə, Şamaxı, Bərdə Masallı şəhərlərində yardımlar çatdırılıb”.

Qeyd edək ki, bundan əvvəl də COVID – 19 pandemiyası dövründə Coca-Cola ASAN Könüllüləri Təşkilatı ilə birgə “Birlikdəyik” layihəsini həyata keçirib. Layihə çərçivəsində 4000-dən çox aztəminatlı ailə zəruri qida və gigiyena, 20 xəsətəxana və 1000-dən çox tibb personalı isə tibbi ləvazimatlar və antiseptik vasitələrlə təmin edilib. Cari ilin aprel ayının əvvəlində ASAN Könüllüləri Coca-Cola Azərbaycanın dəstəyi ilə ölkə ərazisində karantin rejimində çalışan xəstəxanalar üçün 120,000 su məhsulunun çatdırılmasını təşkil ediblər.
Müştərilərin xəbərləri
TuranBank Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə Xəzər sahilində təmizlik aksiyası keçirib
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
19 saat sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 16 saat sonra
-
-
8 d. əvvəl
Bank yeni konsept əsasında İçərişəhər və Masazır filiallarını istifadəyə verib
-
46 d. əvvəl
“FINCA Azerbaijan” illik 15%-lə 1 milyon 500 min manat cəlb etdi - 51 İNVESTORDAN 51 SİFARİŞ
-
55 d. əvvəl
“Admedia” reklam agentliyi beynəlxalq tədbirdə təltif olunub - FOTO
-
2 saat əvvəl
Azərbaycan nümayəndə heyəti Xameneinin vida mərasimində iştirak etmək üçün Tehrana gəlib
-
2 saat əvvəl
Aktivləri 4 milyard manatı keçib, mənfəəti 15%-dən çox artıb
- 3 saat əvvəl
-
3 saat əvvəl
TuranBank Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə Xəzər sahilində təmizlik aksiyası keçirib
- 3 saat əvvəl
-
3 saat əvvəl
İyun ayında da daşınmaz əmlak qiymətləri artıb – torpaq bazarı liderdir
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
“Admedia” reklam agentliyi beynəlxalq tədbirdə təltif olunub - FOTO
Qlobal ərzaq qiymətlərində cüzi azalma
TuranBank Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə Xəzər sahilində təmizlik aksiyası keçirib
Ən çox oxunanlar
İyulun 4-də gözlənilən hava şəraiti
Qarabağ Universitetinin tələbələri RIGHTWELLTON premium hüquq şirkətində təcrübə qazandılar
“Azenco”nun sabiq rəhbərinin həbs edilldiyi bildirilir - 3 milyon manatdan çox mənimsəmə
Palma yağı təhlükəlidirmi? - Qoşqar Təhməzlidən açıqlama
Sığorta ödənişinin məbləğinin yuxarı həddi müəyyən edilir
Ramanada torpaq sahələrini satan 11 nəfər barəsində cinayət işi məhkəməyə göndərilib






















