Bu ilin 11 ayında ölkədə qaz hasilatı artıb
Energetika Nazirliyinin yaydığı məlumata görə, 2020-ci ilin yanvar-noyabr ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda 31,6 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Neft (kondensatla birlikdə) hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən, 2,6 milyon ton az olub.
Respublika üzrə neft hasilatının 21,6 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 3,2 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 6,8 milyon ton təşkil edib.
Hesabat dövründə 26 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bu 2019-cu ilin 11 ayına nisbətən, təxminən, 2,5 milyon ton, yəni 8,8 faiz azdır. Neftin (kondensatla birlikdə) 24,8 milyon tonu konsorsium, 1,2 milyon tonu isə SOCAR üzrə ixraca nəql edilib.
Cari ilin on bir ayı ərzində ötən ilin müvafiq dövrünə nisbətən 4,7 faiz, yəni 1,5 milyard kubmetr artımla 33,7 milyard kubmetr qaz hasil edilib. Qaz hasilatının 10,7 milyard kubmetri AÇG-dən, 16,3 milyard kubmetri isə “Şahdəniz”dən əldə edilib. SOCAR üzrə bu dövrdə 6,7 milyard kubmetr qaz hasil olunub.
Bu dövrdə xaricə qaz satışı 12 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 14 faiz çoxdur. Cari ilin 11 ayında 2019-cu ilin müvafiq dövrünə nisbətən Türkiyəyə 21,1 faiz çox, yəni 10 milyard kubmetr qaz ixrac edilib. Gürcüstana ixrac edilən qazın həcmi 2 milyard kubmetr olub. Qeyd edək ki, TANAP ilə Türkiyəyə bu müddətdə 4,2 milyard kubmetr qaz nəql olunub.
2018-ci ilin iyun ayının 30-dan 2020-ci ilin dekabr ayının 1-dək TANAP-la Türkiyəyə təqribən 8 milyard kubmetr qaz nəql edilib.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 01 dekabr tarixinədək ümumilikdə 552 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. AÇG-dən 522 milyon ton xam neft, “Şahdəniz”dən isə 30 milyon ton kondensat çıxarılıb. “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 2020-ci ilin 1 dekabr tarixinədək 551,3 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql edilib.
Bu dövrdə “Azəri-Çıraq-Günəşli”dən 175,6 milyard kubmetr, “Şahdəniz”dən isə 133,1 milyard kubmetr qaz hasil edilib. “Şahdəniz” yatağı istismara veriləndən cari ilin 1 dekabr tarixinədək 88,8 milyard kubmetr qaz ixraca nəql edilib.
Ölkədə neft emalı 2020-ci ilin 11 ayında 5,4 milyon ton təşkil edib. Neft emalı ötən ilin müvafiq dövrünə nisbətən 292 min ton az olub.
Müştərilərin xəbərləri
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
6 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
2 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Ağdamda nəhəng zeytun təsərrüfatı yaradılıb – 10 min ton məhsul hədəflənir
-
6 saat əvvəl
CineMastercard-ın şəhid əməkdaşı Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb
-
6 saat əvvəl
Ağdamda 24,9 milyon manatlıq yeni zavod – 100 nəfər işlə təmin olunacaq
-
7 saat əvvəl
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
-
7 saat əvvəl
Dünyanın ən böyük media sövdələşmələrindən biri tamamlandı – 22 milyard dollar
-
7 saat əvvəl
Noyabrın 8-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Ərdoğan Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Ən çox oxunanlar
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
Noyabrın 8-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib
Xankəndidə 1100 tələbənin eyni vaxtda istifadə edə biləcəyi nəhəng kitabxana tikilir - təməli qoyuldu
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi





















