Coca-Cola və ASAN Könüllüləri 7000 ailəyə dəstək olacaq sosial kampaniyaya başlayırlar
COVİD-19 pandemiyasının təsirinə məruz qalan aztəminatlı ailələrə, həmçinin kiçik kafe və restoranlara dəstək olmaq məqsədilə Coca-Cola və ASAN Könüllüləri Təşkilatı yeni sosial layihəyə start veriblər.
Layihənin tərəfdaşı olan Wolt qida çatdırılması tətbiqində yaradılmış “Bir sifariş – Bir sevinc” (Buy one, donate one) bölməsində xüsusi menyudan edilən hər bir sifariş müqabilində Coca-Cola və ASAN Könülləri bir ailəyə ərzaq yardımı çatdıracaq. 2 ay müddətində davam edəcək bu kampaniya vasitəsilə 7000-dən artıq aztəminatlı ailəyə ərzaq yardımı çatdırılacaq. Hər ərzaq paketinə 18 adda müxtəlif ərzaq məhsulları daxil edilib. 7000 ərzaq yardımının 1500-ü isə kampaniyanın ilk günlərində müharibə dövründə zərərçəkən ailələrə göndəriləcək. “Bir sifariş – Bir sevinc” bölməsinə 20-dən artıq yerli kafe və restoranların yemək sifarişləri daxil edilmişdir. Beləliklə bu kampaniya vasitəsilə sifariş edən hər kəs Azərbaycanda aztəminatlı ailələrə ərzaq yardımı edəcək və ölkədə pandemiya dövründə fəaliyyətinə təhlükə yaranan kafe və restoranları dəstəkləmiş olacaq.
Coca-Cola şirkətinin İctimaiyyətlə əlaqələr və kommunikasiya meneceri Elşad Fərzəliyev “Bir sifariş – Bir sevinc” kampaniyasının unikallığını vurğulayaraq bildirmişdir: “Sosial məsuliyyətli şirkət olan Coca-Cola COVİD-19 pandemiyasının ilk günlərindən başlayaraq ASAN Könüllüləri ilə əməkdaşlıq edərək Azərbaycanda aztəminatlı ailələrə və pandemiya ilə mübarizədə iştirak edən bir çox qurumlara dəstək olmuşdur. Mövcud pandemiyanın mənfi təsirləri davam edərək bir çox sahələrə təsir etmişdir. Bura həm sıravi vətəndaşlar, həm də kiçik sahibkarlar daxildir. Bu çətin durumda cəmiyyətlə həmrəylik göstərərək bir-birimizə dəstək olmaq çox vacibdir. Ümid edirik “Bir sifariş – Bir sevinc” sosial kampaniyası ehtiyacı olanlara dəstək olmaq üçün geniş aksiyaya çevriləcək”.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Könüllülərlə iş sektorunun müdiri Sahil Məmmədli isə pandemiya başlayandan bəri Coca-Cola şirkəti ilə bir neçə layihə həyata keçirdiklərini vurğulayıb:
“Ölkəmizdə pandemiya başlayandan bugünədək Coca-Cola ilə əməkdaşlıq edərək #Birlikdəyik layihəsini icra edirik. Fərdlərə, ailələrə, eləcə də pandemiya ilə mübarizə aparan müxtəlif qurumlara müvafiq yardımlar etmişik. Növbəti layihəmizin özəlliyi isə müharibə dövründə zərərçəkən ailələri əhatə etməmizdir. Layihənin tərəfdaşı olaraq ASAN Könüllüləri bu qrupa daxil olan zərər çəkən ailələrin, Bakı və ətraf bölgələrdə ehtiyacı olan ailələrin müəyyənləşdirilməsi və onlara ərzaq yardımlarının çatdırılması işini öz üzərinə götürüb”.
Qeyd edək ki, bundan əvvəl də COVID – 19 pandemiyası dövründə Coca-Cola ASAN Könüllüləri Təşkilatı ilə birgə “Birlikdəyik” layihəsini həyata keçirib. Layihə çərçivəsində 4000-dən çox aztəminatlı ailə zəruri qida və gigiyena, 20 xəsətəxana və 1000-dən çox tibb personalı isə tibbi ləvazimatlar və antiseptik vasitələrlə təmin edilib. Cari ilin aprel ayının əvvəlində ASAN Könüllüləri Coca-Cola Azərbaycanın dəstəyi ilə ölkə ərazisində karantin rejimində çalışan xəstəxanalar üçün 120,000 su məhsulunun çatdırılmasını təşkil ediblər.
Müştərilərin xəbərləri
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
5 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
1 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
- 19 saat əvvəl
- 21 saat əvvəl
-
21 saat əvvəl
Ağdamda nəhəng zeytun təsərrüfatı yaradılıb – 10 min ton məhsul hədəflənir
-
21 saat əvvəl
CineMastercard-ın şəhid əməkdaşı Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb
-
22 saat əvvəl
Ağdamda 24,9 milyon manatlıq yeni zavod – 100 nəfər işlə təmin olunacaq
-
22 saat əvvəl
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
-
22 saat əvvəl
Dünyanın ən böyük media sövdələşmələrindən biri tamamlandı – 22 milyard dollar
-
22 saat əvvəl
Noyabrın 8-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Ərdoğan Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Ən çox oxunanlar
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
Noyabrın 8-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib
Xankəndidə 1100 tələbənin eyni vaxtda istifadə edə biləcəyi nəhəng kitabxana tikilir - təməli qoyuldu
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi





















