Səudiyyə Ərəbistanından avtomobilsiz şəhər layihəsi
Səudiyyə Ərəbistanının Vəliəhd Şahzadəsi Məhəmməd bin Selman avtomobillərin olmayacağı, ətraf mühit dostu şəhər layihəsi - "The Line"ı təqdim edib.
Marja xəbər verir ki, şəhər layihəsi, Səudiyyə iqtisadiyyatının neft asılılığını azaltmaq və iqtisadiyyatı şaxələndirmək məqsədləri ilə hazırlanıb.
"The Line" adlı şəhər proyektinin inşaatının ilin ilk rübündə başlaması gözlənilir.
Selman, 170 km uzunluğu və bir milyon əhalisi olması planlaşdırılan şəhərin 380 min nəfərə məşğulluq yaradacağını, infrastrukturunun isə 100-200 milyard dollara başa gələcəyini söyləyib.
Şəhərin, yeni texnologiyalar və şirkətlər üçün də bir mərkəz olması hədəflənir.
Selman avtomobillərin olmayacağı şəhərdə bir yerdən bir yerə getməyin 20 dəqiqədən çox çəkməyəcəyini söyləyib.
"The Line", Qırmızı dənizdə tikilən 500 milyard dollarlıq Neom adlı proyektin bir hissəsi olacaq. Bin Selman, 2017-də Səudiyyə Ərəbistanının İordaniya və Misir sərhədindəki Qırmızı dəniz bölgəsində Neom adlı bir ticarət və sərmayə mərkəzi qurulacağını elan etmişdi. Təxminən 26 min 500 kvadrat kilometrlik sahəyə tikiləcək Neom proyektinin 2025-ci ildə tamamlanması hədəflənir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
5 gün sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
2 gün sonra
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
-
-
1 gün sonra
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
-
14 saat əvvəl
Türkiyədə "carry trade" mövqeləri rekord 65,3 milyard dollara çatıb
-
15 saat əvvəl
Qara dənizdə artan gərginlik buğdanın qiymətini son 3 ilin ən yüksək səviyyəsinə qaldırıb
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
16 saat əvvəl
Nvidia AI imperiyasını böyüdür – Hugging Face üçün 12,9 milyard dollar ödəyəcək
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 18 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
Qara dənizdə artan gərginlik buğdanın qiymətini son 3 ilin ən yüksək səviyyəsinə qaldırıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda 2-ci “Bambi Yatak” mağazası açılıb ®
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
OpenAI, Zoom və Zoho Azərbaycanda vergi uçotuna düşdü
Təhsil Tələbə Krediti Müqaviləsi “SİMA İmza” ilə tam rəqəmsal! ®
Neft Hörmüz boğazının açılması ümidi ilə ucuzlaşmaqda davam edir






















