Mərkəzi Bank: Güclənən risklər faizlərin daha çox azalmasını məhdudlaşdırmışdır
"2020-ci ildə faiz dəhlizinin parametrlərinə dair qərarlar pandemiya şəraitində iqtisadi aktivliyin dəstəklənməsi prioriteti ilə makroiqtisadi sabitliyin qorunması zərurəti arasında optimal balansın saxlanılmasına xidmət etmişdir. 2020-ci ildə faiz dəhlizinin parametrləri 8 dəfə müzakirə edilmiş, uçot dərəcəsi mərhələlərlə 7.5%-dən 6.25%-ə və faiz dəhlizinin yuxarı həddi 9.25%-dən 6.75%-ə endirilmişdir. Faiz dəhlizinin aşağı həddi isə 5.75% səviyyəsində dəyişməz saxlanılmışdır. Ümumilikdə, uçot dərəcəsi 2018-ci ilin əvvəlindən bəri 2.4 dəfə (15%-dən) azalmışdır".
Marja-nın məlumatına görə, bu, Azərbaycan Respublikası Mərkəzi Bankının 2021-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə Bəyanatında bildirilir.
Bəyanatda qeyd edilib ki, inflyasiya hədəfinə nail olmaq üçün pul siyasətinin aralıq hədəfləri olaraq məzənnə, pul təklifi və faiz dərəcələrindən qərarların transmissiya xüsusiyyətləri nəzərə alınmaqla istifadə ediləcəkdir.
"Pul siyasətinin yumşaldılması Mərkəzi Bankın depozit əməliyyatları və qısamüddətli notları üzrə faiz dərəcələrinin, eləcə də dövlət qiymətli kağızlarının gəlirliyinin azalması ilə müşayiət edilmişdir. Banklararası bazarda faizlər, habelə depozit və kredit faizləri risk premiyası ilə yumşalan monetar şərait arasında tarazlaşmışdır. Ümumilikdə, 2018-ci ilin yanvarından bəri manatla yeni kreditlər üzrə orta faizlər 5.5 faiz bəndi azalmışdır. Real sektorda pandemiyanın təsiri ilə güclənən risklər faizlərin daha çox azalmasını məhdudlaşdırmışdır".
Bəyanatda bildirilir ki, faiz dəhlizinin parametrləri haqda qərarlar makroiqtisadi proqnozlar və risk balansı nəzərə alınmaqla qəbul ediləcəkdir:
"Pul siyasətinin izafi yumşalmasının mümkün neqativ nəticələri nəzərə alınmaqla risklərin qiymətləndirilməsi zamanı konservativ mövqe saxlanılacaqdır. 2021-ci ilin ilk rübündə inflyasiyaya azaldıcı təsir göstərən amillərin üstünlüyünü qoruyacağı gözlənilir. Bu dövrdə dünya ərzaq qiymətlərində bahalaşma və epidemiya əleyhinə xərclərin artması məcmu tələbin azalması hesabına neytrallaşa bilər. Ortamüddətli dövr üzrə isə məcmu tələbin və beləliklə iqtisadi artımın bərpası inflyasiya proseslərinə təsir edən başlıca amillərdən biri olacaqdır. Manatın məzənnəsinin sabitliyinin qorunması həm qısa, həm də ortamüddətli dövrdə makroiqtisadi sabitliyin əsas lövbəri rolunda çıxış edəcəkdir.
Risk balansını və qeyri-monetar faktorların təsir potensialını nəzərə almaqla inflyasiyanın hədəfdə saxlanılması növbəti ildə də əhəmiyyətli dərəcədə iqtisadi siyasətin bütün istiqamətləri, xüsusilə fiskal və monetar siyasət üzrə effektiv koordinasiyadan asılı olacaqdır. Digər tərəfdən ölkədə həyata keçirilən struktur-institusional islahatlar rəqabət mühitini yaxşılaşdırmalıdır ki, bu da dayanıqlı qiymət sabitliyi üçün əhəmiyyətlidir.
Mərkəzi Bank inflyasiyaya təsir imkanlarının yüksəldilməsi istiqamətində fəaliyyətini 2021-ci ildə də davam etdirəcəkdir. Pul siyasətinin strateji çərçivəsinin təkmilləşdirilməsi, transmissiyada faiz kanalının gücləndirilməsi şərtlərinin realizasiyası xüsusi diqqətdə saxlanılacaqdır. Yeni bank qanunvericiliyi də Mərkəzi Bankın bütün istiqamətlərdə fəaliyyətinin institusional əsaslarını qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırmaqla onun başlıca mandatı olan qiymət sabitliyinə təsirini gücləndirəcəkdir.
Effektiv kommunikasiya və şəffaflığın yüksəldilməsi 2021-ci ildə də diqqətdə saxlanılacaqdır. Kommunikasiyada məqsəd iqtisadi subyektlərdə adekvat gözləntilər formalaşdırmaqla onların davranışına təsir göstərməkdən ibarət olacaqdır. 2021-ci ildə də öncədən ictimaiyyətə açıqlanmış qrafikə uyğun olaraq (Əlavə 1) Mərkəzi Bankın hər bir siyasət qərarı ilə bağlı müvafiq analitik şərhlərlə press-relizləri dərc ediləcək, müntəzəm mətbuat konfransları keçiriləcəkdir. Beynəlxalq səviyyədə mərkəzi banklar üçün qəbul edilmiş şəffaflıq prinsiplərinin tam tətbiqi istiqamətində səylər gücləndiriləcəkdir".
Həmçinin oxu
Mərkəzi Bankın 2021-ci il üçün BƏYANATIMüştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
6 saat əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
-
- 7 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 15 saat əvvəl
-
16 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
16 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Ən çox oxunanlar
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım







.jpg)






.jpg)


.jpg)








