Tezliklə Qarabağa və Şəhidlərə həsr olunmuş fotobank istifadəyə veriləcək
Bu işdə hər birinizin töhfəsi ola bilər!Tezliklə istifadəyə veriləcək platforma vasitəsilə hər bir istifadəçi şəhidlər haqqında məlumat əldə edə, eyni zamanda mövcud məlumatı yeniləyə və zənginləşdirə biləcək. Bunun sayəsində üç dildə fəaliyyət göstərəcək platforma daim inkişaf edib təkmilləşəcək.
Bundan savayı, fotobankda Qarabağın tarixinə, məişətinə və mədəniyyətinə aid şəkillər, eləcə də, istər 90-cı illərdə, istərsə də sentyabrın 27-də başlayan son Qarabağ savaşında vuruşan hərbçilərin qısa həyat hekayələri yer alacaq.
Bu məqaləni oxuyan hər bir kəsdən əlində olan məlumatları foto@karabakhlife.az ünvanına göndərərək, bizimlə bölüşməyini rica edirik. Biz Qarabağın sabahı üçün dünənini yaddaşlara həkk etməliyik! Göndərilən məlumatlar şəhidlərin şəkilləri və onların həyatları haqqında bilgilər, eyni zamanda, Qarabağda müxtəlif illərdə çəkilmiş istənilən şəkillər və şəxsi-ailə fotoları ola bilər.
“PAŞA Həyat” şirkətinin Korporativ Kommunikasiya şöbəsinin müdiri Vəli Məmmədov öz fikirləri ilə bölüşüb: "Şəxsən mənim üçün tarix sadəcə keçmiş deyil, bu günümüzdür. Tariximizi bu günə çevirməyi bacarmalıyıq. Bu səbəbdən hər bir soydaşıma üzümü tutub deyirəm, birlikdə tariximizi yaza və gələcək nəsillərə miras qoya bilərik. İnanıram ki, hər kəsin unikal şəkilləri və Qarabağla bağlı önəmli məlumatları var. Xahiş edirəm, bu cümlələri oxuduqdan həmən sonra əlinizdə olan məlumatları bizə göndərin, arxivinizi bizimlə bölüşün."
Nəzərinizə çatdıraq ki, bu layihə “PAŞA Həyat” və “PAŞA Holding” şirkətləri tərəfindən həyata keçirilir. Məqsəd Qarabağla bağlı məlumatları bir yerə toplayıb saxlamaq və yaymaq, şəhidlərimizin xatirəsini əbədiləşdirməkdir.
Müştərilərin xəbərləri
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
5 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
1 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
- 19 saat əvvəl
- 21 saat əvvəl
-
21 saat əvvəl
Ağdamda nəhəng zeytun təsərrüfatı yaradılıb – 10 min ton məhsul hədəflənir
-
21 saat əvvəl
CineMastercard-ın şəhid əməkdaşı Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb
-
22 saat əvvəl
Ağdamda 24,9 milyon manatlıq yeni zavod – 100 nəfər işlə təmin olunacaq
-
22 saat əvvəl
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
-
22 saat əvvəl
Dünyanın ən böyük media sövdələşmələrindən biri tamamlandı – 22 milyard dollar
-
23 saat əvvəl
Noyabrın 8-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Ərdoğan Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Ən çox oxunanlar
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
Noyabrın 8-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib
Xankəndidə 1100 tələbənin eyni vaxtda istifadə edə biləcəyi nəhəng kitabxana tikilir - təməli qoyuldu
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi





















