AMINOL bu dəfə “YAŞAT” Fonduna ianə etdi
(®️) Azərbaycan Respublikası son vaxtlar müstəqillik dövrünün ən qürurlu günlərini yaşayır. 28 il Ermənistan tərəfindən işğal edilən torpaqlarımızın böyük hissəsi müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, döyüş meydanlarında Azərbaycan ordusunun şücaəti və diplomatik danışıqlar yolu ilə düşmən tapdağından azad edilib. Azərbaycan ordusu döyüşlərdə 3000-dən çox şəhid verdi və minlərlə qazimizin müalicəyə ehtiyacı var. Şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə isə can sağlığı arzu edirik.
Bundan əlavə bir ilə yaxındır ki, dünyada tüğyan edən Koronavirus pandemiyası (Covid-19) Azərbaycan iqtisadiyyatına da öz mənfi təsirini göstərmişdir. Bütün çətinliklərə baxmayaraq xalqın Azərbaycan Respublikası Prezidentinin ətrafında olduqca sıx birləşməsi dövlətimizin daha da güclü olmasına, yaranmış vəziyyətdə hər bir vətəndaşın üzərinə düşəni etməsi çox müsbət və vacib faktdır.
Mövcud pandemiya və müharibə dövründə “ALCO” MMC-nin AMINOL sürtkü yağları zavodununu əmək kollektivi də öz dəstəyini əsirgəmədi. Belə ki, AMINOL “Koronavurisla (Covid-19) mübarizə” Fondu” və “Silahlı Qüvvələr Yardım Fondu”-na mütəmadi yardımlar etdi.
Azərbaycan Respublikasının Şanlı zəfər müharibəsi dövründə arxa cəbhədə maddi, mənəvi dəstəklə yanaşı, “AMINOL-un 3 əməkdaşı Ali Baş Komandanın çağırışına səs verərərək, könüllü ordu sıralarına yazıldı və ön cəbhədə döyüşdü.
AMINOL şəhid ailələrinə dəstək məqsədilə yaradılmış “YAŞAT” Fonduna ianələr etməklə dövlətə dəstək və vətənpərvərlik borcunu yerinə yetirməklə davam etdirir.
Müştərilərin xəbərləri
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
5 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
1 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
- 20 saat əvvəl
- 21 saat əvvəl
-
21 saat əvvəl
Ağdamda nəhəng zeytun təsərrüfatı yaradılıb – 10 min ton məhsul hədəflənir
-
22 saat əvvəl
CineMastercard-ın şəhid əməkdaşı Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb
-
22 saat əvvəl
Ağdamda 24,9 milyon manatlıq yeni zavod – 100 nəfər işlə təmin olunacaq
-
23 saat əvvəl
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
-
23 saat əvvəl
Dünyanın ən böyük media sövdələşmələrindən biri tamamlandı – 22 milyard dollar
-
23 saat əvvəl
Noyabrın 8-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Ərdoğan Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Ən çox oxunanlar
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
Noyabrın 8-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib
Xankəndidə 1100 tələbənin eyni vaxtda istifadə edə biləcəyi nəhəng kitabxana tikilir - təməli qoyuldu
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi

























